Qaydalari I. Ümumi tələblər



Yüklə 281,33 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix02.01.2022
ölçüsü281,33 Kb.
#38282
növüQaydalar
  1   2
kafedra-mudiri-ve-dekan-secki-qaydalari



 

Azərbaycan Respublikası 

Təhsil Nazirliyinin Kollegiyasının 

15.11.2017-ci il tarixli, 5/5 nömrəli 

Qərarı ilə təsdiq edilmişdir 

  

Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini 



vəzifələrinin tutulması 

  

QAYDALARI 

  

I. Ümumi tələblər 

  

1.1.  Bu  Qaydalar  “Təhsil  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununun 29.0.32-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və mülkiyyət 

formasından  asılı  olmayaraq  bütün  ali  təhsil  müəssisələrinə  şamil  edilir. 

Dövlət  sirri  və  təhlükəsizliyinin  təmin  olunması  məqsədi  ilə  xüsusi  təyinatlı 

ali  təhsil  müəssisələri  nizamnamələri  ilə  bu  Qaydalar  arasında  ziddiyyət 

yarandığı halda öz nizamnamələrini əsas götürürlər. 

1.2.  Ali  təhsil  müəssisələrində  kafedra  müdiri  və  fakültə  dekanı 

vəzifələrinin  tutulması  müsabiqə  yolu  ilə  həyata  keçirilir.  Müsabiqənin 

nəticəsinə  əsasən  həmin  vəzifələrə  seçilmiş  şəxslərlə  işəgötürən  arasında 

əmək  münasibətləri  5  il  müddətinə  bağlanmış  əmək  müqaviləsi  ilə 

tənzimlənir. 

1.3.  Ali  təhsil  müəssisəsi  tərəfindən  kafedra  müdiri  və  fakültə  dekanı 

vəzifələrinə  vakansiya  yarandığı  gündən  1  aydan  gec  olmayaraq,  əmək 

müqaviləsinin  müddəti  başa  çatan  vəzifələrə  isə  həmin  müddətin  başa 

çatmasına  2  ay  qalmış  vəzifələrin  tutulması  ilə  bağlı  müsabiqə  elan  olunur. 

Sənədlərin  təqdim olunmasına  və müsabiqənin  keçirilməsinə  hər  birinə  1 ay 

olmaqla vaxt ayrılır. Müsabiqənin vaxtında elan olunmasına və (və ya) üzrsüz 

səbəbdən  vaxtında  keçirilməməsinə  görə  ali  təhsil  müəssisəsinin  rektoru 

intizam məsuliyyəti daşıyır. 

1.4. Kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün ali təhsil 

müəssisəsi  tərəfindən  kütləvi  informasiya  vasitələrində  və  ali  təhsil 

müəssisəsinin internet səhifəsində müsabiqə elan edilir. 

1.5.  Kafedra  müdiri  və  fakültə  dekanı  vəzifələrinə  namizədlər  təhsil 

sahəsində  qanunvericilik,  o  cümlədən  Təhsil  sahəsinə  aid  olan  qulluqçu 

vəzifələrinin  Vahid  Tarif-İxtisas  Sorğu  Kitabçası  ilə  bu  Qaydalarla,  ixtisas 

tələbləri,  əmək  funksiyaları  ilə  tanış  olur  və  elan  dərc  olunduqdan  sonra 

nəzərdə tutulan müddətdə müsabiqədə iştirak etmək üçün ərizə ilə ali təhsil 




müəssisəsinin  rektoruna  müraciət  edirlər.  Bütün  hallarda  bir  şəxsin  eyni 

zamanda kafedra müdiri və dekan vəzifəsini icra etməsinə yol verilmir.  

1.6. Müsabiqə aşağıdakı ümumi şərtlər əsasında aparılır: 

1.6.1.  kafedra  müdiri  vəzifəsinə  müvafiq  kafedranın  profilinə  uyğun 

peşə-ixtisas  hazırlığına,  elmi  ad  və  elmi  dərəcələrə,  ən  azı  5  il  elmi-pedaqoji 

təcrübəyə  malik  Azərbaycan  Respublikası  vətəndaşları,  həmçinin  mövcud 

qanunvericiliyin  tələbləri  gözlənilməklə  xarici  ölkə  vətəndaşları  iştirak  edə 

bilərlər; 

1.6.2.  dekan  vəzifəsinə  fakültədə  kadr  hazırlığı  aparılan  ixtisaslara 

uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad 

və  elmi  dərəcəyə  malik  Azərbaycan  Respublikası  vətəndaşları,  həmçinin 

xarici  ölkə  vətəndaşları  iştirak  edə  bilərlər.  Eyni  şəxs  eyni  ali  təhsil 

müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz. 

1.6.3. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 30.8-ci 

maddəsinə  əsasən  dövlət  təhsil  müəssisəsində  akademik  və  inzibati 

vəzifələrin  tutulmasının  yaş  həddi  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabineti  tərəfindən  müəyyən  edilir.  Bu  yaş  həddinə  çatan  pedaqоji  işçilərin 

akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və 

elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir

1.6.4. Bədən tərbiyəsi və idman, incəsənət, musiqi təmayüllü kafedraların 

müdiri və ya müvafiq fakültələrin dekanı vəzifəsini tutmaq üçün müsabiqədə 

bu  Qaydaların  1.6.1-1.6.3-cü  yarımbəndlərində  qeyd  olunan  tələblərə  uyğun 

gələn  şəxslərlə  yanaşı  həmin  ixtisaslar  üzrə  elmi  dərəcəsi  və  adı  olmayan, 

lakin həmin sahədə dövlət təltifləri olan şəxslər də iştirak edə bilərlər. 

1.7.  Kafedra  müdiri  və  fakültə  dekanı  vəzifələrini  tutmaq  üçün 

namizədlərin  göstəriciləri  həmin  vəzifənin  tələblərinə  uyğun  gəlmədikdə  və 

ya  ərizənin  verilmə  müddəti  pozulduqda  sənədlərin  qəbulundan  imtina 

olunur. 


1.8. Namizəd ərizəsini seçkiyə qədər istənilən vaxt geri götürə bilər. 

1.9.  Kafedra  müdirinin  və  dekanın  fəaliyyətinə  bu  Qaydaların  1.2-ci 

bəndində  nəzərdə  tutulmuş  müddətdən  əvvəl  xitam  verildiyi  və  ya  elan 

olunmuş  müsabiqə  baş  tutmadığı  hallarda  ali  təhsil  müəssisəsi  rektorunun 

əmri ilə kafedra müdiri vəzifəsinin icrası kafedranın əməkdaşlarından birinə, 

dekan  vəzifəsinin  icrası  isə  dekan  müavininə  və  ya  fakültənin  tərkibindəki 

kafedralardan birinin bu Qaydaların 1.6-cı bəndində qoyulan tələbləri ödəyən 

əməkdaşına  müvəqqəti  (üç  aydan  çox  olmayaraq)  olaraq  həvalə  olunur. 

Həmin  vəzifələrə  növbəti  müsabiqə  bu  Qaydaların  1.3-cü  bəndinin  tələbləri 

gözlənilməklə elan olunur. 




1.10.  Dekan  vəzifəsini  icra  edən  şəxs,  vəzifəni  icra  etdiyi  müddətdə 

kafedra  müdiri  və  ya  dekan  vəzifələrinin  tutulması  ilə  bağlı  müsabiqədə 

iştirak  edə  bilməz.  Kafedra  müdiri  vəzifəsini  icra  edən  şəxs  dekan 

vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilər. 

1.11.  Kafedra  müdiri  və  dekanın  əmək  funksiyaları  Təhsil  sahəsinə  aid 

olan  qulluqçu  vəzifələrinin  Vahid  Tarif-İxtisas  Sorğu  Kitabçasına  uyğun 

olaraq müvafiq vəzifə təlimatları ilə tənzimlənir. 

1.12. Bu Qaydalar 2018-ci il 15 fevral tarixindən qüvvəyə minir. 




Yüklə 281,33 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin