Qaydaların məcmuyudur. 1980-ci illərin əvvəllərində Standartlaşdırma Üzrə Beynəlxalq Təşkilat hamı



Yüklə 233,81 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix10.05.2022
ölçüsü233,81 Kb.
#57285
növüQaydalar
1   2   3   4   5   6
KŞ 4- muhazirə OSI modeli

Təqdimat  səviyyəsi  protokolların  dəyişdirilməsini  (çevrilməsini),  verilənlərin 

kodlaşdırılmasını  və  dekodlaşdırılmasını  təmin  edir.  Tətbiq  səviyyəsindən  alınan 

sorğular  təqdimat  səviyyəsində  səbəkə  üzrə  ötürmə  üçün  zəruri  olan  formata 

çevrilir, şəbəkədən alınan verilənlər isə əlavələrin (uyğun proqramların) formatına 

çevrilir. OSİ modelinin təqdimat səviyyəsində verilənlərin sıxılması və sıxılmadan 

azad  edilməsi,  kodlaşdırılması  və  dekodlaşdırılması,  həmçinin,  lokal  işlənməsi 

mümkün  olmayan  sorğuların  digər  şəbəkə  resurslarına  yönəldilməsi  həyata 

keçirilir.  Təqdimatlar  səviyyəsi,  adətən,  qonşu  səviyyələrdən  informasiyanı 

çevirmək  üçün  zəruri  olan  aralıq  protokollar  təqdim  edir.  Bu  fərqli  kompyuter 

sistemlərində əlavələr arasında onlar üçün şəffaf olan mübadiləni həyata keçirməyə 

imkan  verir.  Təqdimatlar  səviyyəsi  kodun  formatlaşdırılmasını  və  çevrilməsini 

təmin  edir.  Kodun  formatlaşdırılması  əlavələrə  emal  üçün  daxil  olan 

informasiyanın  həmin  əlavələr  üçün  mənasının olmasına  təminat verməkdən  ötrü 

istifadə  edilir.  Bu  səviyyə  zəruri  olan  hallarda  verilənləri  bir  formatdan  digər 

formata  çevirə  bilir.  Təqdimatlar  səviyyəsi  proqramlarda  istifadə  edilən 

verilənlərin formatlarından başqa həm də verilənlərin strukturu ilə də məşğul olür. 

Beləliklə  aydın  olur  ki,  OSI  modelində  altıncı  səviyyə  olan  təqdimatlar  səviyyəsi 

verilənlərin ötürülməsi zamanı onların təşkil edilməsini də təmin edir. Bu məsələni 

daha  ətraflı  izah  etmək  üçün  aşağıdakı  məsələni  nəzərdən  keçirək.  Tutaq  ki,  iki 

sistem mövcuddur. Verilənlərin təqdim edilməsi üçün bunlardan birincisi – deyək 




ki, İBM kompaniyasının meynfreymi EBCDİC (Extend Binary Coded Interchange 

Code  –  İnformasiya  mübadiləsi  üçün  genişləndirilmiş  ikilik  onluq  kod) 

informasiya  mübadiləsi  üçün  genişləndirilmlş  ikilik  koddan  istifadə  edir,  ikincisi 

isə  informasiya  mübadiləsi  üçün  ASCİİ  american  standart  kodundan  (digər 

istehsalçıların  kompyuterlərinin  əksəriyyətində  bu  koddan  istifadə  edilir)  istifadə 

edilir.  Bu  iki  sistem arasında informasiya  mübadiləsini  həyata  keçirmək üçün  iki 

müxtəlif  format  arasında  çevirməni  həyata  keçirən  təqdimat  səviyyəsinin  olması 

zəruridir. 




Yüklə 233,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin