Nizamlanan yol ayrıclarında NV və piyadaların hərəkət növbəliliyini svetofor siqnalları və nizamlayıcılar müəyyən edirlər.
Mürəkkəb olmayan yol ayrıclarında svetoforun icazə siqnalı yanarkən yol ayrıcına girmiş sürücü yol ayıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir və bu zaman qalan NV-lər ona maneə törətməməlidir. Böyük olçü və konfiqurasiyaya malik olan mürəkkəb yol ayrıclarında isə yol ayrıcına girmiş NV sürücjüsü onun qarşısındakı bütün svetoforların siqnallarına diqqət yetirməli və onların tələb- lərinə əməl etməlidir.
Əgər yol ayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında STOP-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır.
Yol ayrıclarında hərəkət edən ağır və uzun ölçülü NV-lər yüksək ətalətə və kiçik sürətə malik olduqlarından, digər NV sürücjüləri yol ayrıcından vaxtında keçmələri üçün onlara şərait yaratmalıdırlar.
Relssiz NV-nin sürücüsü svetoforun yaşıl işığında sola və geriyə dönərkən, qarşıdan düzünə və sağa gedən NV-lərə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar.
Svetoforun sarı və qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn NV-lərə yol verməlidir. Həm əsas, həm də əlavə bölmədə yaşıl işıq yandırılmış istiqamətdə sürücü inamla hərəkət etməlidir. Ancaq bu halda sağa dönmələr zamanı piyadalara və velosiped yolu ilə hərəkətdə olan velosipedçilərə yol verilməlidir.
Svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvay, həm də relssiz NV-nin hərəkə-
tinə icazə verirsə, tramvay, hərəkət istiqamətindən asılı olmayaraq, üs- tünlüyə malikdir. Lakin svetoforun qırmızı və ya sarı siqnalı ilə eyni vaxtda olan əlavə bölməsində yan- dırılmış ox işarəsi istiqamətində hə- rəkət edən tramvay başqa istiqamət- lərdən gələn NV-lərə yol verməlidir.
T-şəkilli yol ayrıclarında əlavə bölmədə şaquli oxlu yaşıl işıqda hə-
rəkət qaydası dönmə istiqamətlərində yandırılmış oxda olduğu kimidir. Yəni, bu halda da şaquli yaşıl ox istiqamətində hərəkət edən NV sürücüsü mübahisəli istiqamətdən əsas svetofordakı yaşıl işıqda gələn NV-yə yol verməlidir. Əgər baxılan istiqamətdə həm əsas, həm də əlavə bölmədəki şaquli oxlu yaşıl işıq yandıqda, mübahisəli istiqamətin əsas svetoforunda qırmızı işıq yandığından, heç kimə yol vermək lazım gəlməyəcəkdir.
Yol ayrıcının hər hansı bir girişində yaşıl işıq yandıqda hərəkətə başlayan NV sürücüləri yol ayrıcını keçib qurtarmamış NV və piyadalara imkan verməlidirlər ki, onlar yol ayrıcını keçməni başa çatdırsınlar. Bu zaman, yaşıldan sonrakı sarı işıqda yol ayrıcına sürətlə girmiş NV-lərin də təhlükəsizliyi təmin ediləcəkdir.