Qədim Misir Plan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix30.12.2021
ölçüsü0,8 Mb.
#49471
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
qədim dünya tarixi

Qədim Çin
Plan: 
1. Erkən sülalər
2. Sin sülaləsinin hakimiyyəti dövrü
3. Xan sülaləsinin hakimiyyəti dövrü
          Arxeoloji məlumatlar göstərir ki, Çin bəşəriyyətin əcdadlarının ilk beşiklərindəndir.
1923-cü   ildə Pekin yaxınlığında   tapılan   "pekin   insanı"nın   (Sinanthropus   pekinensis)
qalıqlarının tarixi 400-300 min il əvvələ gedib çıxır. "Müasir insan"ın (Homo sapiens) ilkin
forması Çində təxminən 40 min əvvəl yaranıb.
E.ə. 5 və 3-cü minilliklər arasındakı dövrdə Çində, onun şimal-qərb vilayətlərində (Xenan
əyaləti), naxışlı keramika hazırlanması sənəti ilə xarakterizə olunan Yanşao mədəniyyəti
meydana gəlir. Yanşaolular cilalanmış daş alətlər hazırlamağı, torpağı becərməyi və donuz
saxlamağı bacarırdılar. Onlar qamış və torpaqla örtülmüş yarımdəyələrdə yaşayırdılar.
E.ə.   3-cü   minilliikdə   şimal-şərq   vilayətlərində   (Şandun   əyaləti)   Lunşan   son   neolit
mədəniyyəti   meydana   gəlir.   Şan-İn   sülaləsində   olduğu   kimi   Lanşon   mədəniyyətində   də
gümüş ox ilə heyvanların sümüklərini yandırmaqla fala baxmaq təcrübədən keçirilirdi.
Lunşan mədəniyyətinin ardınca mərkəzdə və Xenaninin qərbində və Şansinin cənubunda
kifayət qədər oxşar mədəniyyətlər – Taosı (e.ə. XXV-XIX əsrlər) və Erlitou (e.ə. XXI-XVII
əsrlər) mövcud idi, bunlar da mis və gümüşün işlənməsinin meydana gəlməsi ilə xarakterizə
olunurlar.
Çinlilər qədim və çoxəsrlik tarixə malik olmaları ilə fəxr edirlər. Lakin başqa nöqteyi-nəzər
də mövcuddur. Çin tarixini öyrənən bir çox tədqiqatçılar onun böyük bir hissəsini mifik və
əfsanəvi hesab edirlər. Çinin ənənəvi tarixşünaslığında ölkənin tarixi sülalələr mərhələsinə –
eyni hökmran ailənin nümayəndələrinin hakimiyyət dövrlərinə bölünür. Hər bir sülalənin öz
xüsusi adı var. Hər şeydən əvvəl sülalənin banisinin mənsub olduğu xalq və ya xanədanlığın


adlarından istifadə olunurdu. Sülalələrin dünyagörüş təyinatını ifadə edən adlar da mövcud
idi. Öz növbəsində sülalə dövrləri hökmdarların "hakimiyyət dövrünə" bölünür. Əvvəllər bu
dövrlər ancaq hakimiyyətdə olan hökmdarın adı və ya titul adı ilə adlandırılırdı, e.ə. 163-cü
ildən isə hökmdarlıq dövrünün əsasən nikbin və xoş hakimiyyəti dövründə ardıcıl olaraq bir
neçə müxtəlif devizə malik ola bilərdi.
              Çin tarixşünaslıq ənənəsində ilk sülalə Sya adlanır (E.ə. 2205 - E.ə. 1766-cı illər).
Lakin əsaslı arxeoloji məlumatların olmaması hələ ki, onu tarixi reallıq kimi qəbul etməyə
imkan vermir. XX əsrin 20-ci illərinin sonuna qədər Şan sülaləsinə də əfsanə kimi baxılırdı.
Lakin   Xenan   əyalətində   indiki   Anyan   şəhəri   yaxınlığında   tapıntılar   bu   sülalənin
mövcudluğunu sübut etdi. Tapılan şəhərin xarabalıqları Pan-qen hökmdarının hakimiyyəti
zamanı  (E.ə.  1401 - E.ə. 1374-cü  illər) Xuanxedən  cənuba  uzanan  və  tez-tez daşqınlara
məruz qalan rayonlardan köçəndən sonra əsası qoyulan şanların paytaxtı ilə uyğun gəlirdi.
O   dövrlər   paytaxtın   yeni   ərazisi   İn   adlanırdı.   Bu   səbəbdən   də   Şan   sülaləsi   Çin
tarixşünaslığında həm də İn adlandırılmağa başlamışdı. Paytaxtın Anyanaköçürülməsi İn
mədəniyyətində bir sıra inqilabi dəyişikliklərlə müşayiət olundu. Bu, ilk növbədə, yazının
və kifayət qədər mükəmməl təqvimin yaranması, gümüş tökmənin inkişafı, şum təmizləmə
əkinçiliyinə keçid və at qoşqulu arabadan istifadənin başlanmasıdır.
Şan-İn sülaləsi dövründə heroqlif yazısı meydana gəldi, ipəkçiliyin və ipək toxuculuğun
inkişafı   isə   yüksək   səviyyəyə   çatdı.   Bu   dövr   haqqında   məlumatlar   tısbağa   qınından   və
gələcəkdən xəbər vermək üçün nəzərdə tutulmuş heyvan sümüklərindən olan lövhələrdəki
yazılarda qalmışdır. Şan dövründə istehsal olunmuş bir neçə üstü yazılı gümüş qab aşkara
çıxarılmışdır. O, hər kəsin məhdud hüquq və vəzifələrinin olduğu hərbiləşdirilmiş, totalitar
cəmiyyət   idi.   Məsələn,   əgər   sən   kəndlisənsə,   müəyyən   ölçüdə   olan,   həsir   damlı   evdə
yaşamaq və yalnız qarğıdalı ilə qidalanmaq, düyüdən isə ancaq bayram günləri istifadə
etmək hüququn vardı. Cəmiyyət təbəqələrə bölünürdü. Bu iyerarxiyada ən yüksək mövqeyi
hərbçilər, sonra əkinçilər, sənətkarlar tutur, ən aşağı səviyyədə isə ticarətçilər və aktyorlar
dururdular. Bu səbəbdən çinlilər uzun əsrlər boyu biznes və ticarətlə məşğul olan insanlara
hörmətlə yanaşmırdılar. Ən nəcib iş hərbçi peşəsi, sülh dövründə isə əkinçilik sayılırdı.
Hətta imperator da öz tarlasının becərir və məhsul toplayırdı.
Şan-İn sülaləsinin torpaqları müasir Çinin ərazisinin çox da böyük olmayan hissəsini əhatə
edirdi. Şərqdən o, Sarı dənizə qədər, qərbdə – Vey çayının mənşəyinə, şimaldan demək olar
ki, sonralar Böyük Çin səddinin tikildiyi yerlərə, cənubda Yantszı çayına qədər çatırdı.
E.ə. XII əsrin sonlarında şanlardan qərbdə yaşayan çjou tayfaları Mue yaxınlığıda (Xenan
əyaləti) döyüşdə Şan dövləti qoşunlarını sarsıdıcı məğlubiyyətə uğratdı və öz hökmranlığını
qurdu.
Çjou sülaləsinin hakimiyyət dövrü demək olar ki, doqquz əsri əhatə edir (E.ə. 1100 - E.ə.
221-ci illər) və Qərbi Çjou (Erkən) (E.ə. 1122 - E.ə. 771-ci illər) və Şərqi Çjou (Sonrakı)
(E.ə.   770 - E.ə.   256/221-ci   illər)   dövrlərinə   bölünür.   İmperiyaların   adları   paytaxtların
yerləşməsinə uyğundur. Qərbi Çjou iki dövrə bölünür – "Bölünmüş dövlətlər" və "Vuruşan
dövlətlər" (Çjanqo) – müvafiq olaraq e.ə. 722-481 və 481-221-ci illər. Çjou hökmdarlarının
ilk paytaxtı Tszunçjou Veyxe çayının kənarında yerləşirdi (indiki Sian şəhəri yaxınlığında).
Sonralar   Xuanxenin   orta   axınında   iknci   paytaxt   –   Loi   salındı   (indiki   Loyan   şəhəri
yaxınlığında).
Bu   dövrdə   meydana   gələn   ən   mühüm   konsepsiyalardan   biri   orta   dövləti   –   Cun   Quo
konsepsiyası hesab edilir. Çjou dövründə Dalxuanedə səkkiz knyazlıq: Ti, Pu, Jin, Tszin,


Sun,   Lu,   Yus,   U   mövcud   idi.   Bu   knyazlıqlardan   hər   biri   özlərini   mərkəz   hökmdarlığı
adlandırırdı. Bu səbəbdən çinlilərdə beş istiqamət var: şimal, cənub, qərb, şərq və mərkəz.
Mərkəz   –   əsl   sivilizasiyanı   təcəssüm   edən   hesab   nöqtəsidir,   geridə   qalanlar   isə   –
barbarlardır.   Çjou   sülaləsinin   ilk   yaranmış   sivilizasiyası   "Qərbi   Çjou"   adını   daşıyırdı.
"Qərbi Çjou" sülaləsi nisbətən inkişaf etmiş cəmiyyət idi. Kənd təsərrüfatı çiçəklənmiş,
əkinçi   əmək   alətləri   təkmilləşdirilmiş,   bir   çox   kənd   təsərrüfatı   bitkiləri   becərilməyə
başlanmışdır. Çoxlu sayda incəsənət və mədəniyyət abidələri, həmçinin fəlsəfə, siyasət və
tarix   əsərləri   meydana   gəlmişdir.   E.ə.   841-ci   ilədək   hadisələrin   mütəmadi   xronikası
aparılmamışdır, hansı ki, Qərbi Çjou səltənət evi hadisələrin illik qeydiyyatını aparır və
saxlayırdı.
Yarımköçəri jun tayfaları ilə (çjoululara qohum) tez-tez baş verən və e.ə. VIII əsrdə daha da
kəskinləşən   hərbi   münaqişələr   ucbatından   hökmdar   Pin-van e.ə.   770-ci   ildə   dövlətin
paytaxtını şərqə köçürür, bu dövr isə – "Şərqi Çjou" adını alır. "Şərqi Çjou" sülaləsinin
hakimiyyəti dövrü quldarlıq quruluşunun dağılması ilə əlamətdardır. Bu dövrün sonu (E.ə.
476-cı ildən 221-ci ilədək) "Vuruşan hökmdarlıqlar" adlandırılır, bunların da sayı, yuxarıda
qeyd olunduğu kimi səkkiz olsa da, vəliəhdlərin səriştəsizliyi ucbatından çoxlu sayda kiçik
hökmdarlıqlar yarandı.
Bu   dövr   həmçinin   qarışıqlıq   dövrü   kimi   də   xatırlanır.   Konfutsi   məhz   bu   zamanda
yaşamışdır. Onun təlimi öz siyasi fəlsəfəsi və etik istiqamətinə görə cəmiyyətdəki bu böyük
və uzunmüddətli hərc-mərcliyə təbii reaksiya kimi nəzərdən keçirilir. O, Çin cəmiyyətinin
hələ   uzun   əsrlər   boyu   mənəvi   simasını   müəyyənləşdirən   əxlaqi-etik   normalar   tətbiq
etmişdir.
Bununla   belə,   bu   dövr   bəşər   tarixinə   həmçinin   dəmirin   əridilməsi   texnologiyasının,
baltadan,  kotandan və digər əmək alətlərindən istifadənin kəşf olunması  dövrü kimi də
düşmüşdür.   Torpağın   işlənməsində   buynuzlu   heyvanlardan   istifadə   vərdişi   yarandı.
Quldarlıq formasiyasının yerinə feodal quruluşu gəldi.
E.ə.   IV-III   əsrlərdə   müxtəlif   hökmdalıqlar   arasında   hakimiyyət   uğrunda   mübarizə
şiddətlənir. Nəticədə e.ə. 230-cu uldə Tsin hökmdarlığı əvvəlcə Xan hökmdarlığını ciddi
məğlubiyyətə uğradır və onun ərazilərini zəbt edir, e.ə. 228 - e.ə. 221-ci illərdə isə digər
hökmdarlıqları da (Çjou, Vey, Çu və s.) ələ keçirir.
Tsin Şixuan Vuruşan hökmdarlıqların separatizminə son  qoyaraq  Çin tarixində  ilk dəfə
çoxmillətli mərkəzləşdirilmiş dövləti – Tsin imperiyasını yaradır.
                       Tsin imperiyasından başlayaraq X əsrin ortalarına qədər davam edən dövr Çin
tarixində   Erkən   İmperiya   dövrü   adlanır.   Tsin   imperiyası   cəmi   14   il   mövcud   olmuşdur.
Lakin   bu   dövrdə   çoxlu   sayda   islahatlar   həyata   keçirilmişdir:   ölkənin   inzibati-ərazi
dairələrinə bölünməsi; mərkəzləşdirilmiş idarəetmə orqanlarının yaradılması; pul, ölçü və
çəki vahidlərinin unifikasiyası; yazının nizama salınması və s. Böyük Çin səddinin tikilişi
də bu dövrdə başlayır. Divarın ayrı-ayrı hissələri artıq səkkiz hökmdarın dövründən mövcud
idi, lakin əsasən şimal və qərbdən köçəri tayfaların hücumları təhlükəsi ilə əlaqədar onların
birləşdirilməsi və gücləndirilməsi tələb olunurdu. Bu tikintiyə imperator Tsin Şixun çox
böyük   sayda   insan   –   səkkiz   hökmdarın   süqutu   nəticəsində   ələ   keçirilmiş   əsirləri   və
həmçinin   torpaqsız   kəndliləri   cəlb   etmişdi.   Bununla   əlaqədar   konfutsiçilər   imperatoru
despotizmdə günahlandıraraq öz narazılıqlarını bildirməyə başladılar, o isə öz növbəsində
e.ə. 213-cü ildə Konfutsinin bütün kitablarını yandırmağı, 416 konfutsiçini isə boynuna
qədər torpağa basdırmaqla əzabverici ölümə məhkum etdi.


O, öz şəxsi fəlsəfəsinə (leqizm) ehtiyac olduğundan fa-tszyanı yaratdı. Fa – Çin dilində
qanun, tszya – isə ailə, qrup deməkdir, yəni qanunlar külliyatı. Bu fəlsəfənin tərəfdarları
konfutsiçiliyi   özlərinin   qatı   düşməni   hesab   edirdilər,   belə   ki,   Konfutsi   ön   plana   əxlaqi
keyfiyyətləri   çəkirdi   və   qaydalara   riayət   etməyi   təkcə   sıravi   vətəndaşlardan   deyil,
imperatordan   da   tələb   edirdi.   Fa-tszyanın   ardıcılları   birbaşa   bəyan   edirdilər   ki,   əxlaqla
siyasət bir araya sığmır. Hökmdar nəyi lazım bilirsə, o da edilməlidir, çünki o, qanunların
yaradıcısıdır.
Tsin   imperiyası   Çin   tarixində   ilk   xalq   üsyanı   nəticəsində   süquta   uğradı.   Tsin   Şixuanın
ölümündən sonra yenə də qarışıqlıq dövrləri başladı. E.ə. 206-cı ildə keçmiş kəndxuda Lyu
Banın   başçılığı   altında   qiyamçı   dəstələr   Tsin   ordusunu   asanlıqla   darmadağın   etdi   və
paytaxtı aldı. Bu Çudan olan Lyu Bana özünü Xan hökmdarı elan etməyə imkan verdi, belə
ki, Tsinin paytaxtı keçmiş Xan hökmdarlığı ərazisində yerləşirdi. Daha dörd il də çoxsaylı
üsyankar rəhbərlər taxt-tac uğrunda mübarizə apardılar. E.ə. 202-ci ildə Lyu Ban özünün
əsas və sonuncu rəqibini – zadəgən ailəsindən olan general Syan Yuyanı məğlub etdi. Qao-
tszu, "Ali ulu əcdad" titulunu qəbul edib Xan sülaləsinin əsasını qoydu, bu da Qədim Roma,
Xristianlıq   və   Məsihlə   bir   dövrə   təsadüf   edirdi.   Lyu   Ban   Çanan   şəhərini   imperiyanın
paytaxtı elan etdi.
           Xan sülaləsinin dörd əsrdən çox hakimiyyəti iki dövrə bölünür: Erkən Xan (Qərbi)
və Sonrakı Xan (Şərqi), bunlar da müvafiq olaraq e.ə. 206-cı ildən eramızın 8-ci ilinədək və
8-ci ildən 220-ci ilədək olan dövrü əhatə edir.
Bu dövrlər arasındakı eramızın 9-25-ci illərini əhatə edən az müddət ərzində Sin sülaləsi
hakimiyyətdə olmuşdur.
Erkən Xan Tsin imperiyası idarəetmə sisteminin bəzi xarakterik xüsusiyyətlərini qoruyub
saxlamışdır. Öz yeddi silahdaşına Lyu Ban van titulu bağışlamışdı, 130-na isə vərəsəlik
torpaqları   paylamışdı.   İmperator   Udiy   isə   (E.ə.   140 - E.ə.   87)   mərkəzi   hakimiyyətin
gücləndirilməsinə   yönəldilmiş   dəyişikliklər   həyata   keçirir,   bunun   da   gedişində   Tsin
dövründə mövcud olan müfəttişlik təsisatları bərpa edilir. Xan dövrünün əvvəlində hökumət
daosizm təliminin tərəfindəydi. Bu axında Lyu An (e.ə. 179-122-ci illər) özünün kifayət
qədər eklektik təlimini inkişaf etdirir. E.ə. II əsrdə sarayda leqizmlə sintezdə konfutsiçiliyə
maraq yaranır, bu da filosof Dun Çjunşu (e.ə. 179-104-cü illər) tərəfindən həyata keçirilir.
Qanuni   inzibati   metodların   və   konfutsiçiliyin   əxlaqi   dəyərlərinin   kombinasiyası   Çin
imperiyasına sonrakı iki min ildən artıq dövr ərzində mövcud olmağa kömək göstərmişdir.
Xanlılar itirilmiş konfutsiçi və digər mətnləri bərpa etdilər, əlyazmaların axtarışı, onların
sistemləşdirilməsi   və   bərpası   üzrə   böyük   işlər   gördülər.   Xan   dövründə   "Dəyişikliklər
kitabı"nda, "in-yan" və "beş ünsür" nəzəriyyəsində əsası qoyulmuş baxışlar "simvollar və
rəqəmlər haqqında təlimdə" formalaşmışdı. Bu dövrdə ensiklopediyaçı-filosof Van Çun (e.
27-97-ci illəri) antiavtoritarizm fəlsəfəsini işləyib hazırlayır. Van Çun konfutsiçilərin və
daoçuların bəzi baxışlarını sintez edərək ümumiləşdirir.
Zadəganlar əsas dövlət vəzifələrinin əksəriyyətini tuturdular. Bununla belə Xan hökmdarları
xidmətə, mövqeyindən asılı olmayaraq istedadlı insanları cəlb etməyə çalışırdılar. E.ə. 124-
cü   ildə   imperator   Udiy   "Ali   məktəbin"   ("Taysyue")   əsasını   qoydu   və   ölkənin   bütün
əyalətlərindən bacarıqlı gənclərin orada təhsil alması üçün seçilməsini əmr etdi. O vaxtdan
başlayaraq bütün Çin sülalələri bu və ya başqa şəkildə dövlət təhsilinə kömək etmişdilər.
Dövlət xidmətinə qəbul üçün ənənəvi imtahan sisteminin yaranması da Taysyuenin açılışı
ilə bağlıdır. Məktəbin planına konfutsian "Beşkitabçılığın" – Utszin (Şitszin – "Nəğmələr


kitabı", Litszin – "Ayinlər kitabı", Şitszin – "Tarix kitabı", Çjoun – "Dövrü dəyişikliklər",
Çuntsyu – "Bahar və payızlar") öyrənilməsi daxil idi. Həmçinin ox atmaq, musiqi, ayin və
"Altı   sənət"dən   digərləri   öyrənilirdi.   Təlimlər   "Boşi"   (doktor)   adına   malik   və   Udiy
sarayında xidmət edən konfutsian-alimlər tərəfindən aparılırdı. Bir ildən sonra tələbələrdən
imtahan götürülür və onlar öz biliklərinə müvafiq vəzifələrə təyin olunurdular. Udiy özü
imtahan   verənlərin   sınaqlarında   iştirak   edirdi.   Məmur   vəzifəsi   almaq   məqsədilə   seçim
sisteminin  və konfutsian təliminin birləşdirilməsi sonralar Xan sülaləsinin axırına qədər
möhkəmləndirilmiş və tətbiq edilmişdir.
İlk vaxtlar məktəbdə 50-yə qədər tələbə təhsil ala bilərdi. E.ə. 8-ci ildə tələbələrin sayı üç
minə qədər artmışdı, sonrakı Xan dövründə isə onların sayı təqribən otuz minə çatmışdı.
Bu   sülalənin   ən   parlaq   nümayəndəsi   tamamilə   konfutsiçiliyə   qayıdan   beşinci   imperator
Udiy   (e.ə.   140-87-ci   illər)   olmuşdur.   Öz   hakimiyyət   dövrünün   quldarlıq   cəmiyyətindən
feodalizmə keçidlə üst-üstə düşməyi faktını nəzərə alaraq o, başa düşürdü ki, konfutsiçilik
feodal  cəmiyyətinin və  ümumiyyətlə istənilən  hökmran cəmiyyətin  ideya  istinadgahıdır.
İmperator   Udiy   deyirdi   ki,   dövlət   vəzifəsi   tutmaq   üçün   Konfutsinin   müqəddəs
kitablarındakı   mətnləri   bilmək   lazımdır.   Onun   hakimiyyəti   dövründə   Çin   çox   gücləndi.
İmperator Udiy hunlarla uğurlu döyüşlər apardı; ilk dəfə olaraq Cunqariyadan və Qaşqardan
Avropaya  ipək yolu  saldı,  baxmayaraq ki,  o, həmin  vaxt belə  adlanmırdı, Vyetnamdan
Quandum və Quansini zəbt etdi, Koreyanı istila etdi, yəni Çin imperiyası az qala bugünki
miqyaslara gəlib çatdı. Qeyd etmək laxımdır ki, ilk dəfə olaraq nahtszu, xan milləti anlayışı
Xan dövründən gəlmişdir və çinlilər özlərini xanlılar adlandırır. Bu sülalənin bir xarakterik
cəhəti vardır: iki min illik hazırkı Çin milli memarlığı da o dövrdə yaranmışdır.
İmperator   Udiyin   zamanında   Sı   Ma   Tsyan   adlı   çox   böyük   bir   şəxs   yaşayırdı,   o,   Çin
tarixşünaslığının   əsasını   qoymuş   və   ilk   dəfə   olaraq   tarixi   monoqrafiyanın   kompleks
prinsipini tətbiq etmişdir. O, "Şi Tszi" adlanan tarixi əsərin müəllifi olmuşdur, salnamə
traktlatlarla bir-birini əvəzləyir, yəni o, təkcə xronoloji hadisələrin təsvirini verməmiş, eyni
zamanda konseptual xarakterli tarixi təhlil aparmışdır. Xanlıların Çjou sülaləsinin ətraflı
tarixini yazmaları ilə əlaqədar olaraq bir sülalənin ondan əvvəlki sülalənin tarixini yazmaq
ənənəsi yaranmışdır, həm də bu o qədər səhih olurdu ki, məsələn, hind alimləri Hindistan
tarixini Çin mənbələrindən öyrənirlər.
Erkən və Sonrakı Xan hökmranlıqları dövrü arasında, daha dəqiq e. 9-25-ci illərində Sin –
"Yeni" imperiyası mövcud olmuşdur. Öz hakimiyyətinin lap əvvəllərindən imperator Man
Van   islahatlara   başladı   ki,   bunların   da   əsas   məqsədi   dövlət   hakimiyyətinin
möhkəmləndirilməsi   və   ilkin   Çjou   qanun-qaydalarının   bərpası   idi.   Lakin   Van   Manın
şöhrətpərəst   niyyətləri   onu   özlərinə   əngəl   törədəcək   heç   bir   dəyişikliyi   arzulamayan
mülkədarlardan uzaq saldı. Digər tərəfdən kəndlilər də onun islahatlara qabil olmamasından
məyus olmuşdular.
11-ci  ildə  Xuanxe  çayı   qarçısına  çıxan  şəhər   və  qəsəbələri  məhv   edib  tarlaları  basaraq
məcrasını   dəyişdi.  Ölkədə  hökm  sürən   xaos çoxsaylı   kəndli  üsyanlarına  gətirib  çıxardı.
Eramızın   17-ci   ilində   Şandunda   Fan   Çunun   başçılığı   altında   güclü   üsyan   baş   qaldırdı.
Qiyamçılar fərqlənmək üçün qaşlarını qırmızı rəngə boyayırdılar, bu səbəbdən də onları
qırmızıqaşlılar adlandırırdılar. 23-cü ildə Fan Çun hökumət qoşunlarını məğlub edib paytaxt
Çanyanı ələ keçirdi. Van Man özünə qəsd etdi.
Qırmızıqaşlılar bir ildən artıq hakimiyyəti əllərində saxladılar. Bundan sonra xanlı Lyu Syu
zadəganların   və   məmurların   bir   hissəsini   ətrafında   birləşdirib   qiyamçıları   sarsıdıcı


məğlubiyyətə uğratmağa nail oldu. Fan Çun paytaxtdan ölkənin şərqinə qaçmağa məcbur
oldu. 25-ci ildə Lyu Syu Xan imperatoru elan olundu. Bu, Sonrakı (Şərqi) Xan (25-220-ci
illər) sülaləsi hakimiyyətinin başlanğıcı hesab olunur.
Şərqi   Xan   sülaləsi hakimiyyətinin   ilk   illərində   qiyamçı   dəstələrin   qalıqları   ilə   mübarizə
davam edirdi, bundan sonra nisbətən sakitlik və çiçəklənmə dövrü gəlir. Lyu Syu minlərlə
qulu azadlığa buraxdı. Torpaq bölgüsünün bərabərləşdirici sistemi ləğv edildi. Hökumət
vergiləri azaltdı və ticarətdə məhdudiyyətləri aradan qaldırdı.
Sonrakı Xan dövründə əvvəllər itirlmiş ərazilərin bərpası üçün çox cəhdlər edildi. Köçəri
hunlarla mübarizədə qələbə çalındı. 73-cü ildə kiçik dəstə ilə şimal qərb sərhəddindəki
müttəfiq tayfalara kömək göstərmək məqsədilə göndərilmiş istedadlı general Ban Çao, son
nəticədə, demək olar ki, Şərqi Avropanın sərhədlərinə qədər gedib çıxmışdır. 91-ci ildə o,
hunlara sarsıdıcı zərbə vurdu, 97-ci ildə isə Baktriyaya daxil oldu. 101-ci ildə Çinə qayıdan
general, Roma imperiyası barədə çoxlu məlumat gətirir. Onun yürüşləri sayəsində Böyük
ipək yolunu bərpa etmək mümkün oldu ki, bunun da vasitəsilə Çin Aralıq dənizinə ipək,
zərxara, bəzək məmulatları və çini qab idxal edirdi. Şərqi Xan sülaləsi zamanında incəsənət,
təhsil və elm çiçəkləndi. Tarix və lüğətlər yazıldı. Daha qədim zamanların klassik əsərləri
yığıldı.   Imperator   Çjan-linin   hakimiyyəti   dövründə   (75-88-ci   illər)   Bayxuquan   zalında
dövlət   ideologiyası   prinsiplərinin   işlənib   hazırlanması   məqsədilə   klassik   kitabların
müzakirəsi keçirilmişdi.
Eramızın I əsrində Hindistandan Çinə buddizm daxil olur. Buddist missioner An Şiqao 148-
ci ildə Loyana gəlib çıxır, bunun da nəticəsində Çində buddist mətnlərin tərcüməsi həyata
keçirilməyə başlanır.
Şərqi   Xanın   sonrakı   dövrlərində   saray   xadimlərinin   güclənməsi   ucbatından   imperiyanın
siyasi  həyatı çox əziyyət çəkirdi. Nüfuzlu regional vəzifəli şəxslər mərkəzi hakimiyyəti
saymamağa başladılar. Əyanlar və sərkərdələr arasında mübarizə başladı.
Ölkədəki hərc-mərclik xalqın narazılığına səbəb oldu. Yəni 60 illik tsiklin başlanğıcı olaraq
184-cü   ildə   "sarı   sarıqlılar"   üsyanı   baş   qaldırdı,   onun   nümayəndələri   fərqlənmək   üçün
başlarında   sarı   sarıq   gəzdirirdilər.   Üsyana   dao   müəllimi   Çjan   Tszyue   başçlıq   edirdi,   o,
"böyük səadət yoluna" (taypin dao) əsaslanmalı olan yeni qanun-qayda yaratmağa çağırırdı.
Qiyamçılar iki mindən çox əyanın qırğınını törədən və bir-birinin ardınca diktatora çevrilən
generalların tərəfinə keçdilər. 207-ci ildə ölkənin şimalında diktator sərkərdə Tsao Tsao
hakimiyyətə   gəldi.   Tsao   Tsaonun   ölümündən   sonra   onun   oğlu   Tsao   Pey   gücsüz   Xan
imperatorunu   hakimiyyətdən   uzaqlaşdırıb   Vey   hökmdarlığını   yarada   bildi.   Bu   Xan
sülaləsinə son qoydu.
III əsrin əvvəllərində Xan sülaləsinin hakimiyyətinə son qoyulduqdan sonra, Çində feodal
münasibətləri   yaranmağa   başladı.   Avropadan   fərqli   olaraq,   bütün   Şərqdə   olduğu   kimi,
Çində   də   torpaq   əsrlər   boyu   imperatorlara   məxsus   mülkiyyət   olmuşdu.   Dövlət   torpaq
üzərində mülkiyyəti məhdudlaşdırır, cəmiyyət və iqtisadiyyatı sənətkarlığı, ticarəti və təbii
sərvətləri   ciddi   nəzarətdə   saxlayırdı.   Əhalinin   95 %-ini   təşkil   edən   kəndlilər   torpaqdan
istifadəyə görə vergi verirdilər.
Kəndlilər ailəsi ilə birlikdə torpağı becərir, məhsulu qoruyur məhsul hazır olanda vergi
məmurlarına   töycü   və   dövlət   vergisi   verirdi.   Kəndlilər   məhsul   vergisi   ilə   yanaşı,   ağır
mükəlləfiyyətlər də yerinə yetirir, yəni saraylar, məbədlər, qalalar tikir, suvarma sistemi
çəkirdilər.


VI-VII əsrlərdə Çində iri torpaq sahibi olan xüsusi "güclü ailələr" var idi. "Güclü ailələr"
kəndlilərin   torpağını   ələ   keçirir,   onları   özlərindən   asılı   olan   icarədarlara   çevirirdilər,
nəticədə dövlətə vergi verənlərin sayı azalır, mərkəzi hakimiyyət zəifləyirdi. Çində bir-
birini əvəz edən sülalələr kəndlilərin narazılığının qarşısını almaq və mərkəzi hakimiyyəti
gücləndirmək üçün tədbirlər görür, "güclü ailələr"in torpaqlarını müsadirə edib kəndlilərə
paylayırdılar.   Beləliklə,   III-VII   əsrlərdə   Çində   dövlətin   "güclü   ailələr"ə   qarşı   mübarizə
aparmaqda məqsədi mərkəzi hakimiyyəti möhkəmləndirmək idi.
Çində dövlət feodalizmi formalaşırdı. Ən böyük torpaq sahibi olan imperator hərbi xidmət
müqabilində özünün ən yaxın adamlarına, sərkərdələrə və məmurlara iri torpaq sahələri
paylayır, bununla da xüsusi torpaq mülkiyyətinin inkişafına şərait yaradırdı. Bu torpaqlarda
əldə   edilən   məhsuldan   bir   hissə   dövlətə   verilir,   digər   hissə   mülkiyyətçiyə   qalırdı.
Feodalizmin   inkişafı   nəticəsində   varlanan   feodallar   VII   əsrdən   başlayaraq   dövlət
torpaqlarını özbaşına tutmağa başladılar. Həmin ərazidə yaşayan kəndlilər feodallardan asılı
kəndliyə çevrildilər. Kəndlilər feodala vergi (töycü) verməli, onun üçün əvəzi ödənilməyən
işlər görməli, yəni biyara getməli idilər,
Çinin   sivilizasiya   tarixi   minillikləri   əhatə   edən   qədim   mədəniyyətlərdən   biridir.
Çinlilərin özlərinin təsdiq etdikləri kimi, ölkənin tarixi e.ə. III minilliyin sonlarına gedib
çatan   Yao,   Şunya,   Yuya   hakimlərinin   hökmranlıq   dövründən   başlayır. 
Çin   sivilizasiyasının   uzun   illəri   əhatə   edən   inkişaf   yolu   dünya   mədəniyyəti   tarixində
mədəniyyətin tamamilə yeni unikal tipini yaratdı. Qərb və qonşu hind mədəniyyətlərindən
fərqli olaraq Çin sivilizasiyası daha rasional və praqmatik səciyyə kəsb etmiş və edir. Hər
bir   çinli   üçün   ilk   növbədə   sosial   etika   və   inzibati   praktika   müstəsnalıq   kəsb   edirdi. 
Qədimdən   başlayaraq   çin   mənəvi   mədəniyyətinin   spesifikasına   rasional   səciyyə
xarakterikdir.   Çinin   erkən   dinlərində   yunan   mifologiyasındakı   allahların  insan   və  canlı
surətlərinə   rast   gələ   bilmərik.   Zevsin   yerini   bu   mifologiyada   mücərrəd   və   soyuq
substansiya olan Səma təşkil edir. O, insana qarşı çox laqeyd və əlbəttə ki, insani hiss və
həyəcanlardan uzaqdır. Bir xeyli müddətdən sonra ölkənin mənəvi mədəniyyətinə daha
humanist ideyalar, mistik dünyagörüşləri nüfuz etdi və onların transformasiyası praqmatik
nəticələrə gətirib çıxartdı.  Belə bir şəraitdə çin mədəniyyətində mifologiya qismən də olsa,
təzahür olunmağa başlayır. Mif yaradıcılığı haqqında ilkin məlumatlar müdrik və ədalətli
hakimlərin   mifəbənzər,   tarixiləşdirilmiş   əfsanələrindən   əldə   edilir.   Əfsanələrdəki
qəhrəmanlara   yüksək   etik   xüsusiyyətlər   (ədalətlilik,   müdriklik,   xeyirxahlıq,   sosial
harmoniyaya   cəhd   və   s.)   xasdır.   Bu   qəhrəmanların   həyatı   dini   ideyalar,   fövqəltəbiilik,
mistik dərketmədən uzaqdır. Görkəmli tarixçi L.S.Vasilyevin sözlərinə görə, qədim Çində
erkən vaxtlardan demifologiyalaşma prosesi gedir, allahlar sanki yerə enərək müdrik və
xeyirxah ədalətli xadimlərə çevrilir və Çini əsrlərlə idarə etməyə başlayırlar. Artıq Xanın
dövründə (b.e.ə. III əsr – b.e.-nın III əsri) vəziyyət dəyişir  və ritual etika çin ənənəvi
mədəniyyətinin əsas simasını təmin edir.  Bir qədər sonralar konfutsiçilik, daosizm, moizm
və   buddizm   çin   mədəniyyətini   zənginləşdirdi.   Burada   ən   vacib   rolu   sosial-siyasət   və
inzibatçılığı dini-etik norma və tələblərə tabe etdirən konfutsiçilik oynadı. Daosizm də bir
dini   ideologiya   kimi   Çin   mədəniyyətində   xüsusi   yer   tutdu.   Astrologiya,   alkimya,   çin
təbabəti və s. – bütün bunlar daosizmin məhsullarıdır. Daosizm bir çox şair, rəssam və
filosofları da öz ətrafında birləşdirmişdi. Bu, əlbəttə ki, konfutsiçiliyə qarşı çıxış deyildi,
əksinə, daoçu ideyalar məhz konfutsi fəlsəfəsi əsasında bəhrələnmiş və yaradıcılıq üçün
yeni   imkanlar   açmışdır.   Ənənəvi   Çin   mədəniyyətinə   buddizm   özünəməxsus   təsir


göstərmişdir. Bu, din Çinə I-II əsrlərdə maxayananın şimal formasında daxil olmuşdur. Bu,
Çinin həmin dövrdəki incəsənətini, ədəbiyyatını və xüsusilə də, memarlığını təzahür etdirir.
Çoxsaylı   məbədlər,   monastırlar,   nəhəng   mağara   və   qaya   kompleksləri,   bədii   kamillik,
bütövlük mücəssəməsi olan paqodalar Çin memarlığına yeni sima bəxş edərək, sözün əsil
mənasında   onu   dəyişdirmişdi.   Çində   ilk   budda   ehramı   b.e.   67-ci   ildə   Loynada   Ağ   at
məbədi kimi tikilmişdir. Çin budda memarlığının qızıl dövrü III-IV əsrləri əhatə edir. Bu
dövrdə   çoxsaylı   paqodalar   (budda   məbədləri),   buddanın   simvolik   rəmzinə   çevrilmiş
çoxtəbəqəli   tikililər   Çinin   milli   iftixarıdır.   Belələrindən   ən   görkəmliləri   Lunmenya,
Yunhana, Dunxuana mağara kompleksləridir ki, burada dairəvi heykəltəraşlıq və freska,
barelyeflər müstəsnalıq təşkil edir. Buddizm Çin nəsrinin də əsasını qoymuşdur. Budda
prototiplərinə həsr edilmiş novellalar bədii nəsrin aparıcı növlərindən birinə çevrildi. Bu isə
öz   növbəsində   klassik   Çin   romanının   təşəkkülünə   ciddi   təsir   göstərdi. 
Dao   monastırları   kimi,   budda   monastırları   da   Çin   mədəniyyətinin   mərkəzlərindən   biri
olmuşdur. Bu mədəni ocaqda şair, rəssam, alim və filosoflar vaxt keçirərək, öz əsərlərinin
ilham duyğusunu, məhz buradan əldə edirdilər. Monastırların arxiv və kitabxanalarında
Çinin yazılı mədəniyyətinin ən nadir və dəyərli inciləri qorunub saxlanılırdı. Bütün bunlar
isə sənətsevər rahiblərin – tərcüməçilərin, surət çıxaranların hesabına həyata keçirilirdi. Çin
budda sənətkarları kitab çapı üçün vacib peşə hesab edilən ksiloqrafiya sənətinin də əsasını
qoymuşlar. 
Çin xalqının mədəniyyətinə təsir göstərən buddizm əlamətlərindən biri də onun fəlsəfə və
mifologiyası olmuşdur. Bu fəlsəfədə yoqların gimnastik təcrübələrindən başlamış, cənnət,
cəhənnəm  haqqındakı təsəvvürlərə qədər olan hər şey  öz əksini hekayə  və əfsanələrdə
tapmışdır. Müqəddəs  budda qəhrəmanlarının obrazı real tarixi qəhrəmanların həyatı ilə
qarşılaşdırılır.   Quaninin   obrazı   (bodhisatva   Avalokiteşvara)   Çində   Çcou   knyazlarından
birinin qızının adı ilə bağı idi. Çin mədəniyyətində bir çox adət-ənənələr buddizmlə bir
əlaqədardır.   Məsələn,   çay   və   çayiçmənin   təşəkkülü   haqqındakı   əfsanə   buna   aiddir.   Bu
əfsanəyə görə buddaçılar etiqad zamanı gümrah olmalı, bir çox saat ərzində hərəkətsiz
qalmalıdır.   Bu   zaman   mürgüləmək   və   ya   yuxuya   getmək   –   böyük   günah,   eyib   hesab
edlirdi. Lakin bir dəfə görkəmli patriarx Bodxidxarma etiqad prosesində özü də bilmədən
yatır. Oyandıqdan sonra hiddətlənən patriarx öz kipriyini kəsir. Bu zaman yerə düşən qan
damlalarından çay kolunun yarpaqları yaranır. Ondan hazırlanan içki isə insana gümrahlıq
bəxş   edir.   Bu   bir   əfsanə   olsa   da   onun   mahiyyətində   böyük   bir   hikmət   vardır.
                             Çin ədəbiyyatının kökləri çox-çox qədimlərə gedib çıxır. Yaranmışəsərlər
həqiqətən   də   möhtəşəmdir.   Çin   ənənəvi   ədəbiyatı   xronoloji   prinsipə   uyğun   olaraq   beş
mühüm tarixi mərhələyə bölünür: b.e.ə. 206-cı ilə qədər; b.e.ə. 206 – b.e. 618-ci il; 618-
1279;   1279-1911   və   1911-ci   ildən   bu   günüdək   (bunlar   1911-1949-cu   illər   və   1949-cu
illərdən   bu   günə   qədərki   dövrü   əhatə   edən   yarım   qruplara   bölünür). 
Qədim Çin ədəbiyyatının ən məşhur abidəsi poetik ontologiya olan «Şitszin» («Nəğmələr
kitabı») hesab olunur. Antologiyada 305 sayda şer toplanıb ki, bunlar da üç mühüm himn
qrupuna (sun), odadan ibarət iki qrupa (ya), və 15 nəğməni əhatə edən (qofen) əsərlərə
bölünür. Odaların ya (böyük, nəhəng) qrupunda saray həyatı tərənnüm olunursa, syao-ya-
da (kiçik) cəmiyyəti tənqid edən müxtəlif bayramlar ifadə edilir. Şerlərin birinciləri Qərbi
Çcou dövrünə (b.e.ə. XI əsr), sonuncu isə Yaz və Payız dövrünə (b.e.ə. VI əsrə) aiddir. 
«Nəğmələr kitabı»nın ənənələri 300 ildən sonra da Çin ədəbiyyatının görkəmli 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin