100
Katod mühafizəsi
Bu üsulla mənfi potensial qoymaqla,
anod sahələrinin təsirinin
aradan qaldırılması mümkün olur. Mənfi potensial, müsbət potensialı
xüsusu torpaqlandırıcıya – anoda verilən
xarici sabit cərəyan
mənbəyindən qidalanır.
Anod olaraq torpağa basdırılmış anod torpaqlandırıcılarından,
köhnə boru və köhnə relsdən, tirdən istifadə edirlər. Anod
torpaqlandırıcıdan yerə keçən cərəyan elektrolitik
təsir edərək onu
tədricən parçalayır. Boru divarının şəbəkəsi ilə birləşdirmə nöqtəsində
potensial 0.8 V-dan çox alınmamaqla minimal potensial 0.285V
olmalıdır. Katod mühafizəsinin işləməsi üçün cərəyan mənbəyi
lazımdır. Katod mühafizəsi üçün Respublikada hal-hazırda
əsasən
KSS-600, KSS-1200, SSG-59-600, SSG-59-1200 modelli katod
stansiyaları tətbiq edilir. Yeraltı qaz kəmərlərinin
katod mühafizəsi
onların xarici cərəyan mənbəyinin təsiri ilə katod polyarlaşdırılmasının
təmin olunmasıdır.
Katod stansiyası ilə mühafizə qurğusu sabit cərəyan
mənbəyindən, anod torpaqlandırıcıdan,
metal şkafda yerləşdirilən
elektrik nəzarət cihazlarından, diodlardan, elektrik açarından və
elektrik naqillərdən ibarətdir.
Katod mühafizəsinin sxemi
1 – qrafit anod torpaqlandırıcı; 2 – birləşdirici kabel; 3 – sabit
cərəyan mənbəyi; 4 – drenaj kabeli; 5 – drenaj nöqtəsi;
6 – qaz kəməri.
Cərəyan mənbəyinin mənfi qütbü mühafizə olunan qaz kəmərinə,
müsbət qütbü isə anod torpaqlandırıcıya birləşdirilir. Yaradılan qapalı
elektrik
dövrəsindən cərəyan, mənbəyin müsbət qütbündən
torpaqlanmış anoda və torpaq vasitəsilə qaz kəmərinə, qaz kəmərindən
mənbəyə (katod stansiyasına)
dövr edir, qaz kəməri mühafizə olunur,
Katod
zonası
2
3
4
6
5
1
101
torpaqlanmış anod elektrokimyəvi dağılmaya məruz qalır.
Katod
stansiyasının təsir gücü qaz kəməri ilə anod torpaqlanmasının bir-birinə
yaxın yerləşdirilməsindən çox asılıdır. Belə ki, onlar arasındakı məsafə
100 metrdən artıq olmamalıdır.
Dostları ilə paylaş: