Sınıq və çıxıqların həqiqi və nisbi əlamətlərinin müəyyən edilməsi. Sınıq və çıxıqlar zamanı ilkin tibbi yardım göstərildikdə bu patologiyanın əlamətlərinin aşakar edilməsi böyük əhəmiyyət daşıyır. Şübhələr olduqda ən yaxşısı odur ki, onların olmasını qəbul etmək və tam şəkildə yardım göstərməkdir.
Sınıq və çıxıqların həqiqi əlamətləri- əlamətlərdən biri olduqda belə onların diaqnostikasını inamlı şəkildə aparmaq olar. Bunlara aşağıdakılar aiddir:
patoloji hərəkətlilik (oynaqlardan kənar qeyri-təbii hərəkətlər);
ətrafların deformasiyası (ətrafların uzunluq boyu, bucaq altında və oxunun burulması şəklində formasının dəyişməsi);
açıq sınıqlar zamanı yaradan çıxan sümük sınıqları;
sümük səsləri (xəstəni çevirdikdə bəzən səciyyəvi sümük sınıqlarının xışıltısı);
ox üzrə yüklənmələr zamanı ağrılar (ətraflar oxu boyu kiçik təzyiq və ya yüklənmələr zamanı təzyiq yerində yox, güman edilən sınıq yerində ağrı yaranır). Sınıq və çıxıqların nisbi əlamətləri – sınıq və çıxıqların olmasından şübhələnməyə əsas verməsinə baxmayaraq, bu patologiyanın bir neçə əlaməti
olduqda belə sınıq və çıxıqlar olmaya bilər. Bunlara aiddir:
güman edilən sınıq və çıxıq yerlərində ağrılar;
kiçik şişmələr;
sıyrıntı və göyərmələr;
funksiyaların pozulmaları;
qızartılar.
Sınıq və çıxıq şübhələri olduqda yaralını qabaqcadan hərəkətsiz hala gətirmə tədbirləri görmədən daşımaq, onu hərəkət etməyə, paltarlarını və ayaqqabılarını sərbəst şəkildə soyunmağa məcbur etmək yolverilməzdir. Nəqliyyat hərəkətsizliyinin yaradılmasının məqsədi əlavə zədələnmələrin qarşısının alınması, rahatldığın yaradılması, nəqlolunma zamanı ağrıların azaldılması və peşəkar yardımın gözlənməsidir.
Sınıq və çıxıqlardan başqa nəqletdirmə hərəkətsizliyi aşağıdakı hallarda da tətbiq edilir:
bağ qoyulması zamanı;
uzunmüddətli sıxıntılar sindromunda;
yumşaq toxumaların geniş şəkildə xıncımlanması zamanı;
əhatəli yanıqlar zamanı;
iltihab geniş zonalarda olduqda;
zəhərli ilanların və həşarətlərin dişləmələri zamanı;
radioaktiv və ya zəhərli maddələrlə yoluxmuş yaralar zamanı.
Nəqletdirmə hərəkətsizliyinin yaradılması zamanı bu qaydalara əməl olunmalıdır: sınıqdan yuxarıda və aşağıda minimum iki toxuma (çiyin sındıqda çiyin, dirsək və bilək toxumaları olmaqla üç toxuma; bud sümüyü sındıqda isə çanaq-bud, diz, baldır və pəncəni birləşdirən sümük) fiksə olunmalıdır. Sınıqla bədən arasına bədənin tənziflənmiş yerinin tərpənməməsi üçün sarğının içinə lövhəcik qoyulduqda onlar arasında yumşaq araqatı olmalı və ya bu lövhəcik
qabaqcadan tənziflənməli və parçaya bükülməlidir. Bu, lövhəciyin əlavə zədələr yaratmaması üçün edilir. Əl altında olan vasitələrlə hərəkətsizliyin təmin edilməsi üçün taxta lövhələrdən, fanerdən, kip kardondan, xizəkdən, çör-çöpdən istifadə etmək olar. Onurğa və çanaq sümükləri sındıqda xəstə lövhə (enli taxta, qapı və s.) üzərində yerləşdirilməlidir.
Yaralanmalar, yanıqlar və dönvurmalar zamanı yardım. Yaranın çürüməsinin (irinləməsinin) qarşısının alınması üçün onun kənarları yod və ya brilyant yaşıl məhlul (zelyonka) ilə emal olunmalıdır. Bu maddələrin yaraya düşməsinə imkan verilməməlidir. Onlar toxumaların kimyəvi yanıqlarına səbəb olduqlarından, yara daha gec sağalır.
Yarada kənar cisim olduqda ilkin tibbi yardım zamanı onların kənar- laşdırılması məqsədəuyğun deyildir. Belə ki, bu, əlavə zədələrin və qanaxmaların yaranmasına səbəb ola bilər.
Təmiz yaraya aseptik (mikrobların daxil olmasına imkan verməyən) sarğı sarınmalıdır. Bu, steril tənzif ilə ümumi sarğı sarıma qaydalarına əsasən yerinə yetirilir. Əgər yara çirklənmişdirsə, antiseptik (mikrobları öldürən) sarğı sarınmalıdır. Bunun üçün yara üzərinə antiseptik dəsmal qoyularaq (furagin və ya xlorheksidinli), tənziflə sarınmalıdır. Dəsmalı fiksə etmək üçün (qanaxma olmadıqda) tor şəkilli tənzifdən istifadə etmək olar. Bu dəsmal leykoplastr ilə də fiksə oluna bilər.
Kiçik yaraları və sıyrıntıları bakterisid leykoplastr ilə də yapışdırmaq olar.
Yapışdırma zamanı dəri quru olmalıdır.
Yarada ağrıları, şişləri, qanaxmaları və infeksiyanın (yoluxmaların) inkişafını azaltmaq üçün yerli soyutmaqdan istifadə olunmalıdır. Bunun üçün yara, əzik, dartılma və iltihab yerlərinə sarğı qoyulduqdan sonra buz kisəsi və ya hipotermik paket qoyulmalıdır.
Hipotermik paketdən istifadə etmək üçün lazımdır ki, ağrı tərkibi suda həll olunsun. Hal-hazırda iki konstruksiyada paket istehsal olunur. Birinci növdə su, duz olan paket daxilindəki ayrıca plastik konteynerdə yerləşir və reaksiyanın başlanması üçün daxili konteyner sındırılır. İkinci növdə su və duzlu paketlər ayrı-ayrılıqda olur, reaksiyanın başlanması üçün su ilə doldurulmuş paketə duz səpilir və sıxac sıxılır. Bu paketin hərəkətə keçməsi üçün qismən böyük zaman tələb olunur. Buna baxmayaraq, təzyiq və silkələnmələr zamanı öz-özünə işə düşmələr olmur və ancaq duz komponenti almaqla, paketdən dəfələrlə istifadə etmək mümkün olur.
Yanıqlar zamanı zədələrin dərinləşməməsi məqsədilə yanıq yerləri tez bir şəkildə soyudulmalıdır. Bu məqsədlə yaxşı olar ki, soyuq hava axınından istifadə olunsun. Yanıq yeri 10-15 dəqiqə ərzində soyudulmalıdır. Soyuq su olmadıqda, soyutmaq üçün hipotermik paketdən (soyuducu) istifadə etmək olar. Bu zaman dəriyə yapışmış kənar cisimlər, paltar və s. çıxarılmamalıdır. Soyudulduqdan sonra yanıq səthinə antiseptik dəsmallı sarğı sarınmalıdır.
Döş qəfəsinin zədələnmələri zamanı bəzən çox təhlükəli vəziyyət, plevra boşluğunun yara vasitəsi ilə atmosferlə təması baş verə bilər. Bu zaman hava yara vasitəsi ilə plevra boşluğuna sorulur, normal nəfəs alma prosesi pozulur və nəfəsalma çatışmazlığı inkişaf edir. Belə vəziyyət dərhal yardım tələb edir. Bu
halda havanın daxil olmasının qarşısını almaq üçün plevra boşluğu hermetikləşdirilir (okklyuzasiya). Okklyuzasiya sarğısı kimi ixtiyari steril hava keçirməyən materialdan (polietilen, klyonka, sarğı paketinin rezinləşdirilmiş qabığı, isladılmış sıx parça və s.) istifadə etmək olar. Bu material bilavasitə yara üzərinə qoyularaq, kip tənziflənir. Belə material olmadıqda bəzi hallarda plevra boşluğunu hermetikləşdirmək üçün xəstənin öz əlindən istifadə etmək olar. Bunun üçün əli yaraya sıxaraq, fiksə etmək lazımdır. Okklyuzasiya sarğısı qoyulduqdan sonra xəstə yarıoturaq vəziyyətdə təcili olaraq, cərrahi stasionara aparılmalıdır.
Donvurmadan çıxarmaq üçün həmin sahələri silmək, barmaqları bükməyə cəhd etmək və s. yolverilməzdir. Bu halda toxumalar çox körək olur. İmprovizasiyaedici qızdırıcı sarğıların köməyi ilə qızdırmazdan əvvəl donmuş sahələr istilikdən təcrid olunmalı ki, onların qızdırılması daxildən, yəni, qan vasitəsi ilə olsun.