Müəllifə istinad etmə:- Akademik yazının əsas xüsusiyyətlərindən biri öz fikirlərinizi
əsaslandırmaq üçün ədəbiyyatdan istifadə etməkdir. Bu, sizdən müəyyən bir tədqiqat sahəsindəki
məsələnin müxtəlif tərəflərini təhlil etmək üçün ədəbiyyatla ətraflı tanışlıq tələb edir. Bu, o, deməkdir
ki, bu müəllifləri elmi yazı işinizə daxil edərək və onların fikirlərini qeyd etməklə, müəyyən bir
ədəbiyyat araşdırmanız nəticəsində siz ortaya yenilik gətirmişsiniz. Yazınızda müəlliflərə istinad
edilən bu üslub adətən, istinad etmə, və yaxud mətnarası istinadetmə adlanır.
1.
Cümlənizdə müəllifləri təqdim edərkən, məs., “İsmayılov deyir..., Əkbərov bildirir” kimi eyni
felləri işlətməkdən yaxa qurtarmağınız və cümlədəki istinadlarınıza müxtəliflik gətirmək üçün,
aşağıdakı fellər siyahısından istifadə edə bilərsiniz: razılaşır, təsdiq edir, inanır, qəbul edir, iddia edir,
mübahisə açır və s.
2.
Eyni soyadı daşıyan iki və ya daha çox müəllif olduğu təqdirdə, nəşr ilindən asılı olmayaraq,
mənbələri bir-birindən fərqləndirmək üçün müəlliflərin adlarının və atalarının adlarının baş hərflərini
də istinada daxil edin. Məs: Mötərizədə İdarəetmə prinsipləri əksər təşkilatı təcrübələrin təməlini təşkil
edir. (İ.M. Nəcəfzadə, 1997; S.R. Nəcəfzadə, 1997)
3.
Əgər eyni müəllifin eyni ildə iki və daha çox elmi yazısı varsa, o zaman mətndə qeyd edilmiş
ilk nəşr ilindən sonra “a” hərfini əlavə edin və ikincisindən sonra “b” hərfini daxil edin və bu şəkildə
də davam edin. Bu detalın da sizin istinad siyahınızda yer almasına əmin olmalısınız. Nümunə:
Göyüşzadə (1999a) cəmiyyəti idarə etməkdə inancların rolundan söz açır, lakin Göyüşzadə (1999b)
ictimai-siyasi həyatda qadınların iştirakının ölkənin gələcəyi üçün əhəmiyyətini vurğulayır.
4.
Bir paraqrafda eyni müəllifin adını ikinci dəfə çəkərkən, həmin paraqrafda nəşr ilini yalnız bir
dəfə qeyd etmək lazımdır. Nümunə: Qəzəb məfhumu əsrlər boyunca müzakirə edilmişdir (Uilkinson,
1976). Əslində, Uilkinson onu demək istəyirdi ki....
|