VII.7.Lay süxurlarının növləri
Layda yerləşən suları layla əlaqə formalarına görə aşağıdakı qruplara bölürlər:
1)əlaqəli sular (bunlara bəzən bağlı, qalıq su da deyilir). Busular neftli hissədə kiçik məsamələri böyük səthi qüvvələrə tutaraq layın istimarı prosesində hərəkətsiz qalır;
2)yan sular - antiklinalın qanadlarının aşağı və ümumiyyətlə,maili layın aşağı hissəsində yerləşir. Yan suların neftlə yaratdığı sərhədə neftlilik sərhədi deyilir;
3)daban suları – layın aşağı tərəfində (bəzən neftin altında) yerləşərək bütün sahə üzrə yayılır;
4)aralıq sular – iki neft layının arasında yerləşən su təbəqəsidir. Laylar arasına yerləşən sulara lay suları deyilir. Lakin istismar prosesində bu və ya digər səbəbdən neft layından yuxarı, aşağı və s. sahələrdən laya su daxil olur ki, belə sulara kənar, yaxud yad sular deyilir.
Qeyd etmək lazımdır ki, yatağın işlənməsi prosesinin layihələndirilməsində, neft və qaz ehtiyatının hesablanmasında, layda hərəkət qanunlarının öyrənilməsində və s. lay suları miqdarı və növünün düzgün təyini böyük əhəmiyyət kəsb edir. lay sularının tərkibində kimyəvi duzlar (əsasən natrium-xlorid və kalium-xlorid) olduğundan belə sular minerallaşmış sayılır. Bu baxımdan lay suyunun fiziki-kimyəvi xassələri onun minerallaşma dərəcəsindən asılıdır. Bir çox lay suları tərkiblərindəki yod, brom və NH4-ün yüksək miqdarı ilə fərqlənir.
Müəyyən olunmuşdur ki, lay sularının tərkibində naften, yağlı turşu anionları və sabunu, fenol və tərkibində azot olan turşular da vardır. Ümumi üzvi anionların miqdarı bəzın 5 kq/m3-ə çatır.
Istismar zamanı quyudan çıxarılan suların kimyəvi tərkiblərinə görə onların laydan, yaxud kənardan quyuya daxil olması haqqında mülahizə yürüdülür. Məsələn, lay sularının tərkibində olan xloridlər, əlaqəli və yad suların tərkibindəkindən çox olur.
Qalıq və ya əlaqəli suyun növünün və miqdarının düzgün təyin böyük əhəmiyyət kəsb edir. bu onunla izah olunur ki, suyun tərkibindən və vəziyyətindən asılı olaraq neft, qaz yatağı səthinin molekulyar təbiəti öyrənilir və aşkar edilir. əgər qalıq su nazik təbəqə şəklində məsamələrin kanallarının səthini örtürsə, bərk faza səthi hidrofil, neft bilavasitə süxurun səthi ilə təmsda olursa, səth hidrofob sayılır. Layın hidrofob və ya hidrofil olması neftin və qazın faza keçiriciliyindən tutmuş, neftvermə əmsalına qədər bir çox götəricilərə təsir edir.
Müəyyən olunmuşdur ki, süxur səthi ilə su təbəqəsinin möhkəm əlaqəsi, su ilə neft arasındakı səthi gərilməsi çox kiçik və minerallaşma dərəcəsi az lan ularda mümkündür. Tədqiqatlar göstərir ki, qalıq suyun tərkibi lay suyunun tərkibindən fərqlənir. Məsələn, yareqski süxurlarında qalıq suda xlorun miqdarı neftlə çıxarılan sudakından 2,5 dəfə çox olur.
Dostları ilə paylaş: |