102
Elektrik drenaj qurğusu
Elektrikləşdirilmiş tramvay və dəmir
yol xətlərini kəsən və
onların yaxınlığından keçən qaz kəmərlərində azmış cərəyanlar
nəticəsində kəmərdə anod sahəsi yaranır ki, bu da boru metalının
korroziyası-dağılması ilə nəticələnə bilər.
Azmış cərəyanların təsirindən yaranan korroziya,
qaz kəməri
səthinin tramvay, elektrikləşdirilmiş dəmir yolu, metropoliten
xətlərində reslərdə itən sabit cərəyanın
bilavasitə təsiri ilə
elektrokimyəvi dağılmaya məruz qalmasıdır. Reslərlə axıb qaz kəməri
sahəsinə yaxın dartı yarımstansiyasının mənfi giriş yerinə qayıdan sabit
cərəyan relslərin torpaqla yaxşı izolyasiya olunmaması səbəbindən,
yaxud relslərin bir-biri ilə əlaqəsinin pozulmasından azmış halda
torpağa keçərək zədələnmiş izolyasiya
örtüyü yerindən elektrik
müqaviməti ətraf torpağın müqavimətindən aşağı olan qaz kəmərinə,
kəmərdən torpağa, torpağdan relsə dövrü olaraq axır. Azmış
cərəyanların qaz kəmərinə giriş zonasında qaz kəməri katod (mənfi
elektrod) kimi, çıxış zonasında isə anod (müsbət elektrod) kimi
polyarlaşır. Metal boruları belə vəziyyətdən qorumaq məqsədilə
elektrik drenaj qurğularından istifadə edilməlidir.
Dostları ilə paylaş: