Qaydalari I. Ümumi tələblər


 Kafedra müdiri və dekan vəzifələrinin tutulması qaydaları



Yüklə 281,33 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix02.01.2022
ölçüsü281,33 Kb.
#38282
növüQaydalar
1   2
kafedra-mudiri-ve-dekan-secki-qaydalari

  

2. Kafedra müdiri və dekan vəzifələrinin tutulması qaydaları 

  

2.1.  Kafedra  müdiri  və  ya  dekan  vəzifəsini  tutmaq  üçün  müsabiqədə 

iştirak  etmək  istəyən  namizədin  ərizəsi  və  bu  Qaydaların  2.3-cü  bəndində 

göstərilən  sənədləri  Qaydaların  1.4.-cü  bəndində  göstərilən  müddət 

gözlənilməklə  ali  təhsil  müəssisəsinin  rektorunun  dərkənarı  ilə  müsabiqənin 

keçirilməsi üçün ali təhsil müəssisəsinin katibliyinə göndərilir. 

2.2. Namizədin ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 

2.2.1. kadrlar uçotunun şəxsi vərəqəsi; 

2.2.2. tərcümeyi-hal; 

2.2.3. ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri; 

2.2.4. elmi və elmi-metodiki işlərin siyahısı; 

2.2.5.  kafedra  müdiri  və  fakültə  dekanının  müvafiq  struktur  bölmənin 

inkişafı ilə bağlı platforması. 

2.3.  Müsabiqə  elan  olunan  müəssisədə  çalısan  namizədlər  isə  yalnız  bu 

Qaydaların  2.2.3-2.2.5-ci  yarımbəndlərində  qeyd  olunan  sənədləri  təqdim 

edir. 


2.4.  Kafedra  müdiri  fakültə  Elmi  Şurasının,  fakültə  dekanı  isə  fakültə 

əməkdaşlarının  (ştatda  olan  müəllimlər,  o  cümlədən  əsas  iş  yeri  həmin  ali 

təhsil  müəssisəsində  olmaqla  0,5  ştatla  çalışanlar  və  elmi  işçilər)  ümumi 

iclasında  iştirakçıların  2/3  hissəsinin  iştirakı  ilə  gizli  səsvermə  yolu  ilə 

seçilirlər. 

2.5. Bütün hallarda kafedra müdiri və dekan vəzifələrinə seçilmək üçün 

müvafiq  olaraq  fakültənin  Elmi  Şurasında  və  ya  fakültə  əməkdaşlarının 

ümumi  iclasında  (gizli  səsvermədən  əvvəl)  müsabiqədə  iştirak  edən  hər  bir 

namizədin  peşə-ixtisas  hazırlığı  haqqında  məlumat  və  müvafiq  rəylər 

dinlənilir.  Hər  bir  namizəd  peşə  fəaliyyəti  və  müvafiq  struktur  bölmənin 

inkişafı ilə bağlı platforması haqqında çıxış edir. 

2.6.  Kafedra  müdiri  vəzifəsinə  namizədlərlə  bağlı  kafedranın  rəyini 

öyrənmək  üçün  onun  iclası  təşkil  olunur.  İclasa  müvafiq  fakültənin  dekanı 



sədrlik edir. Kafedranın əməkdaşlarının (ştatda olan müəllimlər, o cümlədən 

əmək kitabçası həmin ali təhsil müəssisəsində olmaqla 0,5 ştatla çalışanlar və 

elmi  işçilər)  2/3  hissəsi  iştirak  etdiyi  halda  iclas  səlahiyyətli  sayılır.  Kafedra 

iclasının qərarına əsasən səsvermə açıq və ya gizli ola bilər. Həmin iclasda hər 

bir  namizəd  haqqında  məlumat  verilir,  onların  təqdim  etdiyi  sənədlər 

nəzərdən  keçirilərək  araşdırılır,  namizədlərin  seçki  platforması  dinlənilir  və 

sadə  səs  çoxluğu  ilə  (50%-dən  çoxu)  qərar  qəbul  edilir.  Namizədlər 

kafedranın  iclasında  iştirak  etməlidir.  Kafedranın  qərarı  sədr  tərəfindən 

imzalanır.  Kafedranın  müsbət  rəyi  olmadığı  halda  da  namizəd  fakültənin 

Elmi Şurasında seçkidə iştirak edə bilər. 

2.7.  Dekan  vəzifəsinə  namizədlərlə  bağlı  fakültənin  tərkibində  olan 

kafedraların  rəyini  öyrənmək  üçün  onların  iclasları  keçirilir.  Namizədlərlə 

bağlı hər bir kafedrada keçirilən iclasa həmin kafedranın müdiri sədrlik edir. 

Kafedranın  əməkdaşlarının  (ştatda  olan  müəllimlər,  o  cümlədən  əmək 

kitabçası  həmin  ali  təhsil  müəssisəsində  olmaqla  0,5  ştatla  çalışanlar  və  elmi 

işçilər)  2/3  hissəsi  iştirak  etdiyi  halda  iclas  səlahiyyətli  sayılır.  Kafedra 

iclasının qərarına əsasən səsvermə açıq və ya gizli ola bilər. Həmin iclasda hər 

bir  namizəd  haqqında  məlumat  verilir,  onların  təqdim  etdiyi  sənədlər 

nəzərdən  keçirilərək  araşdırılır,  namizədlərin  seçki  platforması  dinlənilir  və 

sadə səs çoxluğu ilə (50%-dən çoxu) qərar qəbul edilir. Kafedranın qərarı sədr 

tərəfindən  imzalanır.  Kafedranın  müsbət  rəyi  olmadığı  halda  da  namizəd 

fakültə əməkdaşlarının ümumi iclasında seçkidə iştirak edə bilər. 

2.8.  Kafedra  müdiri  və  fakültə  dekanı  vəzifəsinə  namizədlər  barədə 

kafedraların müvafiq rəyləri fakültənin rəhbərinə təqdim olunur. 

2.9.  Dekan  vəzifəsinə  seçki  ilə  bağlı  fakültə  əməkdaşlarının  ümumi 

iclasına  ali  təhsil  müəssisəsinin  rektoru  və  ya  tədris  işləri  üzrə  prorektor 

(olmadığı  halda  digər  prorektorlardan  biri)  sədrlik  edir.  Fakültə 

əməkdaşlarının ümumi iclasının qərarı sədr tərəfindən imzalanır. 

2.10.  Müsabiqədə  iştirak  edənlərin  adı  və  soyadı  eyni  səsvermə 

bülleteninə daxil edilir (Əlavə 1). 

2.11. Namizədin lehinə və əleyhinə münasibət bülletendə adın qarşısında 

dairəvi  işarəni  qaralamaqla  bildirilir.  Hər  bir  seçici  yalnız  bir  namizədə  səs 

verə  bilər.  Bülletendə  iki  və  daha  çox  namizədin  adı  və  soyadı  qarşısında 

dairəvi  işarə  qaralandıqda  və  ya  heç  biri  qaralanmadıqda  bülleten  etibarsız 

sayılır. 

2.12.  Fakültə  Elmi  Şurası  və  ya  fakültə  əməkdaşlarının  ümumi  iclası 

səsvermənin  nəticəsini  hesablamaq  üçün  səsvermədən  əvvəl  3-5  nəfərdən 

ibarət  hesablama  komissiyası  seçir.  Hesablama  komissiyası  bülletenləri  iclas 

iştirakçıları  qarşısında  hesablayır,  səsvermənin  nəticəsini  hər  bir  namizəd 



üçün  ayrılıqda  elan  edir  və  onun  protokolu  müvafiq  olaraq  fakültə  Elmi 

Şurası  və  ya  fakültə  əməkdaşlarının  ümumi  iclası  tərəfindən  təsdiq  olunub, 

müsabiqə sənədlərinə əlavə edilir. Müsabiqələrlə bağlı fakültə Elmi Şurasının 

və  fakültə  əməkdaşlarının  ümumi  iclasları  protokollaşdırılır.  Fakültə  Elmi 

Şurasının  və  ya  fakültə  əməkdaşlarının  ümumi  iclaslarının  qərarları  ilə 

kafedra  müdiri  və  dekan  vəzifəsinə  seçilmiş  namizədlə  ali  təhsil 

müəssisəsinin  rektoru  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinə  əlavə 

edilmiş  “Əmək  müqaviləsinin  (kontraktın)  nümunəvi  forması”na  uyğun 

olaraq 5 il müddətinə əmək müqaviləsi bağlayır və müvafiq əmr verir. 

2.13. Müsabiqədə iştirak etmək üçün ərizə verilmədikdə və ya səsvermə 

nəticəsində  heç  bir  namizəd  seçilmədikdə,  müsabiqə  baş  tutmamış  hesab 

olunur.  Vakant  olan  həmin  vəzifələrin  tutulması  üçün  Qaydaların  1.9.-cu 

bəndinə uyğun olaraq 1 aydan gec olmayaraq yenidən müsabiqə elan olunur. 

Həmin  müsabiqədə  əvvəlki  namizədlər  də  bu  qaydaların  tələbləri 

gözlənilməklə yenidən iştirak edə bilərlər. 

2.14.  Müsabiqə  ilə  əlaqədar  şikayətlər  elan  dərc  olunan  gündən 

başlayaraq  seçkilərdən  10  gün  keçənədək  ali  təhsil  müəssisəsinin  rektoruna, 

təsisçiyə və ya məhkəməyə verilə bilər. 

2.15.  Bu  Qaydaların  tələblərinin  pozulması  halları  aşkarlandıqda  rektor 

seçkilərin nəticələrinin ləğvi ilə bağlı müvafiq əmr verir. 

2.16.  Kafedra  əməkdaşlarının  və  ya  fakültə  Elmi  Şurası  üzvlərinin  2/3 

hissəsi  müvafiq  olaraq  kafedra  müdirinin  və  dekanın  vaxtından  əvvəl 

vəzifələrindən  azad  olunması  barədə  ali  təhsil  müəssisəsinin  rektoru 

qarşısında  vəsatət  qaldıra  bilər.  Həmin  vəsatəti  tədris  işləri  üzrə  prorektor 

dekan  və  kafedra  müdiri,  dekan  isə  kafedra  müdiri  barədə  qaldıra  bilər. 

Vəsatətə ali təhsil müəssisəsinin Elmi Şurasında baxılır və qərar qəbul edilir. 

2.17. Dekan müavini  fakültənin  profilinə  uyğun baza  təhsilli,  ən  azı 3  il 

elmi-pedaqoji  təcrübəsi  olan  mütəxəssislər  arasından  fakültə  dekanının 

təqdimatı  əsasında  ali  təhsil  müəssisəsinin  rektoru  tərəfindən  təyin  edilir  və 

onunla  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  əmək  müqaviləsi 

bağlanır. 

2.18.  Kafedra  müdiri,  fakültə  dekanı  və  dekan  müavini  ali  təhsil 

müəssisəsinin  müvafiq  kafedralarında  0,5  ştat  vahidi  ilə  professor-müəllim 

vəzifəsini tuta bilərlər. 

2.19.  Ali  təhsil  müəssisəsinin  Elmi  Şurası  kafedraların  birləşdirilməsi 

haqqında  qərar  qəbul  etdikdə,  birləşdirilən  kafedralardan  ən  azı  ikisinin 

seçilmiş müdiri olduğu halda, yeni yaradılan kafedranın müdiri birləşdirilən 

kafedraların  müdirləri  arasından  gizli  səsvermə  yolu  ilə  seçilir.  Bu  müdirin 

seçki  müddəti  kafedralar  birləşdirilənədək  həmin  şəxs  üçün  keçirilmiş  seçki 



günündən  hesablanır.  Birləşdirilən  kafedraların  heç  birinin  seçilmiş  müdiri 

olmadıqda,  kafedra  müdiri  vəzifəsini  tutmaq  üçün  bu  Qaydaların  1.3 

bəndinin  tələbləri 

gözlənilməklə  müsabiqə 

elan 

edilir. 


Müsabiqə 

keçirilənədək  yeni  yaradılmış  kafedranın  müdiri  vəzifəsinin  icrası  rektorun 

əmri  ilə  müvəqqəti  (üç  aydan  çox  olmayaraq)  olaraq  bu  vəzifəyə  qoyulan 

tələbləri ödəyən kafedra əməkdaşlarından birinə həvalə olunur. Hər iki halda 

seçki  yeni  yaradılan  kafedranın  daxil  olduğu  fakültənin  Elmi  Şurasında 

aparılır.  Birləşdirilən  kafedralardan  yalnız  birinin  seçilmiş  müdiri  olduğu 

halda  yeni  yaradılmış  kafedraya  həmin  şəxs  əmək  müqaviləsinin  müddəti 

bitənədək rəhbərlik edir. 

2.20. Hər hansı kafedra müstəqil kafedralara ayrıldıqda, yeni yaradılmış 

kafedraların  birinə  əvvəlki  kafedranın  seçilmiş  müdiri  müsabiqə  müddəti 

başa  çatanadək  rəhbərlik  edir,  digər  kafedra  (kafedralar)  müdiri  vəzifəsi  isə 

müsabiqə  keçirilənədək  bu  vəzifəyə  qoyulan  tələbləri  ödəyən  kafedra 

əməkdaşlarından birinə həvalə olunur. Kafedranın seçilmiş müdiri olmadıqda 

isə yeni yaradılan kafedraların müdiri vəzifəsini tutmaq üçün bu Qaydaların 

1.3  bəndinin  tələbləri  gözlənilməklə  müsabiqə  elan  edilir.  Müsabiqə 

keçirilənədək  yeni  yaradılmış  hər  bir  kafedranın  müdiri  vəzifəsinin  icrası 

rektorun  əmri  ilə  müvəqqəti  (üç  aydan  çox  olmayaraq)  olaraq  bu  vəzifəyə 

qoyulan tələbləri ödəyən kafedra əməkdaşlarından birinə həvalə olunur. 

2.21.  Kafedranın  adı  dəyişdirildiyi  halda  kafedra  müdiri  əmək 

müqaviləsinin müddəti qurtarana qədər öz vəzifəsini icra edir. 



 

Yüklə 281,33 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin