Qazma şlamının yaranması və ətraf mühitə təsiri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qrup tma21/22 (B) Magistrant Suğraxanım Kazımzadə



Yüklə 134,41 Kb.
tarix22.12.2022
ölçüsü134,41 Kb.
#77202
Tezis-qazma şlamı


Qazma şlamının yaranması və ətraf mühitə təsiri

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qrup TMA21/22 (B)

Magistrant Suğraxanım Kazımzadə
Fakültə Kimya-Texnologiya
İxtisas Ətraf müht və neft sənayesi
Elmi rəhbər Dos. Dürdanə Şirinova


Açar sözlər: Qazma şlamı, kimyəvi tərkibi, neytrallaşdırma texnologiyası, utilizasiyası

Qazma şlamları dedikdə, qazma əməliyyatları nəticəsində yaranan bərk materiallar başa düşülür. Qazma şlamı ətraf mühitə göstərdiyi təsirə görə qazma prosesi nəticəsində yaranan təhlükəli tullantı növü hesab olunur. Qazma şlamlarının mineral tərkibi müxtəlifdir və bu şlamların ətraf mühitə və təbii mühitin ayrı-ayrı komponentlərinə mənfi təsirləri mövcuddur. Şimal dənizində quyuların qazılması zamanı çıxarılan şlamlar adətən qumdaşı və şistdən ibarət olur. BerilA və Ekofisk 2/4A platformalarından çıxarılan şlamların tərkibi ən çox iki mineralla - barit və kvars mineralları ilə zəngindir. Kvars ehtimal ki, şlamın tərkibindəki qumdaşlarından, barit isə əsasən şlam hissəciklərinə yapışan qazma məhlulunun bərk cisimlərindən formalaşır. İllit və kaolinitlər Şimal dənizində çıxarılan qazma şlamlarının tərkibində üstünlük təşkil edən gil minerallarıdır və bu minerallar qazma məhlulunun şlam hissəciklərinə yapışan bərk cisimlərindən yaranmış ola bilər.


Qazma şlamının kimyəvi tərkibi aşağıda göstərilən element və oksidlərdən ibarətdir:



Şlam hissəciklərinin ölçülərinin artması ilə şlamın çirkləndirici maddələrlə doyma səviyyəsi yüksəlir. Tərkibindəki rütubətlilik səviyyəsi yüksək olduğuna görə qazma şlamlarının yığılması, daşınması və eləcə də saxlanması zamanı bir çox problemlər ortaya çıxa bilər. Bu səbəbdən dolayı yüksək rütubətli tərkibə malik bu cür tullantıların qurudulması prosesinin həyata keçirilməsi zəruri hesab olunur. Şlam hissəciklərinin tərkibində qeyri-üzvi çirkləndiricilər və üzvi çirkləndiricilər mövcuddur. Suda həllolma qabiliyyətinə görə qeyri-üzvi çirkləndirici maddələr üzvi çirkləndiricilərdən fərqlənir. Yaxşı həlloma qabiliyyətinə malik qeyri-üzvi çirkləndiricilər şlam hissəciklərinin tərkibindən ayrıla bilir. Lakin üzvi çirkləndiricilər üçün bu hal özünü doğrultmur. Onların suda həllolma qabiliyyəti zəif olduğuna görə ətraf mühit komponentləri üçün daha zərərli hesab olunurlar. Buna görə də, qazma prosesləri nəticəsində formalaşan qazma şlamlarının toplanması, utilizasiyası və eləcə də, ekoloji təhlükəsizliyinin təmin edilməsi problemi, o cümlədən qazma şlamının neytrallaşdırılması texnologiyası aktuallığını itirməyərək ön plana çəkilməlidir. Hazırda qazma şlamını neytrallaşdırmaq üçün ən effektiv üsullardan sayılan turşuma, hidrofoblaşdırma və termiki işlənmədir. Turşuladıcı kimi hidrogen xlorid turşusundan istifadə oluna bilər. Bu da öz növbəsində şlamın tərkibindəki zəhrli üzvi birləşmələrin turşuluğunu artırır və zəhərlilik qabiliyyətini aşağı salır. Hidrofoblaşdırma üsulu nəticəsində qazma şlamının tərkibində olan zərərli üzvi maddələrin dəniz suyuna diffuziyası bir neçə dəfə azalır. Hidrofoblaşdırıcı kimi kalsium xloriddən istifadə etmək mümkndür ki, istifadə nəticəsində qazma şlamının zərərliliyi 80-100 dəfə azalır. Qazma şlamının zərərsizləşdirilməsi üçün ən əlverişli üsul sayılan termoişlənmə tətbiq olunur. Bu üsulun tətbiqi nəticəsində zərərli üzvi komponentlər yüksək temperaturda tamamilə yanır və qazma şlamı dəniz suyunun hidrokimyəvi tərkibinə pis təsir göstərmir. Qazma şlamları öz növbəsində,
tərkibindəki karbohidrogenlər çıxarıldıqdan sonra yenidan emal edilə bilər və o cümlədən yenidən istifadə üçün yararlı ola bilər. Bərpa edilmiş qazma şlamlarının çoxsaylı istifadə sahələri mövcud ola bilər. Onlar yollar və qazma yastıqları kimi eroziyaya daha həssas olan səthləri sabitləşdirə bilər. Şlamlar həmçinin beton, kərpic və tikinti bloklarının istehsalında doldurucu kimi istifadə edilə bilər. ABŞ-ın Enerji Departamenti hətta qazma şlamlarının sahilyanı bataqlıq ərazilərin bərpası üçün substrat kimi istifadə imkanlarını araşdırmışdır və Böyük Britaniyada elektrik stansiyansiyasının yanacağı kimi şlamlardan istifadə etməklə bəzi sınaqlar həyata keçirilib. Bundan başqa, zədələnmiş torpaqların rekultivasiyası üçün torpaq örtüyünün çıxarılması ilə qazma şlamlarının utilizasiya prosesini tətbiq etmək mümkündür. Qazma şlamlarının və qazma məhlularının bərpası əlverişli, sərfəli və o cümlədən, ekoloji cəhətdən davamlı prosesdir. İşlənmiş palçıqlardan və qazma şlamlarından uçucu çirkləndiriciləri təmizləməyin ən uğurlu və səmərəli yolu termal desorbsiyadır. Qazma şlamlarının və qazma məhlullarının təkrar emalı utilizasiya prosesinin həyata keçirilməsində təsirini göstərir və qazma prosesləri zamanı əmələ gələn tullantıların düzgün utilizasiyası su təchizatının və torpağın çirklənməsinin qarşısını alır. Bu proses vasitəsilə qazma məhlulları və şlamlar yenidən istifadə edilə bilər. Bu da öz növbəsində kapital sərfinə qənaət edilməsinə və sağlam mühitin formalaşmasına töhfə verəcəkdir.
Ədəbiyyat siyahısı

  1. Guryeva, V. A. (2015). Drill Cuttings in the Production of Building Ceramics. Building materials, issue 4, pp. 75-77.



  1. Reuben, N. O. and Perez, P. A. (2018). Towards Enhancing Sustainable Reuse of Pre- Treated Drill Cuttings for Construction Purposes by Near-Infrared Analysis: A Review. Journal of Civil Engineering and Construction Technology, issue 9, pp. 19-39.



  1. Mostavi, E., Asadi, S. and Ugochukwu, E. (2015). Feasibility Study of the Potential Use of Drill Cuttings in Concrete. International Conference on Sustainable Design, Engineering and Construction, issue 118, pp. 1015-1023.



  1. Recovering Drilling Muds and Drill Cuttings for Reuse (Article)

Yüklə 134,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin