Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu


NV-lərin yolun hərəkət hissəsində yerləşməsi. Hərəkət sürətləri



Yüklə 6,32 Mb.
səhifə23/40
tarix16.12.2023
ölçüsü6,32 Mb.
#182853
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   40
YHQ və HT - Mühazirə

NV-lərin yolun hərəkət hissəsində yerləşməsi. Hərəkət sürətləri


Nəqliyyat axınındakı hər bir NV həyəcan dalğaları yaradaraq, potensial təh- lükə mənbəyinə çevrilirlər. Ümumi axının hərəkətinə mane olmamaq və digər səbəblərdən onların yolun hərəkət hissəsində yerləşmə xarakterinin böyük əhəmiyyəti vardır. Mövcud Qaydalarda ən çox diqqət yetirilən məsələlərdən biri də budur.


Qaydalarda relssiz NV zolaqlarının sayı yolun nişanlama xətləri, 5.8.1, 5.8.2, 5.8.7, 5.8.8 yol nişanları ilə və ya hərəkət hissəsinin eni, NV-nin qabarit olçüsü və onlar arasındakı lazımi ara məsafəsindən asılı olaraq, sürücülər tərəfindən (bu halda hərəkət hissəsinin yarısından o yana qarşı hərəkət istiqaməti üçün nəzərdə tutulur) müəyyən olunur.
Adi normal şəraitlərdə hərəkət zamanı NV sürücüləri vəziyyətdən asılı ola- raq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər.
Hər bir istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır.

Üç hərəkət zolağı olan ikitərəfəli hərəkət yollarında NV yolun hərəkət hissə- sinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmək üçün icazə


verilir. Qırıq xətləri hər iki tərəfdən kəs- məyin qadağan edilmədiyini bilən sü- rücülər bu halda zolaqların sayının üç olduğunu unutmamlıdırlar.
Yaşayış məntəqələrindən kənarda və 5.1 və 5.2 nişanları ilə qeyd olunmuş yolların yaşayış məntəqələrindən keçən
hissəsində hərəkət sürəti ən azı 80km/saat
olduğundan, sürücülər NV-ləri mümkün qədər hərəkət hissəsinin sağ kənarına yaxın sürməlidirlər. Sağ zolağın boş olduğu halda sol zolağın tutulması qada- ğandır. Hərəkət intensivliyinin yüksək qiymətlərində bütün hərəkət zolaqları
tutulduğundan ancaq sola və ya sağa dönmələr, geriyə dönmələr, dayanmalar və ya maneənin yanından keçilməsi hallarında hərəkət zolağını dəyişməyə icazə ve- rilir.
Bir istiqamətdə üç və çox zolağı olan ixtiyari yolda sol kənar zolağın tutulma- sına ancaq yüksək intensivlikli axında (digər zolaqlar tutulduğu halda), həmçinin, ötmələr, sola və geriyə dönmələr, icazə verilən maksimum kütləsi 3,5t-dan çox olan yük avtomobillərinin sola və geriyə dönmələri zamanı icazə verilir.

Bir hərəkət zolağındakı NV-lərin digər zolaqdakılara nisbətən yüksək sürətlə hərəkət etməsi ötmə sayılmır. Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda, bu yollara çıxmaq qadağandır. Başqa yollarda NV sürü- cüləri tramvay yaxınlaşarkən, imkan olan kimi onun xəttini boşaltmalıdırlar.


Hərəkət sürəti 40 km/saat-dan çox olmayan və ya hər hansı bir texniki sə- bəbdən belə sürəti ala bilməyən NV-lər sağ kənar zolaqla (maneənin yanından keçilməsi, ötmə və ya sola, geriyə dönmə və ya icazə verilən hallarda sol tərəfdə dayanmadan qabaq zolağı dəyişmək halları istisna olmaqla) hərəkət etməlidirlər.
Hərəkət hissəsi ilə eyni səviyyədə, solda yerləşmiş tramvay xətti ilə baxılan istiqamətdə bütün zolaqlar tutulduqda, maneənin yanından keçilməsi, ötmə, sola və ya geriyə dönmələr zamanı eyni istiqamətdə hərəkət etməyə icazə verilir. Bu zaman tramvayın hərəkətinə maneçilik törədilməməlidir. Tramvayın qarşı hərə- kət yoluna çıxmaq qadağandır. Yol ayrıcından qabaq 5.8.1 və 5.8.2 nişanları tət- biq olunmuşdursa, yol ayrıcında tramvay xətti ilə hərəkət qadağandır. Əgər tram- vay yolu hərəkət hissəsinə nəzərən qaldırılmış ayırıcı zolaqda yerləşmişdirsə, onlara giriş qəti qadağandır.
Yolun hərəkət hissəsi nişanlama xətləri ilə işarələnmişdirsə, NV-lər ancaq qeyd olunmuş zolaqlarda hərəkət edə bilərlər. Reversiv hərəkətli yola dönmələr zamanı sürücü NV-ni elə istiqamətləndirməlidir ki, kəsişməyə girdikdə o, sağ kə- nar zolağı tutsun. Sürücü o zaman hərəkət zolaqları üzrə yerini dəyişə bilər ki, digər zolaqlarda hərəkətə icazə verildiyinə əmin olsun. Bütöv nişanlama xətləri-

ni kəsmək qadağandır. Yerdəyişmələr zamanı qırıq xətləri kəsdikdə isə yerdəyiş- mə qaydalarına əməl edilməlidir.


Qaydalarda göstərilmiş xüsusi hallardan başqa digər bütün hallarda çiyinlər- lə, səkilərlə və piyada yolları ilə hərəkət qadağan olunur. Bu, yol - istismar və kommunal xidməti maşınlarına, bilavasitə çiyinlər, səkilər və piyada yolları ya- xınlığında yerləşən ticarət və digər obyektlərə yük daşıyan NV-lərə digər qısa yollar tapmadıqda və lazımi təhlükə-
sizlik təmin edildikdə, şamil edilmir.
Sürücü hərəkət zamanı qabaqda və yanda hərəkət edən NV-lərlə təh- lükəsiz məsafə saxlamalıdır. Sürət- dən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaq- da gedən NV sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda,
onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Uzun illərin təcrübəsi sürü- cülərdə belə bir təsəvvür formalaşmışdır ki, quru asfaltbeton yollarda təhlükəsiz ara məsafəsi (m-lə) hərəkət sürətinin (km/saat-la) yarısından az olmamalıdır ( d 
a /2 ). Belə ara məsafəsi eyni istiqamətli toqquşmalar təhlükəsini aradan qal- dıracaqdır. Böyük sürətlərdə və digər yol şəraitlərində təhlükəsiz ara məsafəsi hərəkət sürətinin qiymətinə (m-lə) yaxınlaşır. Real intensiv yol şəraitlərində ara məsafəsinin qiyməti həmişə kiçik olduğundan, tam təhlükəsizliyi təmin etmək mümkün olmur və sürücülərdən yüksək diqqət tələb olunur.
Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə, asta ge- dən, ağır yüklü və ya uzun nəqliyyat vasitələrinin sürücüləri özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qə-
dər ara məsafəsi saxlamalıdırlar ki, on- ları ötən nəqliyyat vasitələri ötməni təh- lükəsiz şəraitdə başa çatdırsınlar. Əgər sürücü ötmə əməliyyatına başlamışdır- sa və ötürsə, bu tələbə əməl olunmur.
Tədqiqatlar göstərmişdir ki, avtomo- billər arasındakı ara məsafəsi (m - lə) km/ saat-la ifadə olunmuş sürətin yarısına
bərabərdir. Pnevmatik intiqallı yük avtomobilləri üçün tormoz mexanizminin işə düşmə vaxtı böyük olduğundan, bu məsafə bir qədər də artırılmalıdır. Müasir av- tomobil yollarında yan interval zolaqları nişanlama xətləri ilə müəyyən edilir.
İki zolaqlı, iki tərəfli hərəkətli yollarda yaşayış məntəqələrindən kənarda sü- rət məhdudiyyəti müəyyən edilmiş və uzunluğu 7m-dən böyük olan NV sürücüsü onlardan qabaqda hərəkət edən NV ilə elə ara məsafəsi saxlamalıdır ki, onları ötən avtomobillər ötməni başa çatdırdıqdan sonra maneəsiz olaraq öz əvvəlki zolağına qayıda bilsinlər. Ötmələrin qadağan olunduğu, intensiv hərəkətli yol sa- hələrində və təşkil olunmuş nəqliyyat kolonunda bu tələblər öz qüvvəsini itirirlər.
İki tərəfli hərəkətli yollarda ayırıcı zolaqlar olmadıqda və nişanlarla və ya nişanlama xətləri ilə müəyyən qaydalar qoyulmadıqda, təhlükəsizlik adacıqları və digər yol qurğuları elementlərinin sağından keçilməlidir.
Yüksək hərəkət sürəti və yüksək təhlükəsizlik səviyyəsi yol hərəkətinin məq- səd funksiyasıdır. Yüksək sürətli avtomobillərlə hərəkətdə konkret yol şəraitləri- nə uyğun olmayan sürətin seçilməsi təhlükəli vəziyyətlərin yaranmasına və YNH-nin baş verməsinə səbəb olur. Qaydalarda hərəkət sürətinin seçilməsində subyektiv və bir sıra digər amillərin nəzərə alınması dəqiqliklə göstərilmişdir. Bunlar hərəkət intensivliyi, NV və yüklərin xüsusiyyətləri və vəziyyəti, yol və meteoroloji şəraitlər və hərəkət istiqamətində yolun görünməsidir. Bütün hallarda sürət elə olmalıdır ki, sürücü NV üzərində nəzarətini itirməsin və Qaydaların tələblərinə əməl edə bilsin.
Hərəkət sürəti artdıqca avtomobillər arasındakı ara məsafəsi kiçildiyindən, təhlükəsiz manevretmə imkanları azalır. Həyəcan dalğalarının olmadığı optimal nəqliyyat axınlarında hərəkət sürəti nəqliyyat axının ümumi sürətinə yaxın olur.
Yol nişanları ilə hərəkət sürəti nizamlandıqda ya sürücülərə müəyyən sürət təklif olunur (5.18), ya da onun yuxarı və aşağı hədləri (3.24 və 4.7) məhdudlaş- dırılır. İntellektual idarə etmə sisteminə qoşulmuş magistral və ya magistrallar şəbəkəsində hesabi sürət deyilən anlayışdan da istifadə olunur. Belə sürətlə hə- rəkət edən NV-ləri növbəti yol ayrıcında svetoforların yaşıl işığı qarşılayır.

Ən təhlükəsiz sürət orta sürətdir. Bu sürətdən 30km/saat fərqli sürətlə hərəkət etdikdə YNH-nin baş vermə ehtimalı təxminən on dəfə artır. Ona görə də sürü- cülər orta sürətdən az fərqlənən sürət seçməli və ehtiyac olmayan hallarda ötmə əməliyyatı aparmamalıdır.


Qaydalarda maneələr qarşısında tormozlamaya alternativ olaraq manevr et- məyə icazə verilir. Yadda saxlamaq lazımdır ki, sürətin hər bir sonrakı artımı tor- moz yolunu daha çox artırır. Təhlükə-
sizliyi təmin etmək üçün elə sürət se- çilməlidir ki, NV-nin dayanma (Sd) yolu maneəyə qədər olan məsafədən (Sm) çox olmasın.
Qaydalarda hərəkət sürətinə bir sıra məhdudiyyətlər nəzərdə tutulur:

  • sürücü hərəkət intensivliyinin, NV-

nin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteroloji şəraiti, xüsusi hə- rəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, NV-ni müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə ya- randığını gördükdə, NV-nin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməlidir;

  • NV-lər yaşayış məntəqələri daxilində 60km/saat-dan çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd 90km/saat-dan çox ola bilməz) hərəkət edilməlidir;

  • minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5t-dan çox olma- yan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda avtomagistrallarda 110 km/saat-dan, başqa yollarda isə 90km/saat-dan çox olmayan sürətlə hərəkət et- məlidirlər.

  • şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqə- lərindən kənarda bütün yollarda 90km/saat-dan, digər avtobuslar, yedəyində qoş- qu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5t-dan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda avtomagistrallarda 90 km/saat-dan, başqa yollarda isə 70 km/saat-dan çox olmayan sürətlə hərəkət edə bilərlər;

  • banında adamlar daşıyan yük avtomobilləri, yedəyində mexaniki nəqliyyat vasitələri aparan NV-lər 50km/saat-dan çox olmayan sürətlə hərəkət etməlidirlər.

- təhlükəli, ağır çəkili və iri qabaritli yüklər daşıyan NV-lər daşıma şərtləri ra- zılaşdırılarkən, müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidir- lər.
- üstün hərəkət rejimli NV-lər zərurətdən irəli gələn sürətlə hərəkət edə bilər- lər. Göstərilən NV-lərin sürücüləri yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün hər cür tədbir görməlidirlər.
Sürücülərə NV-ni onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksi- mum sürətdən artıq sürətlə sürmək, lüzumsuz olaraq, həddindən az sürətlə hərə- kət etməklə, başqa NV-lər üçün maneə yaratmaq və yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna olunmaqla, NV-ni sərt tormozla- maq qadağan edilir.

Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin