Mövzu 18. Emosional-iradi sahə pozulması olan uşaqların psixoloji xüsusiyyətləri
PLAN
1.Psixoloji inkşafın təhrif olunması
2.Autizmli uşaqların fəaliyyət xüsusiyyətləri
3.Autizm sindiromunun əlamətləri
Autizm termini-autos(özüm) yunan sözündən əmələ gəlmişdir.İlk dəfə olaraq 1911-ci ildə isveçrə psixiatrı Eygen Breyler tərəfindən “Autizm” termini elmi ədəbiyyata gətirilib.Daha sonra amerika psixiatrı Leo Kanner 1943-cü ildə autizmin psixoloji təsvirini vermişdir.Autizm erkən yaş dövründə başlayan,sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilıə özünü göstərə ümumi inkşaf prosesidir.Əlamətləri 2 yaşından özünü göstərməyə başlayır.Autizm özünə qapanma ,real həyatdan uzaqlaşma kimi təzahür edir.Bu geniş yayılmlş bir hal olaraq təxminən min uşaqdan 5 nəfərində müşahidə olunur.Mütəxəssislər belə hesab edir ki, autizmin yaranması həm irsi həm hamiləlik və doğuş zamanı baş verən narahatçılıq uşaqlara düzgün edilməyən peyvəndlərlə əlaqədar ola bilər.Autizmin əsəb patologiyası, maddələr mübadiləsinin anadangəlmə pozulması və ya orqanik zədələnməsilə əlaqələndirirlər.Autizmin təzahür spektrı çox geniş olmasına baxmayaraq əsas simptompları ümumixarakter daşıyır.
1.Sosial münasibətlərdə pozğunluq.
2.Nitq və ünsiyyətdə pozğunluq.
3.Təxəyyüldə pozğunuq.
Autizmli uşaqlar aşağıdakı xüsusiyyələrilə diqqəti cəlb edirlər.
-ona baxan insanlara nadir halda gülümsəmək.
-başqalarının səslərini və hərəkətlərini nadir hallarda təqlid etmək.
-adına reaksiya verməmək.
-göz təması qura bilməmək.
-əllərdə,ayaqlarda sərtləşmə və ya əl biləklərini çevirmək kimi qeyri normal bədən hərəkətləri,fərqli dururş və digər təkrarlayıcı davranışlar.
-onu qucağa götürmək istəyərkən insana doğru gəlməməsi.
-yuvarlanmaq,iməkləmək kimi hərəkətlər nöqteyi nəzərindən motor inkşaf geriliyi.
Erkən uşaq autizminin 4 qrupu müəyyən edilmişdir:
1-ci qrup uşaqlar üçün artıq erkən yaşdan kəskin narahatçılıq,yaxinlarılə ünsiyyətsizlik,gülümsəmə,müraciətə cavab reaksiyasının olmaması,ətraf aləmlə heç bir əlaqə bağının olamaması;
2ci qrup uşaqlar daha fəal və ətraf mühitlə təmasda az da olsa həssasdır və fəaldır,qidalanma, geyim zamanı yüksək seçicilik nümayiş etdirir, daha çox qorxularla yüklənir(velosiped sürmək,idman hərəkətlərini yerinə yetirmək) çoxsaylı təkrarlanan nitq frazaları və hərəki sterio tiplərin olması qeyd olunur.1-ci qrupdakı uşaqlardan fərqli olaraq həyata daha çox uyğunlaşır.
3-cü qrupa aid olan uşaqlar ətraf aləmi fərqli şəkildə öz davamlı maraqları ilə yüksək dərəcədə qavrayırlar,uşaq uzun müddət eyni mövzuda danışa,eyni rəsmi çəkə və ya eynioyunu oynaya bilər.Onların maraqları və fantaziyaları qorxulu,mistik,aqressiv xarakter daşıyır.
4-cü qrup uşaqlarda autizm özünü ən sadə variantda göstərir,bu uşaqlar böyüklərin dəstəyindən asılı olur,belə uşaqlar üçün təhlükəsizliyin təmin olunması və onu qəbul edən mühitin yaradılması vacibdır.
- autizmli uşaq, hər bir digər uşaq kimi, şəxsiyyətdir,, uşağın spesifik reaksiyalarını nəzərə almaq lazımdır.
-hər gün uşaqla məşqul olmaq lazımdır, bu çox çətindir, lakin ancaq gündəlik məşğələlər nəticəyə gətirə bilər. 5 dəqiqədən başlamaq lazımdır və tədricən məşğələnin vaxtını gün ərzində 2-3 saata uzatmaq, əlbəttə ki, fasilələr ilə.
- uşağa "dayan" sözünü öyrətmək lazımdır. Bu uşaqların müxtəlif fobiyaları olur, onlar real təhlükəni görməyə bilərlər: maşın yolunu baxmadan keçmək, isti əşyalara toxunmaq. Əgər uşaq "dayan" sözünü biləcəksə bu onu travmalardan qoruya bilər. Bunu belə etmək olar: birdən hər hansı bir hərəkəti dayandırıb möhkəm "dayan" demək, tədricən uşaq ondan nə istədiyini başa düşəcək.
- autist uşaqlar adətən televizora baxmağı xoşlayırlar, lakin onlara məhdudiyyət qoymaz lazımdır
- digər uşaqlar ilə ünsiyyətdən qaçmaq lazım deyil. Yaxşı olardı ki, belə uşaq uşaq bağçasına getsin. Uşaq bağçasına gün ərzində 2-3 saatlıq da gedə bilər;
- uşağı mənasız, stereotip hərəkətlərdən yayındırmaq lazımdır. Bunu rəqs, yerində hoppanmaq və s. ilə etmək olar;
- uşaq ilə mümkün qədər çox söhbət etmək. Yadda saxlamaq lazımdır ki, autist uşaq digər uşaqlardanda çox ünsiyyət ehtiyacı var;
- insanlar bəzən tək qalmaq istəyirlər və autist uşaqlar da istisna deyil. Uşağa "gizli" güşə yaratmaq lazımdır. Bu bele bir yer olmalıdır ki, uşaq burda öz fikirləri ilə təkbətək qala bilsin və ona heç kim mane olmasın;
- autizmi olan uşaqlar adətən yelləncəyi xoşlayırlar.
- uşağın ev heyvanları ilə ünsiyyətinə ehtiyat ilə yanaşın. Çünki, autist uşaqlar heyvanlara qarşı səbəbsiz aqressiv ola bilərlər. Ev heyvanını evdə saxlamağdan əvvəl, uşağa ev heyvanı yumşaq oyuncaq hədiyyə etmək olar;
- uşaqların müxtəlif inkişafetdirici mərkəzlərə aparmaq məsləhətdi. Məhz bu mərkəzlərdə uşaqla necə düzgün işləmək barəsində məlumat verilir;.
Dostları ilə paylaş: |