Azərbaycan Respublikasının Nazirlər Kabineti
«Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında
Qərar № 80
Bakı şəhəri, 12 may 2011-ci il
«Elektroenergetika haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qaz təchizatı
haqqında» Azərbaycan Respublikasının Qanununa və «Su təchizatı və tullantı suları
haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi
barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli, 168 nömrəli Fərmanının 1.3-cü
bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. «Qazdan istifadə Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.