Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu


Yol-nəqliyyat hadisəsi zamanı ilk tibbi yardım



Yüklə 6,32 Mb.
səhifə36/40
tarix16.12.2023
ölçüsü6,32 Mb.
#182853
növüQaydalar
1   ...   32   33   34   35   36   37   38   39   40
YHQ və HT - Mühazirə

Yol-nəqliyyat hadisəsi zamanı ilk tibbi yardım


Yol-nəqliyyat hadisələri zamanı ən çox döş qəfəsinin zədələnmələrinə, sükan çarxı və sükan kolonkasının zərbələri nəticəsində qarının və çanaq sümüyünün xəsarətlərinə, qabaq külək şüşəsinə dəymələr nəticəsində başın, boğazın və onurğa sütununun zədələnmələrinə rast gəlinir.


Döş qəfəsinin ağır zədələnmələri zamanı narahatlıq, nəbzin tez döyün- mələri, bəzən isə qanaxmaları, hıçqırıq, üz dərisinin göyərməsi və sinədə kəskin ağrılar müşahidə edilir.
Qarının qapalı zədələnmələri zamanı ağrılarla, qarın divarlarının gər- ginləşməsi, öyümə və qusma ilə müşayət olunur. Çanaq sümüyünün sınmaları zamanı sınma yerlərində ağrılar yaranır, oturmaq və durmaq mümkün olmur, xəsarət alan ayaqlarını yarıaçılmış və ya yarıbükülmüş vəziyyətdə saxlamağa çalışır.
Başın zədələnmələri baş beyinin zədələnmələri və silkələnmələri, zə- dələnmiş beyin damarlarında daxili qanaxmalar, kəllə sümüyü qırıntıları ilə beyin toxumalarının zədələnmələri səbəbindən huşun itməsi ilə («beyin koması» ilə) müşayət oluna bilər.
Onurğa sümüyünün zədələnmələri nəticəsində də xəsarət alanın baş ilə hərəkətləri zamanı artan ağrılar yaranır. Belə zədələnmələr nəticəsində hərəkət zamanı artan ağrılar yaranır, bəzən isə əlin və ya ayağın hissiyatının itirilməsi ilə müşayət olunan iflic olmalar müşahidə edilir.
Qəzalar zamanı avtomobil deformasiya olunduğundan, qapılar blok- landığından və içəriyə batdığından, xəsarət alanların avtomobildən çıxarılmasına xüsusi diqqət yetirilməlidir. Bunun üçün ilk növbədə mövcud olan maneələr aradan qaldırılmalıdır. Xəsarət alanı əlçatan və xəsarət almamış hissələrindən tutmaqla ehtiyatla çıxarmaq lazımdır. Yaxşı olar ki, bu iş iki və ya üç nəfər tərəfindən yerinə yetirilsin. Xəsarət alanı avtomobildən qoltuğundan tutmaqla və ya öz qolunu qoltuğunun altına salmaqla və xəsarət almamış əlin dirsəklə pəncə arasındakı hissəsindən tutmaqla çıxarmaq məqsədəuyğundur.
Xəsarət alanı avtomobildən hərəkət iştirakçılarının gücü ilə çıxarmaq mümkün olmadıqda xilasetmə xidməti əməkdaşları köməyə çağırılmalıdır. Bu maddəyə əməl etmədən yaralını avtomobildən çıxarmağa əbəs yerə cəhd etmək onun əlavə xəsarətlər almasına səbəb olacaqdır. Bundan başqa, yaralıya ilkin xidmətin göstərilməsi vaxtı da uzanacaqdır.
Yaralıların nəql etdirilməsi. «Təcili tibbi yardım» avtomobili 20 də- qiqədən çox gecikərsə, yaralını komaya girmədən eyni istiqamətdə hərəkət edən ixtiyari avtomobil ilə yaxınlıqdakı tibb məntəqəsinə çatdırmaq lazımdır. Çox
vaxtı yaralılar tibb məntəqəsinə sağ çatdırılsalar belə, onlar düzgün nəql olunmama səbəbindən ölə bilərlər. Güclü qanaxmalar zamanı qanı saxlamaq mümkün olmadıqda yaralı ixtiyari avtomobildə tibb məntəqəsinə sürətlə çatdırılmalıdır.
Digər bütün hallarda nəqletdirmə üçün avtonəqliyyat vasitəsi seçildikdə avtobusa, yük avtomobili və avtofurqonlara üstünlük verilməlidir. Çünki, belə avtomobillərdə yaralını döşəməyə uzatmaq və onunla bir və ya bir neçə müşayətçi göndərmək mümkündür.
Xəstəxanaya qədərki mərhələdə yaralını nəqletdirmə hətta peşəkar xilasetmə xidməti üçün ən mürəkkəb mərhələdir. Koma vəziyyətində olan yaralını eyni istiqamətdə gedən avtomobildə nəql etdirdikdə müşayətedici şəxs hər 5 dəqiqədən bir yaralının ağız boşluğunu və burun pərələrini ifrazatdan təmizləməli, nəfəsalmanın xarakterini izləməli və yaralının vəziyyətinin kəskin pisləşmələri halında müvafiq yardımlar göstərməyə hazır olmalıdır.
Yol hərəkəti qaydalarında deyilir ki, «YNH iştirakçısı olan sürücülərin borcudur: … yaralıya həkiməqədərki ilkin tibbi yardım göstərmək üçün bütün gərəkən tədbirləri görmək, «Təcili tibbi yardım» çağırmaq, fövqəladə hallarda isə yaralını eyni səmtə gedən, bu mümkün olmadıqda isə öz avtomobilində yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq.»
Azərbaycan Respublikasının cinayət məcəlləsinin 143-cü maddəsində göstərilir ki, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qoru- maq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlıq üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə – üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İlkin tibbi yardım YNH yerində operativ yardım olub, onun vəzifəsi xəsarət alanın orqanizminin həyat üçün vacib olan funksiyalarını peşəkar tibbi yardım işçiləri gələnə qədər qorumaqdan və saxlamaqdan ibarətdir. Sürücü hadisə yerində yeganə yardım göstərmək imkanında olan şəxs ola bilər. Xəsarət alanın yaşamaya davam etməsi, onun tamamilə sağalması və ya bütün həyatı böyu şikəst qalması bu yardımın düzgün və vaxtında aparılmasından asılıdır.
Təbii ki, sürücünü ilkin tibbi yardımın göstərilməsi ilə bağlı olan hüquqi məsuliyyət məsələsi narahat edə bilər. Bu, reanimasiya tədbirləri kompleksi ilə bağlı olan təxirəsalınmaz vəziyyətlərdə (ürəyin düzünə olmayan massajı və ağ ciyərlərin süni ventilyasiyası) daha da önəmli olur. Ancaq, bununla belə, sürücünün hərəkətləri məqsədəuyğun və ehtiyatlı olduqda onu hüquqi məsələlər narahat etməməlidir.
İlkin tibbi yardım mütəxəssislərinin fikirinə görə aşağıda qeyd olunmuş hərəkətlər məqsədəuyğun hesab olunur:

    • ilkin tibbi yardımın çağırılması;

    • nəbzin vurmasının, şüurun və nəfəsalmanın yoxlanılması;

    • yaralının nəfəs yollarının keçiciliyinin təmin edilməsi və reanimasiya tədbirlərinin başlanılması;

    • güclü xarici arterial qanaxmalar olduqda onu müvəqqəti olaraq, ixtiyari məlum olan üsullarla (ətrafların bükülməsi, bağ qoyulması və s.) dayandırmalı;

    • yaralı ancaq o vaxt nəql etdirilir ki, onun üçün həyati təhlükə olsun;

    • əgər yaralı kritik vəziyyətdədirsə, ilkin tibbi yardım gələnə kimi ilkin yardım davam etdirilməlidir.

Yadda saxlamaq lazımdır ki, əgər yaralının huşu özündədirsə, ilkin tibbi yardımın göstərilməsi üçün ondan razılıq alınmalıdır. Belə hallarda valideynlər və ya müşayətçiləri yanında olmayan uşaqlar istisna təşkil edirlər. Əgər yaralı ilkin tibbi yardımdan imtina edərsə, onu güclə etmək lazım deyil. Yaralı ağır xəsarət, stress və şok nəticəsində huşsusdursa və ya adekvat cavab vermək iqtidarında deyildirsə, ilkin tibbi yardım göstərməyə başlamaq olar.
İxtiyari vəziyyətdə ağıl və vərdişləri rəhbər tutaraq, qayğı və ehtiyatlılıq göstərilməlidir. Xilasedici sürücüdən möcüzə yaratmaq və ya öz həyatını təhlükəyə atmaq tələb olunmur. İxtiyari xəsarət lazımi tibbi təhsili və ya ağır xəstələrlə rəftar vərdişləri olmayan xilasedici insanda qanın, qusma kütləsinin və pis qoxunun olması çox xoşagəlməz həyəcanlar yarada bilər. Lazım gəldikdə xəsarət alana arxa çevirməklə, bir neçə dəfə dərindən nəfəs almaq gərəkdir.
Unutmaq olmaz ki, xəsarət alanın vəziyyəti kritik olduqda onun həyatının xilas edilməsi ancaq və ancaq ilkin yardımı göstərəndən asılı olur.

Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin