Başqa müəlliflərin fikirlərini öz sözlərinizlə demək:-
Başqa müəllifin ideyalarını öz
sözlərinizlə deyə bilməniz vacibdir, çünki bu, sizin konsepsiya və fikirləri anladığınıza dəlalət edir.
Müəllif ideyalarını öz sözlərinizə çevirməyin iki yolu vardır: xülasə etmək və parafraz etmək.
Xülasə etmək- Mətnin bir sıra əsas özəlliklərini seçib onlardan müəllif fikirlərinin xülasəsini
yaratmaq üçün istifadə etmək deməkdir. Əlbəttə ki, yazınızda mətnin ilkin versiyası ilə sizin xülasə
etdiyiniz versiya arasında forma baxımından kifayət qədər fərq olduğuna əmin olmalısınız. Buna isə
mətndə verilmiş ideyaları, fikirləri sadələşdirmək, eyni zamanda, bu ideyaları təqdim etmək üçün
fərqli cümlə strukturu və ya cümlə ardıcıllığından istifadə etməklə nail olmaq olar.
Dostları ilə paylaş: |