Qazmada texnoloji MƏhlullar- qisa konspekt əlavə materialların kitabxanada olan kitablardan istifadə etməli



Yüklə 169,82 Kb.
səhifə8/12
tarix19.05.2023
ölçüsü169,82 Kb.
#117709
1   ...   4   5   6   7   8   9   10   11   12
C fakepathKONSPEKT-QAZMADA TEXNOLOJ M HLULLAR

Təbii qazıma məhlulu
Bu növ məhlul quyuya su vurulduqda qazıma baltası ilə dağıdılmış gil hissəciklərini özündə dispersləşdirərək yaranır. Suda həll olmuş gil məhlul halında quyu ağzına çıxır. Suda həll olmamış böyük həcmli gil hissəcikləri quyu dibindən dağıdılan bərk süxur hissəcikləri ilə birlikdə nov sistemində çökür və yaxud ələyici torlardan keçə bilmədiklərindən kənara atılır. Bu cür qazıma məhlulların suverməsi çox olduğundan quyu divarında qalın qabığı yaranır. Təbii qazıma məhlulunun sıxlığı 1,22-1,24 q/sm3 olur. Gilli süxurlarda qum təbəqələrinə rast gəldikdə qazıma məhlulunun sıxlığı 1,30-1,35q/sm3 olur. Bu növ qazıma məhlulunda yaranan struktur quruluşu zəif olduğundan böyük kütləli süxur hissəciklərini quyuda yuma olamdıqda asılı vəziyyətdə pis saxlayır. Bu növ qazıma məhlulu ilə qazıma aparan zaman qazma sürəti və baltanın gedişi çox olur.


Aerasiya olunmuş qazıma məhlul
Yuyucu məhlula qaz agenti daxil etməklə ona yeni keyfiyyət verilir ki, bu aerasiya olunmuş qazıma məhlulu adlanır. Bu növ məhlul maye və qazla aparılan yuyucu agent arasında yerləşən yuyucu agentdir. Bu növ qazıma məhlulundan udulma gözlənilən layların qazılmasında istifadə olunur.
Aerasiya olunmuş məhlullar qazıma məhluluna kənardan qaz vurmaqla və yaxud qazıma məhlulunu köpük yaradan səthi aktiv maddələrlə (sulfanol, ОП-10, УФЭ14 və s.) kimyəvi işləmək yolu ilə hazırlanır. Aerasiya olunmuş qazıma məhlulunun sıxlığı 0,1-1,0 q/sm3 arasında nizamlanır.


Emulsiyalı qazıma məhlul
Emulsiyalı qazıma məhlulu (EQM) gilli məhlulun daxilinə 10-25% neft və yaxud neft məhsulu əlavə etməklə hazırlanır. Qazılan gil layları çox qalın olduqda qazıma zamanı qazıma borularında və quyunun həlqəvi fəzasında gil-şlam kipkəcləri yaranır. Yaranan kipkəclər qazıma alətini quyudan qaldıran zaman dartılmalar, qəza və mürəkkəbləşmələrin yaranmasına səbəb olur. Belə hadisələrin qarşısını almaq üçün quyular emulsiyalı məhlul ilə qazılır. Emulsiyalı qazma məhlulu hazırlamaq üçün kimyəvi işlənməmiş qazma məhluluna xam neft 2-3 məhlul dövranında quyudan çıxan məhlula qatışdırılır və qazma zamanı daimi olaraq neftin məhluldakı miqdarının azalması baş verdiyindən məhlula tez-tez neft əlavə olunur. Kimyəvi işlənmiş qazıma məhluluna əlavə olunan kimyəvi reagentlərlə (КССБ, ФХЛС, KМЦ və kaustik soda) bərabər xam neft də əlavə olunur. EQM aşağıdakı parametləri olur:
Sıxlığı =1,30-1,34 q/sm3, özlülüyü T=30-50s, suverməsi B =12-25 sm3, statiki sürüşmə gərginliyi SSG1/10=30/40-40/80 mqq/sm2.
EQM-dən istifadə edərək quyuda qazıma işləri aparılan zaman gil-şlam kipkəci yaranmır.



Yüklə 169,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin