Qaydaların məcmuyudur. 1980-ci illərin əvvəllərində Standartlaşdırma Üzrə Beynəlxalq Təşkilat hamı



Yüklə 233,81 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix10.05.2022
ölçüsü233,81 Kb.
#57285
növüQaydalar
1   2   3   4   5   6
KŞ 4- muhazirə OSI modeli

Kanal səviyyəsi şəbəkələrin fiziki səviyyədə qarşılıqlı əlaqələrinin təmin edilməsi 

və  baş  verə  biləcək  səhvlərə  nəzarət  etmək  üçün  nəzərdə  tutulmuşdur.  Kanal 

səviyyəsi  fiziki  səviyyədən  alınan  verilənləri  kadrlara  yerləşdirir,  lazım  olanda 

səhvləri  düzəldir  (zədəli  kadrlar  üçün  təkrar  sorğu  formalaşdırır)  və  şəbəkə 

səviyyəsinə göndərir. Kanal səviyyəsi bir və ya bir neçə fiziki səviyyə ilə qarşılıqlı 

əlaqədə  ola  bilər,  belə  qarşılıqlı  əlaqələrə  həm  nəzarəti  həyata  keçirir,  həm  də 

onları  idarə  edə  bilər.  İEEE  802  spesifikasiyası  bu  səviyyəni  iki  alt  səviyyəyə 

bölür: MAC (media access control) və LLC (logical link control) alt səviyyələri. 

MAC  (media  access  control)  alt  səviyyəsi  bölüşdürülən  fiziki  səviyyələrə 

müracıətləri  tənzimləyir.  LLC  (logical  link  control)  alt  səviyyəsi  isə  şəbəkə 

səviyyəsinə  xidməti  təmin  edir.  Aşağıdakı  sxemlərdə  (şəkil  3.1)  alt  səviyyədə 

(LLC)  məntiqi  kanalın  idarə  edilməsi  strukturu  və  (MAC)  mühitdə  müraciətin 

idarə olunması protokolunun formatı verilmişdir. 



Kanal  səviyyəsi  obyektlər  arasında  verilənlərin  mübadiləsini  aşağıdaki  üsullardan 

biri ilə yerinə yetirir: Dupleks - eyni zamanda hər iki istiqamətdə; Yarımdupleks - 

müxtəlif vaxtlarda hər 2 istiqamətdə; Simpleks - yalnız bir istiqamətdə. 

(Məlumatın ardıcıl ötürülməsinin əsas iki rejimi vardır: Simplex və Duplex.  

Simplex – bu rejimdə informasiya  yalnız bir istiqamətdə ötürmə üçündür. 

 Duplex rejim 2 variantda tətbiq edilir:Yarı-dupleks (Half duplex )– eyni zamanda 

1  istiqamətdə  ötürmə;  Tam  dupleks  (Full  duplex)  –  eyni  zamanda  2  istiqamətdə 

ötürmə.


 

Verlənlərin ötürülməsi xətlərinin sayı yarı-dupleks rejimində 1 ədəd, tam 

dupleks rejimində isə 2 ədəd olmalıdır.) 


Yüklə 233,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin