Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 6,32 Mb.
səhifə31/40
tarix16.12.2023
ölçüsü6,32 Mb.
#182853
növüQaydalar
1   ...   27   28   29   30   31   32   33   34   ...   40
YHQ və HT - Mühazirə

Yük daşımalarında təhlükəsizlik texnikası qaydalarına ciddi surətdə əməl olunmalıdır. Daşınan yükün kütləsi və onun oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin NV-nin növü üçün müəyyən etdiyi kəmiyyətdən artıq olma- malıdır.
Yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.
Yük daşımaları adamları təhlükəyə məruz qoymamalı, şəxsi və ya digər əmlaka zərər vurmamalıdır. Yüklərin daşınmasına sürücünün ətrafı görməsini məhdudlaşdırmaması, NV-nin dayanıqlılığını pozmaması və idarə olunmasını çətinləşdirməməsi şərti ilə icazə verilir. Daşınan yüklər yerlə sürünməməli və yerə düşməməlidir. Hərəkətin təhlükəsizliyi və digər hərəkət iştirakçılarının lazımi məlumatlar ala bilməsi baxımından yük xarici işıq siqnallarını və işıqqaytarıcıları, qeydiyyat və tanınma nişanlarının üstünü tutmamalı, habelə əl ilə verilən siqnalların qəbul olunmasına mane olmamalıdır. Yük daşımaları ətraf mühitin qorunması, sanitar-gigienik baxımından səs salmamalı, toz qaldırmamalı, yolu və ətraf mühiti çirkləndirməməlidir.
Minik avtomobilinin salonunda yük elə yerləşdirilməlidir ki, avtomobilin idarə edilməsinə maneçilik törətməsin. Əgər yük arxa şüşədən görünməni məhdudlaşdırarsa, sağ tərəfdə əlavə olaraq arxa görünüş güzgüsü bağlanmalıdır. Uzaq səfərlərə çıxdıqda götürülməsi vacjib olan yüklər avtomobildə rasional
surətdə yerləşdirilməlidir. Avtomobilin oxuna düşən kütləni nəzərə almaqla, baqajın həcmindən maksimum surətdə istifadə olunmalıdır və onun üst baqajına yük yığıldıqda nəzərə alınmalıdır ki, bu, avtomobilin ağırlıq mərkəzini yüksəltdi- yindən, onun aşma təhlükəsini də artırır.
Yük qabaq və ya arxa tərəfdən NV-nin qabaritindən-qabarit işığının xarici kənarından 1,0m-dən çox və ya yan tərəfdən 0,4m-dən çox qırağa çıxdıqda «İri qabaritli yük» tanınma nişanı ilə işarələnməli, sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə, bundan başqa, qabaq tərəfdən ağ işıq fənəri və ya işıqqaytarıcı ilə, arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə işarə olunmalıdır. Bu məqsədlə bayraqcıqdan istifadə olunması qadağandır.

Qaydalarda daşınan yükün qabarit ölçüləri və kütləsi məhdudlaşdırılır. Ağır çəkili və təhlükəli yüklərin, zərərsizləşdirilmiş taranın daşınması, yüklə birlikdə və ya yüksüz qabarit parametrlərinin eni 2,5 m-dən, hündürlüyü yolun hərəkət hissəsinin səthindən 4m-dən, uzunluğu bir qoşqulu avtoqatar üçün 20m-dən, iki qoşqulu avtoqatar üçün 24 m-dən artıq olan, yaxud yük daşıyan NV-nin qabariti- nin arxa nöqtəsindən 2m-dən çox kənara çıxan NV-lərin, iki və daha çox qoşqulu avtoqatarların hərəkəti xüsusi qaydalara uyğun olaraq həyata keçirilir.


Yükün daşınma marşru- tunda dəmir yol keçidləri var- dırsa, NV-nin qabarit eni 5 m- dən, yol səthindən olan hün- dürlüyü isə 4,5 m - dən çoxdur- sa, daşımalar üçün xüsusi icazə alınmalıdır. Yüklü və ya yük- süz uzunluğu 24m-dən çox olan NV-nin arxa hissəsində işıq əks- etdirici materialla örtülmüş, qoş-
qulu yük avtomobilinin qara rəngli şəkili çəkilmiş və onun uzunluğu yazılmış sarı rəngli lövhə vurulmalıdır. Belə NV-lərin gündüz vaxtı görünmə şəraitlərindən asılı olmayaraq, yaxın işıq faraları yandırılmalıdır.
Taxıl, ot, yem və səpələnən digər yüklər daşınarkən, onların ətrafa dağılmasının qarşısını almaq üçün üstünə örtük çəkilməlidir.
NV-dən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və yanıb- sönən qırmızı işıqlı portativ fənər qoymalıdır.
Mikroavtobusların, avtobusların və minik avtomobillərinin sürücülərinə NV- nin damında xüsusi olaraq bu məqsəd üçün yük yeri quraşdırılmadıqda, onun damında, yük yerinin qapısını açıq qoymaqla, iri həcmli və ya çox uzun əşyalar daşımaq qadağandır.
Tezalışan, partlayış qorxusu olan, radioaktiv, güclü zəhərləyici maddələr və ya digər təhlükəli yüklər yalnız fərqləndirmə-tanınma nişanları olan xüsusi təchiz edilmiş NV ilə və xüsusi qaydalarda müəyyən edilmiş şərtlərlə daşınır.
Beynəlxalq avtomobil daşımalarında NV-lərə və daşıma qaydalarına qoyulan tələblər Azərbaycan Respublikasının da qoşulduğu beynəlxalq müqavilələr əsasında müəyyən edilir.
Fəslin adından da göründüyü kimi söhbət ixtiyari NV-nin yox, ancaq mexaniki NV-lərin yedəyə alınmasından gedir. Ona görə də bu qaydalar qoşqu ilə hərəkət halına şamil edilmir.
Nasaz NV-ləri təmir və durma yerinə gətirdikdə və ya yeni avtomobilləri daşıdıqda onlar yumşaq və sərt qoşqu ilə yedəyə alınır, qismən yedəyə alan NV- nin platformasına və ya xüsusi dayaq qurğusuna oturdulur. Qoşquların uzunluğu 4-6m, möhkəmliyi isə yedəyə alınan NV-nin faktiki kütləsindən 5 dəfə çox ol- malıdır. Nəticədə dartqı tormozladıqda yedəyə alınan NV-ni dayandırmaq və yedəyə alınan NV-nin dartqıya nəzərən meyllənmələrini azaltmaq olur.
Elastik yedəyə alma zamanı birləşdirici hissənin hər metri uyğun olaraq siqnal lövhəcikləri və ya bayraqcıqları ilə işarələnir. Sərt qoşqular kimi uzunluğu 4m olan, xüsusi hazırlanmış polad borulardan istifadə olunur. Sərt qoşquların minumum uzunluğu Qaydalarla məhdudlaşdırılmır.


Yumşaq qoşqularla yedəyə alma çox təhlükəlidir. Bu, onunla izah olunur ki, yedəyə alınan NV-nin sürücüsü dartqıya çox yaxın olduğundan, onun müşahidəlilik qabiliyyəti məhdudlaşır, yedəkçi NV-nin tormozlanması zamanı yedəkdə olan NV-nin sürücüsü öz avtomobilini çətinliklə saxlayır və çox hallarda qarşıdakı hərəkət zolağına çıxır. Ona görə də yedəkçi və yedəkdəki NV- lərin hərəkətləri qabaqcadan razılaşdırılmalıdır.
Yedəkçi avtomobildə yaxın işıq və ya duman faraları, yedəkdəki avtomobildə isə qəza işıq siqnalı yandırılmalıdır. Qəza işıq siqnalı işləmədikdə yedəkdəki avtomobilin arxasına qəza dayanma nişanı bərkidilir.
Yan qoşqusuz motosikletlərdən həm dartqı, həm də qoşqu kimi istifadə olun- masına icazə verilmir.
Sərt dartqı ilə yedəyə alınan NV-nin sükan idarəsi, yumşaq qoşqu ilə yedəyə alınan NV-nin isə həm sükan idarəsi, həm də tormoz sistemi saz olmalıdır. Pnevmatik tormoz sistemli NV-ləri yumşaq qoşqu ilə yedəyə almaq olmaz.
Sükan idarəsi nasaz olan qəza vəziyyətindəki NV ya qabaq, ya da arxa oxları asılmış vəziyyətdə qismən dartqının platformasına yüklənir. Bu məqsədlə xüsusiləşdirilmiş yedəyə alan NV-lərdən də istifadə oluna bilər. Birdən artıq NV yedəyə alına bilmədiyindən qoşulmuş NV-lərin ümumi uzunluğu 24m-dən çox olmamalıdır. Bu, onu göstərir ki, NV sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan

məhdudiyyəti) yanına, yaxud yolun çiyninə çəkməli, onu hərəkət hissəsinin kənarına paralel qoymalı və texniki yardım xidmətinə məlumat verməlidir.


Məcburi dayanmalar zamanı NV yol hərəkətinin digər iştirakçılarına maneə yaratdıqda, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza da- yanması nişanını quraşdırmalıdır. Qəza dayanma nişanı NV-nin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tə-




rəfində, həmin zolaqda, NV-dən ən azı 30m məsafədə (hərəkət sürətindən asılı olaraq bu məsafə dəyişə də bilər) elə quraşdırılır ki, yaxınlaşmaqda olan NV-nin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində yüksək intensivlikli hərəkətdə qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə NV-nin üstündə elə qoyula bilər ki, yaxınlaşmaqda olan NV-lərin sürücüləri onu görə bilsin.


NV qəza işıq siqnalı ilə təchiz edilməmişdirsə və ya bu siqnal saz deyildirsə, sürücü gecə vaxtı və ya məhdudiyyətli görünmə şəraitində Qaydaların tələblərinə uyğun olaraq yanıb-sönən qırmızı işıqlı portativ fənərdən istifadə edə bilər.
Yedəyə alan NV-nin sükanı arxasında azı bir il sürücülük təcrübəsi olan sürücü, yedəyə alınan NV-nin sükanı arxasında isə sürücjü və ya müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan başqa şəxs əyləşməlidir. Yedəyə alan NV- nin sürücüsü hərəkətə başladıqda, gündüz vaxtı yaxın işıq faralarını yandırmalı, yedəyə alınan NV-nin sürücüsü isə yedəyə alan NV-nin sürücüsünün siqnallarına uyğun siqnallar verməlidir.
NV öz kütləsindən artıq olan NV-ni yedəyə almamalı (yedəyə almaq üçün xüsusi olaraq nəzərdə tutulan NV-lərin yedəyə alması halları istisna olmaqla) və yedəyə alma zamanı hərəkət sürəti 50 km/saat-dan artıq olmamalıdır.
Sərnişinlərin təhlükəsizliyi üçün yedəyə alma zamanı yedəyə alınan avtobusda, trolleybusda və ya yük avtomobilinin bort-platformasında sərnişin da- şınması qadağan olunur. NV-lərin tormoz və sükan idarəsi nasaz olduqda onlar tam və ya qismən yüklənmə yolu ilə yedəyə alınmalıdırlar.


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin