PH göstəricisi ilə istənilən məhlulun turşuluğu və qələviliyi müəyyən edilir. PH qiyməti məhlulda olna hidrogen ionlarının (H+) mənfi loqarifmasının qiyməti ilə müəyyən edilir, yəni PH = - lgH+.
Məlum olduğu kimi, elektrolit məhlullarda parçalanmış ionlar (H+) və (OH-) kationlara dissosiasiya edir. Hidrogen (H+) ionları məhlulun turş hissəsini və hidroksid (OH-) ionları isə məhlulun qələvi hisəsini təmin edirlər. Məhlula H+ ionlarını qatılığını artıran maddənin əlavə edilməsi PH azalmasına səbəb olur və H+ ionlarının qatılığını azaldan (yəni OH- artıran) maddənin əlavə edilməsi PH artmasına səbəb olur.
Müəyyən edilmişdir ki, əksər məhlullarda H+ və OH- qatılıqları eynidir. Neytral məhlul olan distilə olunmuş suda H+ qatılığı OH- qatılığına bərabərdir, yəni H+=OH-=1·10-7 və yaxud PH=-lgH+=-lg10-7=+7. Turş məhlullarda hidrogen (H+) ionları sıfır olduğundan, onun PH=0, qələvi məhlullarda hidrgen (H+) ionları – 14 olduğundan PH=14 olur. Kaustik sodada PH=13,3 olduğu halda distilə olunmuş suda PH=7 olur.
Qazıma məhlulunun göstəricilərinin (özlülük, suvermə) nizamlanmasında PH göstəricisi mühüm əhəmiyyət daşıyır. PH<9-10,5 olduqda qazıma məhlulunun parametrlərini nizamlamaq üçün əlavə edilən kimyəvi reagentlər maksimal effekt verir və PH>10,5 11,5 olduqda isə quyu dibindən dağıdılaraq qazıma məhlulu ilə qalıdırılan süxur hissəcikləri və quyu lüləsində olan bir çox süxurlar qazıma məhlulunda həll olaraq onun əsas parametrlərinin pisləşməsinə səbəb olur, quyu lüləsində kahlar əmlə gətirir, qazıma və qoruyucu kəmərlərdə korroziyanı artırır.
Qazıma məhlulunun növləri Müxtəlif qazıma şəraitində quyuların qazılması üçün lazım olan məhlulun düzgün seçilməsini asanlaşdırmaq üçün qazıma məhlullarının növlərini bilmək lazımdır. Bunun üçün qazıma məhlullarının əsas xüsusiyyətlərini bilmək çox vacibdir ki, bunun ücün dispers mühitin tərkibi, dispers faza, minerallaşmanın dərəcə və tərkibi, doldurucuların tərkibi, qələvilik, kimyəvi işləmə və hazırlama qaydası müəyyən edilməlidir.
Ümumi əlamətlərinə görə bütün qazıma məhlulları iki sinifə bölünür: su əsaslı və su əsli olmayan məhlullar.