Qədim Misir Plan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix30.12.2021
ölçüsü0,8 Mb.
#49471
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
qədim dünya tarixi

Qədim Babilistan
Plan:
1. Babil şəhərinin yaranması və yüksəlişi: Qədim Babilistan dövlətinin yaranması
2. Babilistan Hammurapi dövründə
3. Babil-Hett müharibəsi
4. Babilistan Kassi sülaləsinin hakimiyyəti dövründə
Babil   çarlığı   Mesopotamiyada   yerləşən,   öz   hakimiyyətə   altında   böyük   əraziləri
birləşdirən güclü bir dövlət olmuşdur. Onun tarixi üç dövrə bölünür:
1.Qədim (e.ə. XIX-XVI);
2.Orta (e.ə. XVI-XII);
3.Yeni (e.ə. VII-VI).
Qədim dövr 
Şumer-Akkad   dövlətinin   dağılmasından   sonra   başlamışdır. Akkad və Assur kimi,
Babil dövlətin tarixi eyni adlı şəhərlə bağlı olmuşdur. Sami dillərində Bab-İl sözləri
"Tanri qapısı" deməkdir. İlk Babil dövlətinin yaradıcısı Sumuabum olmuşdur. Dövlət
çarlar və ona tabe olan məmurlar tərəfindən idarə olunurdu. Babilin baş tanrısı və
himayəçisi Mərduk adlı   tanrı   idi.   O   insanların   və   heyvanların   yaradıcısı   hesab
olunurdu.
Babil şəhəri çox əlverişli yerdə yerləşirdı: orada ticarət, karvan yolları kəsişirdi. Eyni
zamanda Dəclə və Fərat çaylarının   bir-birinə   yaxınlaşmasına   görə   bu   yerlərdə
suvarma və gəmiçiyin inkişafı üçün geniş imkanlar yaranmışdır.
Qədim Babilin güclü dövlətə çevrilməsi prosesi çar Hammurapinin (e.ə. 1792 - 1750-
ci illər) hakimiyyəti zamanı baş vermişdir. O Mesopotamiyanın cənubunda yerləşən
şəhərləri,   daha   sonra   ətraf   dövlətləri Mari və Eşnunnanı   ələ   keçirmişdir.   Şimalda
isə Assur, Nəynəva (Nineviya)   və   bəşqa   şəhərlər   onun   hakimiyyətini   qəbul
etmişdirlər.   Hammurapinin   dövründə   ölkədə   inşaat   işləri   görülürdü,   suvarma
sistemləri təkmilləşdirilmişdir; heyvandarlıq, ticarət, gəmiçilik, sənətkarlıq sahələri
inkişaf
 
edirdi,
 
hətta
 
yeni
 
suvarma
 
kanalları
 
qazılırdı.
Babil   cəmiyyətinnin   ictimai   quruluşu,   başqa   qədim   cəmiyyətlərdə   olduğu
kimi quldarlıq olmuşdur.   Kölə   əməyindən   geniş   istifadə   olunurdu   və   qul   ticarəti
aparılırdı. Kölələr təbəqəsi hərbi dustaqlar və borclarını verə bilməyən adamlardan
ibarət olmuşdur.


Çar Hammurapi həm də tarixdə ilk dəfə olaraq qanunlar məcmuəsi dərc etmişdir. Bu
qanunlar ictimai həyatın bütün sahələrini əhatə edirdi. Orada cinayət hesab olunan
əməllər və onların müqabilində tətbiq olunan cəzalar əks olunmuşdur. Bu məcmuə
gələcəkdə "Çar Hammurapinin qanunları" adlandırılmışdır və daş sütunlar üzərində
həkk olunmuşdur. Bü cür sütunlar bütün ölkə şəhərlərində qurulmuşdur və əhali çar
Hammurapinin qanunları bilirdi. Sütunlardan biri Susa şəhərində tapılmışdır və başqa
dillərə tərcümə olunmuşdur. 
Eşnunna şəhər dövlətinin qanunları (Hammurapi qanunları) akkad dilində yazılmış
İlk  sənəddir.  Eşnunna  (indiki  Tel  abu-Harmal)  Diyala   çayı  hövzəsində   yerləşirdi.
Qanunların iki nüsxəsi 1945-1947-cı illərdə İraq arxeoloqu Taha Bəkir tərəfindən
tapılmışdı.   Kitabənin   zədəli   olmasına   baxmayaraq,   qanunun   giriş   hissəsi   və   60-a
qədər maddəsi qalmışdır. Bir neçə maddə bazar qiymətlərinin və əməyin ödənilməsi
qaydalarını müəyyənləşdirir. Burada ailə və nigah, alqı-satqı, mülk və s. məsələləri
hüquq normasına salan maddələr də vardır. Bir sıra maddələr qulların vəziyyətini və
tam   hüquqsuzluğunu   əks   etdirir.   Qullara   damğa   vururdular,   onları   satır   və   girov
qoyurdular.   Qul   ağanın   icazəsi   olmadan   şəhəri   tərk   edə   bilməzdi.   Bu   irihəcmli
qanunlar   külliyyatı   qədim   Babilistanda   yaradılmışdı.   Bu,   məşhur   Hammurapi
qanunlarıdir. Qanunlar 2,25 metr hündürlüyündə qara bazalt daş üzərinə mixi yazılar
ilə həkk olunmuşdu. E.ə. XII əsrdə Elam hökmdarı I Şutruk-Nahhunti həmin qara
daşı   qənimət   kimi   paytaxtı   Suz   şəhərinə   gətirmişdi.   Daşın   bir   hissəsi   Elam
hökmdarının   göstərişi   ilə   qaşınmışdı.   O,   əməllərini   buraya   yazdirib   öz   adını
əbədiləşdirmək istəyirdi. Lakin bizə məlum olmayan səbəbdən bu, baş tutmamışdı.
Beləliklə,   35   maddə   məhv   edilmışdı.   Bu   maddələr   Hammurapinin   məktubları
əsasında bərpa edilmışdı. Onun 55 rəsmi məktubu məlumdur. 1901-cı ildə fransiz
arxeoloji   ekspedisiyası   Suz   qazıntıları   zamanı   qara   daşı   aşkar   etmışdı.   Fransız
assirioloqu  V.Şeyl  qanunları İlk dəfə tərcümə  etmiş  və 282  maddəyə  bölmüşdür.
Qanunlar   giriş,   nəticə   və   maddələrdən   ibarətdir.   Daşın   yuxari   hissəsində   günəş
allahından   (Şamaşdan)   qanunları   qəbul   edən   Hammurapi   təsvir   olunmuşdur.
Maddələrin   bir   hissəsi   (1-5)   məhkəmə   prosesi   Nomlararın   müəyyənləşdirir.
Maddələrin əksəriyyəti (6-126) mülki məsələlərin müxtəlif sahələrini əks etdirir. Bir
çox maddə (127-195) ailə, nigah və vərəsəlik hüquq qaydalarına həsr olunmuşdur.
Qalan maddələr (196-282) müxtəlif məsələlərin hüquqi həllini nəzərdə tuturdu.
            Hammurapi   qanunları   digər   qədim   qanun   külliyyatları   ilə   ümumi   oxşar
cəhətlərinə baxmayaraq, daha dəqiq və geniş hazırlanmışdı. Hammurapi qanunları
külliyyatı   hüquq   və   iqtisadi   münasıbətlərin   müəyyən   formalarını   qaydaya   salmaq
məqsədilə tərtib olunmuşdu. Burada qədim şumer və akkad adət-ənənələri və hüquq
Nomlararı öz əksini tapmışdı, əvvəlki qanunlar müəyyən dərəcədə təkrar olunmuşdu.
Hammurapi  qanunları  sinfi mahiyyət  daşımaqla  hakim  sinfin  mənafeyini müdafiə
edirdi. Buna baxmayaraq, Hammurapi qanunları qədim Şərqin nadir ədəbi və tarixi
abidələri sırasına daxildir.
1. Əgər adam adamın gözünü tökmüşdürsə, onun gözü tökülməlidir. Əgər adam özünə
bərabər adamın dişini vurub çıxarıbsa, onun dişi vurulub çıxarılmalıdır.
2. Əgər oğul atanı vursa, onun barmaqları kəsilməlidir.
3. Adam and altında başqasının üstünə adam öldürən ittihamını yıxıb onu ifşa etməyə
başlasa və bunu sübut edə bilməsə, o zaman ifşa edən öldürülməlidir.


4. Əgər savaşmada biri digərinə xətər yetirsə, bu adam and içməlidir ki, mən onu qəsdən
vurmamışam və həkimin xərcini ödəməlidir.
5. Əgər öküz icarəyə götürüldükdə çöldə onu şir parçalasa, ziyan yalnız sahibin üstündə
qalır. Yox əgər icarəyə götürənin baxımsızlığından, döyməsindən
ölərsə, o,əvəzində sahibinə öküz verməlidir.
1. Əgər bir adamın borcu varsa, o borcun əvəzinə ona uşağı olmuş qul qadın veribsə,
həmin adam müəyyənləşdirilmiş qayda əsasında gümüş və borcunu ödəyib qul qadını
geri ala bilər.
2. Əgər   bir   adam   başqasının   yanına   əmanət   qızıl,   gümüş   və.s.   qoyursa,   o,   şahidlik
əsasında müqavilə baöladıqdan sonra əmanət qoyma haqqına sahibdir.
3. Əgər bir adamın heç bir şeyi itmədiyi, oğurlanmadığı halda, “mənim filan şeyim itib”
iddiası ilə qonşularını ittiham edərsə, qonşuları andiçmə yolu ilə onu Allah qarşısında
ifşa   edirlər   və   şər   atan   həmin   adam   qonşularına   iddia   etdiyi   məbləği   ikiqat
ödəməlidir.
4. Əgər qul öz sahibinə “sən mənim sahibim deyilsən” deyərsə, qul sahibi onun yalan
dediyini sübut etməlidir; əgər istəyərsə, qul sahibi bunun cəzası olaraq öz qulunun
qulağını kəsə bilər.
5. Əgər bir adam arvad alıb bu barədə yazılı müqavilə bağlamırsa, onun aldığı qadın
qanuni arvad sayılmır.
6. Əgər   bir   adam   övladı   olmayan   birinci   arvadını   boşayırsa,   o   həmin   qadına   aldığı
miqdarda   gümüş   ödəməli,   qadının   ata   evindən   gətirdiyi   cehizləri   də   geri
qaytarmalıdır.
7. Əgər  uçmuş  evdə  ev  sahibinin   oğlu  ölərsə,   ev  sahibi   həmin  evi  tikmiş  bənnanın
oğlunu öldürmək haqqına sahibdir.
8. Əgər   bir   adam   atasına   münasibətdə   miras   haqqından   məhrum   olmağa   səbəb   bir
günaha yol veribsə, hakimlər ilk dəfə onu bağışlaya bilər.Əgər eyni günah ikinci dəfə
təkrar olunarsa, həmin adam miras haqqından məhrum edilir.
9. Əgər   qul   hər   hansı   bir   nəfərin   üzünə   sillə   vurubsa,   qul   sahibi   onun   qulağını
kəsməlidir.
10.Əgər bir adamın evi yanarsa və o birisi o yanğını söndürməyə gəlib yardım edətkən
ev sahibinin əşyalarına tamah salıb hər hansı bir şey oğurlayarsa, həmin adam oda
atılıb yandırılmalıdır.
11.Əgər   şah   ordusunda   xidmət   edən   hərbçi   şahın   əmri   əsasında   gerçəkləşən   hərbi
yürüçdə iştirak etmirsə və  ya yürüşə  öz əvəzinə  muzdlu əsgər göndərirsə,  həmin
hərbçi öldürülməlidir, tutduğu muzdlu əsgər onun evini müsadirə edə bilər.
12.Əgər bir adam əkin üçün torpaq icarəyə götürüb orada heç bir şey əkib biçmirsə,
zəruri işi görmədiyi üçün həmin adam ifşa edilməli və torpaq sahibinə öz qonşuları
kimi çörək (məhsul) ödəməlidir.
13.Əgər bir adam başqasına dostluq əsasında gümüş (pul) veribsə, əldə edilmiş gəlir
Allah qarşısında bərabər çəkildə bölünməlidir.
14.Əgər bir adam başqasının azyaşlı uşağını oğurlayarsa,o öldürülməlidir.
15.Qarət və quldurluqla məşğul olan adam tutulursa, ölümə məhkum edilir.
Üzərində çar Hammurapinin qanunları həkk olunmuş sütun.
Hammurapidən   sonra   ölkə   tədricən   zəyifləməyə   başlamışdır.   Daha   sonra   daxili
çəkişmələr   və   xarici   qüvvələrlə   savaşlar   başlamışdır.   Cənubda   elamlılar   Şümer


şəhərlərini,   şimalda Mitanni dövləti   ticarət   yollarını   ələ   keçirərək,   Babilə   ağır
zərbələr endirmişdirlər. Eyni zamanda kassi tayfaları da ölkəyə basqınlar edirdilər.
Onların başçısı Qandaş 1742-ci ildə Babilə qarşı uğurlu yürüşlər təşkil edə bilmişdi.
Sonda hittilər e.ə. 1595 ildə Babilə qarşı yürüş edərək, şəhəri ələ keçirdilər, şəhərin
baş tanrısı Mərdukun heykəllərini özləri ilə apardılar. Bununla da qədim Babil tarixi
sona çatmışdır.
Orta tarix[ 
Bundan sonra Babili kassilər idarə edirdi. Lakin onlar zəngin Babil mədəniyyətinin
təsiri   altında   olmuş,   onun   mənəvi   dəyərlərini   mənimsəmiş,   tədricən   babillilərlə
qarışmışdırlar.   Kassi   çarı II   Aqum hittilərə   qarşı   yürüş   edib,   baş   tanrı   Mərdukun
heykəllərini geriyə qaytarmışdır.
Ancaq   kassi   hakimiyyəti   də   tədricən   zəyiflədi.   Babil   öncə   Misir,   sonra
isə Mitanni və Hitti çarlıqlarından asılı vəziyyətə düşdü. Sonra Assur dövləti gücləndi
və e.ə. XIII əsrdə Babili idarə edən kassi çarlarını məğlub etdi.
Eyni   zamanda   ölkəyə elamlılar da   basqınlar   edirdi.   Onlar   e.ə.   XII   əsrdə   Babil
dövlətinin çox hissəsini işğal edib, kassi çarlarının hakimiyyətinə son qoydular. Sonra
Babil   Elam   canişinləri   tərəfindən   idarə   olunurdu.   Ancaq   Babilin   bəzi   şəhərləri
elamlıların hakimiyyətini qəbul etməyib, elamlılara müqavimət göstərmişdilər. Elama
qarşı azadlıq hərəkatına Babilin qərbində yerləşən İsin şəhərinin başçıları rəhbərlik
edirdilər. Onlardan ən güclüsü çar I Nəbu-Kudurri-Usur (Nəbukadnəzar) (e.ə. 1125-
1103-cü illər) olmuşdur. O elamlılara qalib gələ bilmişdir. Bundan sonra baş şəhər
yenə də Babil olmuşdur.
Daha   sonra   e.ə.   XI-VIII   yüzilliklərdə   Babilə   və   bütün   Mesopotamiya   ərazisinə
Ərəbistandan   gəlmiş arami,   sonra   isə,   e.   ə.   VIII   əsrdə, kəldani tayfalarının   axını
prosesi baş vermişdi. Onlar da tədricən Babil mədəniyyətini mənimsəmişdirlər.
E.ə. IX əsrdən başlayaraq, Babilistana Assuriya qoşunu hücum etməyə başlamışdır.
Onlar   ölkənin   şimal   hissəsini   ələ   keçirmişdirlər.   E.ə.   744-cü   ildə   Assur   çarı III
Tiqratpalasar Babil   şəhərini   də   ala   bilmiş,   ancaq   Babilin   dövlətçiliyinə   tam   son
qoymamışdır. Bundan sonra ölkə Assuriyaya tabe olan kiçik çarlıq halında varlığını
davam etdirmişdir.
Assuriya çarı II Şarrumken (Sarqon) Babili hakimiyyəti altında saxlaya bilməmiş və
şəhər kəldani tayfa başçısı Mərduk-Apla-İddin tərəfindən istila edilmişdir. Orada o
özünü Babil çarı elan edərək, elamlılarla birlikdə assurlulara qarşı savaşa başladı. E.ə.
720-710-cu   illərdə   müttəfiqlər   üstünlük   əldə   edə   bilmişdirlər.   Ancaq   sonra,   II
Şarrumken Elam goşununa qalib gəlmiş, Mərduk-Apla-İddini isə Babildən qaçmağa
məcbur etmişdir. E.ə. 705-703-cü illər ərzində Mərduk-Apla-İddinа assurlulara qarşı
vuruşmuş, ancaq heç bir uğur əldə edə bilməmişdir.
E.ə. 692-ci ildə babillilər Assuriyaya qarşı üsyana qalxmış, Elam və arami tayfaları
ilə ittifaq bağlamışdırlar. Bir müddət tərəflər arasında qanlı döyüşlər getmişdir. Sonda
Assur çarı Sanheriv (Sinaherib) E.ə. 689-cu ildə Babili işğal edərək, onu darmadağın
etmiş,   əhalinin   əksəriyyətini   öldürmüş,   sağ   qalanların   bir   hissəsini   isə   kölə   edib
şəhərdən sürgün etmişdir.
Daha   sonra   hakimiyyətə   gələn   çar Esarhaddon Babili   bərpa   etmiş   və   sağ   qalan
babilliləri   yenidən   şəhərə   qaytarmışdır.   Yeni   Babil   çarı Şamaş-Şum-Ukin əvvəl
Assuriyaya tabe olmuşdur, lakin sonra e.ə. 652-ci ildə Misirlə, Elamla, aramilərlə,


ərəblərlə, kəldanilərlə və Suriya dövlətləri ilə ittifaqa girərək, yenə də Assura qarşı
savaşa   başlamışdır.   Ancaq   bu   dəfə   də   babillilər   məğlub   oldular.   E.ə.   648-ci   ildə
Assuriya qoşunu şəhəri ələ keçirib, əhalisinin çox hissəsini məhv etmişdir.
E.ə. 626-cı ildə Assura qarşı daha bir üsyan başlamışdır. Üsyançılara kəldani tayfa
başçısı Nəbu-Apla-Usur (Nəbopalassar) rəhbərlik etmişdir. O, Elamla ittifaqa girərək
Assuriyaya qarşı bir neçə uğurlu yürüş təşkil edə bilmişdir. E.ə. 626-cı ilin sonunda
babillilər onun hakimiyyətini qəbul etdilər. Şəhərə gələn Nabopalasar, özünü çar elan
edərək Yeni Babil dövlətini qurmuşdur. E.ə. 616-cı ildə babillilər Uruk şəhərini ələ
keşirmiş,   sonra   isə   Assur   şəhərini   mühasirəyə   almışdılar,   ancaq   onları   ələ   keçirə
bilməmişdilər.
E.ə. 614-cü ildə Assuriyaya qarşı daha bir güclü dövlət - Midiya - savaşa girmişdir.
Midiyalılar Assuriya şəhərini alıb onları əhalisi ilə birlikdə məhv etdilər. Bundan
sonra e.ə. 612-ci ilin bahar aylarında babillilər midiyalılarla ittifaqa girərək, onlarla o
dövrdə Assuriyanın baş şəhəri olan Nəynəvaya (Nineviyaya) qarşı hücuma keçərək
onu   mühasirəyə   aldılar.   Həmən   ilin   avqust   ayında   müttəfiqlər   Nəynəvanın
müdafiəsini yararaq, şəhəri ələ keçirib, onu əhalisi ilə birlikdə yer üzündən sildilər.
Assur qoşununun bir hissəsi Xərran şəhərinə qaçmış və orada müqaviməti davam
etdirmişdirlər. E.ə. 609-cu ildə Nabopalasar oraya irəliləyərək onları məğlub etmişdir.
Bu zaman Suriya və Fələstin üzərinə Misir qoşunu irəliləmişdir. Fironlar Assuriyanın
süqutundan   yararlanmaq   və   bu   əraziləri   Misirin   tərkibinə   qatmaq   fikrinə
düşmüşdülər.   Bunun   qarşısını   almaq   üçün   Nabopalasar   Fərat   çayının   sahilində
yerləşən Qarkəmiş şəhərinə hücum edərək, e.ə. 605-ci ildə orada yerləşmiş misirliləri
darmadağın etmiş, sonra isə Suriya və Fələstini ələ keçirərək, onları öz dəvlətinin
tərkibinə qatmışdır.
Babildə   çeşidli   elmlər   inkişaf   etmişdir.   Elmi   fəaliyyətlə   əsasən   kahinlər   məşğul
olurdu   və   onlara   dini   don   geydirilirdi.   Ən   inkişaf   etmiş   elmlərdən
biri riyaziyyatolmuşdur,  çünki  hesabat  kahinlərə astroloji  nəzəriyyələrin qurulması
işinə xidmət edirdi və məbədlərin nəzdindəki məktəblərdə tədris olunurdu. Ancaq
sonra   riyazi   hasablama   həyatın   başqa   sahələrində   (məsələn,   suvarma   kanallarınin
inşasında, əkin sahələrinin ölçülməsində və s.) də istifadə olunmağa başlamışdır.
Bəzi hallarda Babil riyaziyyatçılarının nailiyyətləri gələcəkdə yaranan yunan elminin
nailiyyətlərindən daha əhəmiyyətli olmuşdur. Məsələn babillilər, yunanlardan fərqli
olaraq, bu gün olduğu kimi, rəqəmlər nə qədər böyük olursa olsun, onların ifadə
edilməsində az simvollarından (və yə hərflərdən) istifadə ediblər
[8]
. Yəni ən böyük
rəqəmlərin yazılışı qısa olmuşdur; bu gün olduğu kimi hər şey eyni rəqəm işarəsinin
harada   qoyulmasından   asılı   olmuşdur   (Məsələn,   101   rəqəminin   yazılışında   1
rəqəminin   hansı   yerdə   qoyulmasından   asılı   olaraq   fərqli   məna   alınır.   Əvvəldə
qoyulanda yüzü, sonda isə biri ifadə edir). Bu da hesabat aparmaq üçün əlverişli və
rahat   olmuşdur.   Bu   cür   hesabat   sistemi   nə   yunanlarda,   nə   romalılarda   olmuşdur.
Romalıların rəqəmləri çox nəhəng və hesablamalar üçün əlverişsiz idi.
Ancaq çağdaş, əsası on rəqəmli olan, hesabat sistemindən fərqli olaraq, babillilərin
hesablamalarının   əsasında   altmış   rəqəmli   sistem   durmuşdur.   Bu   sistemdən   bəzi
hallarda   bu   gün   də   istifadə   olunur. Məsələn   bir   saat   60   dəqiqəyə,   dəqiqə   isə   60
saniyəyə   bölünür.   Bundan   başqa,   dairənin   də   360   dərəcədən   ibarət   olması   da
babillilərin ixtirası olmuşdur.


Babil   kahinləri   düzbucaqlı   üçbucaqların   xüsusiyyətlərindən   istifadə
edərək, planimetrik (həndəsənin səth   üzərindəki   fiqurlardan   bəhs   edən   elm)
məsələləri həll edirdilər . Beləliklə onlar Pifaqor teoremini yunanlardan bir neçə əsr
öncə   həll   etmişdirlər. Stereometriya (həndəsənin   səthlərin   və   cisimlərin   fəzada
qarşılıqlı   vəziyyətlərindən   bəhs   edən   bölməsidir)   sahəsində   isə   onlar   kəsik
piramidanın həcmini ölçə bilmişdirlər.
Bundan   başqa,   Babildə   həndəsə elmi   yaranmışdır.   Onlar   bu   qün
də riyaziyyatda işlənilən köklərdən də istifadə edirdilər.
Babildə təbabət və kimya elmləri də olmuşdur, ancaq onlar cadugərlik və magiya ilə
bağlı idilər. Orada insan orqanizminin orqanları araşdırılmış və vahid sistem şəklində
təsəvvür edilirdi. Buna görə də Babil təbibləri artıq cərrahiyyə əməliyyatları apara
bilirdilər.
Qədim   babillilərin coğrafiya elmi   haqqında   anlayışları   olmuşdur.   Britaniya
muzeyində   e.ə.   700-500-cü   illərə   aid   olan Babil   xəritəsi vardır
[9]
.   Xəritənin
mərkəzində Babil yerləşdirilmişdir. Burada Assuriyanın, Elamın və başqa yerlərin
adları da çəkilmişdir, Dəclə  və Fərat  çayları da  göstərilmişdir. Xəritənin mərkəzi
sahəsini dairəvi dəniz əhatə edir. Dəniz dairəsinin üstündə üçbucaqlar şəklində səkkiz
vilayət göstərilmişdir. Xəritənin üstündəki mətn çox yerlərdə pozulmuşdur və buna
görə tam anlaşılmır. Demək olar ki, orada real obyektlərdən başqa mifik varlıqların
da yaşayış yerləri göstərilmişdir. Buna görə də bəzi alimlər hesab edirlər ki, bu xəritə
qismən   mifoloji   xarakter   daşıyır.   Babilin   və   ümumiyyətlə
bütün Mesopotamiyanın elmi və texniki nailiyyətləri bütün dünyada elmin inkişafına
təkan vermişdir. Buraya elm almaq üçün başqa ölkələrin istedadlı insanları gəlirdilər.
Öz   vətənlərinə   dönəndən   sonra,   onlar   orada   öyrəndiyi   elmi   inkişaf   etdirirdilər.
Beləliklə biliklər bütün dünyaya yayılmağa başlamışdır. İlk yunan mütəfəkkirləri də
elmi öyrənmək üçün Babilə gəlirdilər. Ümumiyyətlə ilk yunan filosofları Kiçik Asiya
yarımadasının   polislərində   (müstəqil   şəhərlərində)   yaşamışdırlar.   Bu   polislər   isə
Yaxın Şərq ölkələri ilə fəal iqtisadi, ticari, mədəni əlaqələr qurmuşdurlar və onların
həyatının bütün sahələri ilə yaxından tanış idilər
[10]
. Fales, Pifaqor, Platon və başqa
yunan filosofları Yaxın Şərqə səyahətlər edib, buranın elmi ilə tanış olmuşdurlar.
Bundan sonra onlar Yunan polislərində elmi və fəlsəfi məktəblər açmışdırlar. Daha
sonra isə yunan elmi gələcəkdə inkişaf edən müsəlman və müasir Avropa elminin
inkişafına təkan vermişdir.
Bundan başqa, onlar xəstəlikləri sistemləşdirmiş və onları müalicə edən dərmanları
da qələmə almışdırlar.
Məlumdur   ki,   babillilər   heyvan,   bitki   və   daşları   qələmə   alaraq,   onları
sistemləşdirmişdirlər. Filologiya sahəsində də kahinlər uğurlar əldə etmişdirlər. Onlar
həm   sami,   həm   də   şumer   dillərindən   istifadə   edərək,   ilk   dəfə   onların   qrammatik
quruluşlarını tədqiq etmişdirlər.
Babildə   müəyyən   dərəcədə tarix elmi də   olmuşdur.   Təxminən   e.ə.   2100-cü   ildə
orada "Çarların siyahısı" adlı bir mətn yazılmışdır. Orada çarlığın göydən enməsi və
silsilə   şəklində   yerdə   davam   etməsi   haqqında   məlumat   verilir   və   çarların   adları
şəkilir. Göründüyü kimi tarixi məlumatlar da orada mistik xarakter daşıyırdı. Sonra
bu ənənə başqa yerlərdə də davam etdirilmişdir. Çarlıq müqəddəs təsəvvür edilirdi,
gələcəkdə isə onlar Tarının yerdəki nümayəndələri kimi tanınırdılar.


Babildə astrologiya
Mesopotamiyada  göy  cismlərinə  həsr  olunan  elmlər  çox  inkişaf  etmişdir.  Onların
hamısı mistika və dini inanclara bağlanırdılar. Orada bu sahədə olan bilgilər toplanıb,
sistemləşdirilirdi. Qədim astronomlar göy cismlərinin hərəkətlərini diqqətlə müşahidə
edib,  onların  qanunauyğunluqlarını  tapıb, göyün  quruluşunu  əks  etdirən  xəritələr
tərtib  edirdilər,  bunlarla  bağlı  terminlərin  təriflərini  verirdilər.  O  zaman  alimlər
əsasən  kahinlər  olmuşdurlar.  Buna  görə  də  onlar göy  cismləri  ilə  bağlı  olan  elmləri
dini  inanclar  müstəvisinə  keçirib,  onların  hər  bir  insanın  həyatına  və  dünya
hadisələrinə təsir etməsini iddia edirdilər.
Kahinlər  hesab  edirdilər  ki, yerdə  olan  hər  bir  şey,   əslində  göylərdə  baş  verən
hadisələrin əks olunmasıdır. Yəni əslində hər şey səmalarda baş verir, yerdə isə onun
yalnız  kölgəsi  əks  olunur.  Gələcəkdə  bu  fikir  yunan  filosofu Platonun ideyalar
aləminin olması nəzəriyyəsinin əsasını təşkil etmişdir. Buna görə də kahinlər "həqiqi"
dünyada  baş  verən  hadisələrinin  sirrlərini  bilmək  və  onların  yerdə əks  olunmasını
proqnozlaşdırmaq  istəyirdilər.  Məhz  bunun  nəticəsində "astrologiya"  adlanan  və  bu
gün  də  dəbdə  olan  mistik  elmin  əsası  qoyulmuşdur.  Astrologiyanın
falçılıq, cadu, ovsun və sehrlə də  sıx  əlaqəsi  olmuşdur.  Daha  sonra  bu  mistik
elmlər Misirə,Hindistana, İrana,  sonra  isə  onların  vasitəsi  ilə  bütün  dünyaya
yayılmışdır.
Quranda (2: 102) da sehrin və cadugərliyin Babildə yaranması haqqında deyilmişdir.
Orada deyilir ki, Harut və Marut adlı iki mələk insanları sehrə öyrəşdirmişdir.
Qədim Mesopotamiyada şumer dövründən başlayaraq, göy gismlərin tanrılaşdırılması
prosesi  başlamışdır.   İnsanlar  onlarla  öz  inanclarını  bağlayıb,  ulduz  və  planetlərin
onların  talelərinə  təsir  etməsinə  inanırdılar.   Şümer  dövründən  bizim  zamanəmizə
qədər  heç  bir  astroloji  mətn  çatmamışdır,  ancaq  onların  tanrıları  göylə
əlaqələndirilirdilər:  An  -  göy,  Nanna  -  ay,  Utu  -  günəş, İnanna  -  Venera  (Venus)
planetinin tanrıları olmuşdurlar. Onlara ibadət edilirdi və himnlər oxunurdu.
Bu  inanclar  astrologiyanın  yaranması   üçün  zəmin  yaratmışdır,  ancaq  planetlərin
hərəkətlərinin müşahidələri və bu sahədə biliklərin sistemləşdirilməsi prosesi Qədim
Babildə,  e.ə. 2000-1530-cu  illər  ərzində  başlamışdır.  Bu  gün  bizə  məlum  olan  ilk
astroloji mətn o dövrdə yazılmış və Fərat çayının yaxınlığında yerləşən Marişəhərinin
xarabalıqlarında  tapılmışdır.  Bu  gil  lövhəsində Asqudum adlı  münəccim  kahin,
çar Zimrilimə ayın tutulmasının müşahidə etməsini və bunun ona və onun vilayətinə
xeyrli olmasını bildirmişdir. Bu yazıdan məlum olur ki, o dövrdə kahinlər planetlərin
hərəkətlərini  izləmiş  və  bunun  əsasında  gələcək  hadisələri  proqnozlaşdırmağa  cəhd
etmişdirlər.  Orada  deyilir: “Rəbbim  ‘Zimrilim’ə:  Sənin  nökərin  olan  Asqudum  sənə
demək  istəyir  ki,  bu  ayın  14-cü  günü  ayın  tutulmasını  müşahidə  etmişdi.  Bu  şərin
əlamətidir, lakin sənin üçün və sənin ölkən üçün bu əlamət xeyrlidir...” 
[11]
Günəşin, ayın, Venus (Venera) planetinin hərəkətləri də izlənilirdi və bunun əsasında
gələcək hadisələr üçün xəbərlər verilirdi.
Bu cür mətnlər çar Aşşurbanipalın kitanxanasında tapılmışdır
[12]
. Onların adını şərti
olaraq "Enuma, Anu, Enlil" (mətnlər bu tanrıların adı ilə başlanır) qoymuşdurlar.
Qədim   Babil   münəccimləri   əsasən   ölkənin,   çarların,   havanın,   məhsulun   gələcək
aqibətlərinin   necə   olması   haqqında   xəbərlərin   verilməsi   ilə   məşğul   olmuşdurlar.
Onlar   hələ   hər   bir   şəxsiyyətin   taleyinə   və   gələcəyinə   dair   xəbərlərə   o   qədər   də


əhəmiyyət verməmişdirlər. Sözü gedən gil lövhəsinin bir fraqmentində deyilmişdir:
"“Şabatu   ayının   15-ci   qünü   Venus   (Venera)   qərbdə   gizləndi   və   göydə   üç   gün
görsənmədi. Şabatu ayının 18-ci günü isə o yenidən şərqdə görsəndi. Bu çarlar üçün
bədbəxtçilik gətirəcək”
[13]
.
Şumer   inanclarından   istifadə   edərək   kahinlər   bütün   göyü Enuma,   Anu   və
Enlil (babillilərdə İştar, Sin və Şamaş)   tanrılarının   sahələri   olan   üç   hissəyə
bölmüşdürlər
[14]
.   Bu   üçluk   və   ya   triada   müqəddəs   sayılırdı.   Beləliklə, üç   rəqəmi
sümer   və   babillilər   üçün   müqəddəs   sayılırdı.   Gələcəkdə   də   Üç   rəqəmi   çeşidli
mədəniyyətlərdə (Xristianlıqda olduğu kimi) müqəddəs olmuşdur. İslamda da bəzi
adətlərdə   Üç   rəqəminin   yeri   vardır.   Örnək   üçün ölən   adam   üşün   üç   gün   ərzində
matəm saxlamaq.
Daha   sonra   Babil   münəccimləri   heliaktik   doğuşları(planet   və   ulduzların,   günəşin
göyün o yerində yerləşməsi səbəbindən, müvəqqəti gözə görsənməmə müddətindən
sonra ilk səhər doğuşudur), günəşin, ayın doğması və batması proseslərini diqqətlə
müşahidə edib, bu barədə zəngin biliklərə malik olmuşdurlar. Astronomik ölçüləri və
hesabatları   düz   aparmaq   üçün   onlar   ilk   dəfə   olaraq astrolabium (astroniomiyada
XVIII əsrə qədər işlədilmiş bucaqları ölçən cihaz) cihazını yaratmışdırlar. Təxminən
e. ə. 700-650-ci illərdə Babildə ilk dəfə olaraq "Mul Apin" (Ulduz kotanı) adlanan
astronomik   dərslik  yazılmışdır.   Burada   ilk  dəfə  olaraq   Zodiak   bürcləri   anlayışına
doğru addımlar atılmışdır və 18 bürc qələmə alınmışdır. Və nəhayət e.ə. VII əsrdən
başlayaraq Babil   çarları   saray   münəccimi   vəzifəsini   təsis   edərək   öz   işlərini   ulduz
falına   baxdırandan   sonra   həyata   keçirirdilər.   Sonra   bu   adət   başqa   yerlərdə   də
yayılmışdır.
Yeni   Babil   dövründə   astrologiya   elmi   daha   da   inkişaf   etmişdir.   O   dövrdə
artıq qoroskoplar(konkret anda (məsələn uşağın doğumu anında) planet və ulduzların
düzülüşünü əks etdirən cədvəllərdir) tərtib edilməyə başlamışdır. Münəccimlər artıq
onların vasitəsi ilə insanların falına baxırdılar. Qoroskopların tərtibi bu gün də davam
etməkdədir. Ən qədim qoroskoplar Babildə e.ə. V əsrdə tətbiq edilmişdir.
Bununla bərabər Babildə riyaziyyat elmi də inkişaf edirdi, çünki qoroskopların tərtibi
zamanı hesablamalara ehtiyac duyulurdu. Babil qoroskoplarında hər doğulan uşağın
doğum   günü,   bundan   başqa   dünyaya   gələn   anda   ayın,   günəşin   və   planetlərin
düzülüşü, yeni çıxan ayın səmada qalması və günəşin doğmasından sonra bütöv ayın
səmada qalmasının müddətləri haqqında məlumatlar verilirdi. Bunların əsasında hər
bir insanın falına baxılırdı. Həmçinin o dövrdə ayın və günəşin tutulması hadisələri
izlənir, bu barədə tarixi məlumatlar astroloji gündəliklərə salınırdı, onlar öncədən
proqnozlaşdırılırdı.
"Mul Apin" lövhələrinin səkkizinci hissəsi "Aya doğru aparan yol" adlanır. Burada
Zodiakın (göy kürəsində  əsasən  heyvanları simvolizə  edən bürclər qurşağıdır. Bu
qurşaq   ekliptika   (günəşin   göy   səmasında   dairəvi   illik   yolu)   boyu   uzanır.   Enliliyi
ekliptika boyunca 8 dərəcədir) ilk dəfə olaraq, bu yolda bürclərin qurşağı olması iddia
edilir.   Bu   bürclər   tanrıların   rəmzləri   kimi   düşünulürdü.   Təxminən   1000-ci   ildə
babillilər   ay   yolunda   18   bürcün   olmasına   inanırdılar.   Aşağıda   onların   adları,
tərcüməsi   və   müasir   ekvivalentləri   verilmişdir:  Daha   sonra   Babildə   Zodiak
bürclərinin   sayı   18-dən   12-yə   azaldılmlşdır   və   bundan   sonra   bu   günə   qədər
astroloqlar onları bu sayda qəbul etmişdirlər. 12 rəqəmi də Babildə 3 və 7 rəqəmləri


kimi   müqəddəs   sayılırdı.   Bu   rəqəm   sonra   monoteistik   dinlərdə   də   müqəddəs
sayılmağa başlamışdır (İsanın 12 həvarisi, İslamda 12 imam və s.). Araşdırmaçılar
Babil   astrologiyasının   inkişafını   və   onunla   bağlı   sehrin,   cadunun   və   ovsunun
yayılmasını   babillilərin   göy   cismlərinin   tanrılaşdırılması   ilə   əlaqələndirirdilər.
Doğrudan  da,  onlar  planet  və  ulduzları  tanrılar  hesab  edib,  onlara  tapınmışdırlar.
Buna görə də onlara ulduzpərəst deyirdilər. Bəziləri isə hesab edirlər ki, babillilər
yalnız simvolik olaraq göy cismlərini tanrılarla əlaqələndirirdilər və o qədər də çox
onlara tapınmırdılar. Lakin bu tapınma nə qədər də simvolik olsa belə, babillilərin
əksəriyyətinin   bütpərəst   olmaları   və   astroloji   simvolların   tanrılarla   bağlı   olduğu
şübhəsizdir.   Bundan   əlavə   astrologiyanın   bütpərəst   dinlər   və   kultlarla   əlaqəsi
olduğunun ən güclü dəlili, münəccimlərin kahinlər zümrəsinin nümayəndələrindən
olmasıdır. Onlar astrologiyanı tanrıların iradəsi və istəklərini bilmək üçün yaradıb,
inkişaf etdirmişdilər, göy cismlərini isə simalaşdırıb, onlara tapınırdılar.
Quranda "Sabiilər" adlanan dini icmanın ardıcılları haqqında xəbər var. Təfsirçilərin
bir çoxu hasab edirdilər ki, onlar elə Babil dininin ardıcılları idilər.
            Babil mədəniyyəti və dini də, Mesopotamiyanın başqa bölgələrində olduğu
kimi, əsasən qədim Şumer və Akkad mirasından bəhrələnmiş və əksər hallarda onu
təkrarlamışdır. Ancaq babillilər bu mirası daha da inkişaf etdirmiş, başqa Yaxın Şərq
ölkələri və Misir mədəniyyətlərinin inkişafına təsir etmişdirlər. Beləliklə, babillilər
çeşidli elmlər və incəsənət sahəsində daha böyük uğurlar əldə edə bilmişdirlər.
Mesopotamiyanın   başqa   yerlərində   olduğu   kimi,   Babil   dini   çox   tanrılı   (politeist)
olmuşdur. Şümer-akkad tanrılarılarına Babildə də ibadət edirdilər, ancaq orada bu
inanclar   bir   qədər   mürəkkəbləşdirilmişdir.   Eyni   zamanda   Babil   əhalisi   öz   şəhər,
məhəlli, milli, tayfa və ailə tanrı və tanrıcalarına ibadət etmişdirlər. Şümerdə olduğu
kimi Babilin də baş tanrıları - ölən və dirilən təbiət və bitki tanrısı Təmmuz (Dumuzi)
və   onun   sevgilisi, Venera (Venus)   planetinin   rəmzi   olan,   tanrıca İştar (İnanna)
olmuşdurlar. Daha bir baş tanrı - şimşək və yağış tanrısı Adad (sümerlərdə İşkur)
olmuşdur.   Günəş   və   ay   tanrıları Şamaş və Sin də   tanınmış   tanrılar   olmuşdurlar.
Ümumiyyətlə, Babildə bir çox tanrılar planet və ulduzlarla əlaqələndirilirdi: savaş və
ölüm tanrısı Nərqal Marsla; müdriklik tanrısı Nəbu Merkuri ilə; uğurlu savaş tanrısı
Ninurta Saturnla, Babil tanrısı Mərduk Yupiterlə.
Yeddi tanrıya - "Şamaş"a, "Mərduk"a, "İştar"a, "Sin"ə, "Nərqal"a, "Ninurta"ya və
"Nəbu"ya özəl sayqı göstərilirdi. Məhz Babildə, bu tanrıların şərəfinə yeddi rəqəmi
planetlərlə əlaqələndirilib müqəddəs sayılırdı. Buna görə də babillilər həftəni yeddi
günə bölmüşdürlər. Sonra bu bölgü bütün dünyaya yayılmışdır. Qədim zamanlardan
XVIII əsrə qədər bəşəriyyətə yalnız 7 planet məlum olmuşdur.  Bunlar Günəş, Ay,
Merkuri, Venera, Mars,  Yupiter və Saturn olmuşdur. E.ə. I minilliyin ortalarında
yunanların   babillilərlə   mədəni   əlaqələri   aktivləşmişdir   və   bunun   nəticəsində
planetlərin   ilahələşdirilməsi   adəti   yunanlara   keçmişdir.   Onlar   da   öz   tanrılarını
babillilər kimi bu planetlərlə eyniləşdirmişdirlər.
Aşağıda yeddi tanrı, onların qədim simvolları və Babildə, Yunanıstanda, Romada
adları verilmişdir: Bəzi müasir Avropa dillərində, bu günə qədər, həftənin günləri,
qədim babillilərdə, sonra isə yunanlarda və romalılarda olduğu kimi, bu planetlərin
tanrılarının   adlarını   daşıyır:   Mesopotamiya   xalqlarının   inanclarına   görə,   tanrılar
dünyanı idarə edirdilər. Ancaq onlar da əbədi qanuna və ya qanunauyğunluğa tabe


olmuşdurlar. Yəni tanrılar dünya hadisələrinin təbii axarına müdaxilə edə bilmirdilər.
Bu qanunauyğunluq hər bir şeydən yüksək və müqəddəs hesab olunurdu.
Mesopotamiyanın müxtəlif yerlərdə tapılmış mətnlərin əsasında, kahinlərin ümumi
dünyagörüçünün   nədən   ibarət   olduğunu   təsəvvür   etmək   mümkündür.   Onlar   yeri
göyün   əksi   kimi   təsəvvür   edirdilər.   Kainat   isə   dünya   okeanında   üzür.   Göylər
müxtəlifdir: yüksək göy Anu tanrısına, orta göy isə Mərduk başda olmaqla igiqlərə
məxsusdur. İgiqlər isə, Şümer-Akkad panteonunun baş tanrıları olmuşdurlar. Hesab
olunurdu ki, onlar kainatın əsasını  təşkil edən ünsürlərin təcəssümüdür.  Onlardan
yeddisi ən yüksək tanrılar olmuşdurlar: Anu, Enlil, Ea, Sin, Şamaş, Mərduk, İştar.
Onları   insanlar   görmürlər.   Görünən   göy   ən   aşağılarda   yerləşir   və   onun   üzərində
ulduzlar   vardır.   Yerdə   olan   hər   bir   şey   göylərdə   olanların   əksidir.   Yəni   əslində
göylərdə olan şeylər həqiqidir, yerdəkilər isə yalnız onların obrazlarıdır. Buna görə
da, göyləri tədqiq edərək, yerdəki hadisələri anlamaq və proqnozlaşdırmaq olar. Babil
astrologiyası da bunun üçün yaranmış və inkişaf etmişdir. Göründüyü kimi bu cür
fikirlər  bir  neçə   əsr  sonra  yunan   filosofu Platon tərəfindən  ifadə  edilmişdir.  O  da
dünyanı ideal aləmin əks olunması kimi təsəvvür edirdi.
Babildə   çar   hakimiyyəti   müqəddəs   sayılmışdır.   Diri   və   ölmüş   çarlar
tanrılaşdırılmışdır və adi adamlar onları tanrı kimi qəbul etmək və onların "ilahi"
hakimiyyətlərinə   tabe   olmaq   məcburiyyətində   qalmışdırlar.   Başqa   tərəfdən   Babil
kahinləri müxtəlif tanrıların kultlarını tətbiq edərək, onların şərəfinə nəhəng məbədlər
(zikkuratlar) inşa edib, cəmiyyətdə dini dünyagörüşü mühitini təmin edərək, insanları
özlərinin   psixoloji   və   mənəvi   təsiri   altında   saxlamışdırlar.   Kahinlər   zümrəsi   çox
nüfuzlu və zəngin olmuşdur. Məbədlərdə külli miqdarda sərvət yığılmış, tanrıların və
tanrılaşdırılmış çarların şərəfinə qurbanlar kəsilirdi. Tanrılara nəzirlərin verilməsi və
qurbanların kəsilməsi hər bir adamın borcu olmuşdur.
Babildə, bütün Mesopotamiyada olduğu kimi, məbədlərin fəaliyyəti ən geniş ictimai
sahələri əhatə edirdi. Torpaq əraziləri, çeşidli iri və xırda buynuzlu heyvan növləri,
kölələr,   pul,   cavahirat,   daşınmaz   əmlak   və   s.   onların   mülkiyyətində   olmuşdur.
Kahinlər   uzaq   və   yaxın   ölkələrlə   karvan   və   dəniz   ticarəti;   çeşidli   maliyyə
əməliyyatları;   daşınmaz   əmlak   alverini   aparıb   və   mülkiyyətlərində   olan   evləri   və
bağları   icarəyə   verirdilər.   Bundan   başqa,   onlar   sələmçiliklə   də   məşğul   olurdular.
Məbədlərin   nəzrində   emalatxanalar   da   fəaliyyət   göstərirdilər.   Eyni   zamanda,
məbədlər   mədəniyyət   və   maarif   mərkəzləri   olmuşdurlar.   Orada   kitabxanalar   və
məktəblər fəaliyyət göstərirdi. Beləliklə bütün bunlardan əldə edilmiş böyük sərvətlər
kahinlərin həddən artıq zəngin və varlı sinfə çevrilməsinin əsasını təşkil etmişdir.
Səmalarda  olan  tanrılar,  tanrılaşdırılmış   çarlar  və  qəhramanlardan  başqa  qədim
babillilər  müxtəlif  ruhlara  inanırdılar.  Onların  çoxu  yerdə,  havada  və  suda  yaşayan
şər  ruhlar  olmuşdur.  Bu  şər  ruhlar  bədbəxtçiliyin  və  xəstəliklərin  təcəssümü  kimi
təsəvvür edilirdilər. Onlarla "mübarizə" aparmaq üçün kahinlər müxtəlif dualar tərtib
edib, əhali arasında yayırdılar. Şər qüvvələrdən biri Lamaştu adlandırılan aslan başlı
qadın olmuşdur
[15]
. Babillilərin inanclarına görə, o, yeraltı dünyadan yuxarı qalxaraq
bədbəxtçiliklər  gətirirdi. Şərdən  "qorunmanın"  başqa  yolu  gözmuncuqlarının  tətbiq
edilməsi olmuşdur. Eyni zamanda kahinlər xəstəliklərə qarşı da dualar tərtib edərək
insanların  onların  vasitəsi  ilə şəfa  tapa  bilməsini  iddia  edirdilər.  Bütün  bu  adətlər
müxtəlif xalqlar arasında bu günə qədər qalmaqdadır.


Babildə  falçılıq  çox  dəbdə  olmuşdur.  Bu  işlə   "baru"  adlanan  kahinlər  məşğul
olurdular. Onlar fala yuxu yozmaları, su üzərində olan yağ ləkələri, quşların uçuşu,
heyvanların hərəkəti əsasında baxırdılar.
Ən  çox  bütlər  şərəfinə  kəsilmiş  heyvanların  iç  orqanları,  xüsusən  qaraciyərləri,
üzərində fala baxılırdı. Gələcəkdə Babil falının bütün növrəri başqa xalqların arasında
da yayılmağa başlamışdır. Yunanlar bu fal növlərini mantika adlandıraraq, onlardan
geniş istifadə edirdilər. Bizim zamanəmizdə də bütün bu cür fal növləri və texnikaları
qalmaqdadır.
Babilin  simvolu,  himayəçisi  və ən  ulu  tanrısı Mərduk olmuşdur. Əslində  bu  Babil
tanrısının obrazı şümerlərin Enlil (və ya Bel) tanrısının obrazı ilə qarışdırılmışdır və
ona  çox  vaxt Bel-Mərduk deyilirdi.  Onun  haqqında "Enuma  Eliş" əsatirində  rəvayət
edilmişdir. Babil başqa regionları özünə tabe etdirmişdirsə, deməli, qədim babillilərin
fikrincə, onların baş tanrısı başqa xalqların və məntəqələrin tanrılarından daha güclü
olmuşdur.  Savaşlar  zamanı  məğlub  olan  tərəfinin  tənrıları  da  məğlub  edilmiş  hesab
edilirdi; onların məbədləri dağıdılıb, yandırılırdı; bütlərini isə, bəzən, qalib tərəf hərbi
qənimət  kimi  ələ  keçirirdi.  Barış  bağlanırdısa  bu  bütlər  müəyyən  şərtlərlə  məğlub
olunmuş  tərəfə  geriyə  qaytarıla  da  bilərdi.   Ümumiyyətlə  bu  cür  "məntiqi"  qədim
zamanlardan başlayaraq, bütün rəqabət aparan və savaşan tərəflər tətbiq etmişdir və
etməkdə davam edir. Qalib tərəf məğlub edilmişlərin kilsələrini, məscidlərini, mədəni
və mənəvi sərvətlərini məhv edərək, öz dəyərlərinin, dinlərinin daha güclü olmasını
nümayiş  etdirir.  Minilliklər  keçməsinə,  monoteist  dinlərin  bərqərar  olmasına
baxmayaraq, bu psixologiya günümüzdə də qalmaqda davam edir. Buna misal kimi
XX  əsrin  sonundaQarabağ, Bosniya, Kosovo və  başqa  münaqişələri  gətirmək  olar.
Qədim Babil möhüründə təsvir olunmuş baş tanrı Mərduk
Tarixin  müəyyən  dövrlərində  bəzi  çarlar  və  kahinlər  çoxtanrılıqdan  qurtarıb,  bir
tanrıya  tapınmağa  üstünlük  vermişdirlər.  Bunun  səbəbi  ilk  növbədə  siyasətlə  bağlı
olmuşdur.  Məsələ  burasındadır  ki,  dini  dünyagörüşünün  hakim  ideya  olduğu
zamanlar,  bəzi  hallarda, çoxtanrılı  panteonlar  ölkələnin  birliyinə  mane  olub,  xalqın
arasında vahid ideologiyanın yaranmasına imkan vermirdi. Bütün bunlar ölkərərin və
hökmdarların  bir  qədər  zəifləməsi  zamanı  daha  da  çox  duyulurdu.  Buna  görə  bəzi
hallarda problemi həll etmək üçün mövcud olan tanrılardan birini seçib, ona daha da
çox  tapınmaga  üstünlük  verilirdi.  Bu  halda  başqa  tanrıların  olması  inkar  edilmirdi.
Lakin  onlardan  birinə  tapınmanın  daha  əlverişli  olması  təbliğ  edilirdi.  Buna  elmi
dildə monolatriya deyilir.
Babildə də müəyyən dövrlərdə monolatriyanın tətbiq edilməsinə cəhdlər olunmuşdur.
Şəhərin  baş  tanrısı  Mərduk  tapınmağa  layiq  yeganə  tanrı  elan  edilirdi.  Başqa
tanrıların  mövcud  olması  isə,  Mərdukun  başqa  təzəhürləri  və  ifadə  olunması  kimi
izah edilirdi. Yəni, məsələn, hansısa tayfa və ya ailə tanrılarının mövcudluğu əslində
Mərdukun  başqa  adla,  forma  ilə,  rəvayətlə  ifadə  edilməsi  kimi  izah  edilirdi.  Bu
təzahürlərə tapınmaqdansa, Mərdukun özünə tapınmaq daha məqsədəuyğun və xeyrli
hesab olunurdu.
Bəzən  isə,  hansısa  baş  tanrının  kahinləri  o  qədər  çox  nüfuza  malik  olmuşdurlar  ki,
artıq çarların işlərinə qarışıb, onları hətta devirə də bilərdilər. Bu halda çarlar onlarla
hesablaşmaq məcburiyyətində qalırdılar. Bu cür hallar dünyəvi və dini hakimiyyətin
bir-biri ilə çarpışmasına gətirib çıxarırdı. Gələcəkdə də bu problem papaz-kral, xəlifə-


sultan  (imam-sultan)  münasibətləri  kimi  təzahür  olurdu  və  bu  gün  də  olmaqdadır.
Dini  xadimlər  cəmiyyətdə  mənəviyyat  problemlərini  əsas  gətirərək  öz  nüfuzlarını,
iqtisadi  və  siyasi  rollarını  artırmağa  cəhd  edirlər.  Dünyəvi  hakimiyyət,  iş  adamları,
iqtisadi, siyasi və ticarət elitaları isə bunun qarşısının alınmasında maraqlı olurlar.
Babildə çarlar  və  ticarət  elitaları,  bu  gün  olduğu  kimi,  dini  zümrələrin  həddən  çox
artmış  nüfuzuna  qarşı   çarpışaraq  müxtəlif  vasitələrdən  istifadə  edirdilər.  Bu
vasitələrdən  biri  bir  monolatriyanı  başqası  ilə   əvəz  edilməsi  olmuşdur.  Belə  ki,
kahinlərə qarşı çarpışmış Babilin sonuncu çarı Nabonidus dini islahatçılıq siyasətini
aparmış və ənənəvi Mərduk kultunu ay tanrısı Sinin kultu ilə əvəz etməyə çalışmışdır.
Lakin  bu  islahat  uğursuz  başa  çatmışdır.  Babil  kahinləri  Nabonidusun  siyasətinə
etiraz  edərək  ona  qarşı  güclü  müxalifət  yarada  bilmişdirlər.  Onlar  Babul  dövlətini
zəiflətmiş, onun İran imperiyası tərəfindən istila edilməsi üçün zəmin yaratmışdır və
hətta bu barədə iranlılarla gizli danışıqlar aparmışdırlar. Əvəzində İran şahları onlara
Mərduk  kultunun  qorunması  və  onların  nüfuzlarının  saxlanılmasını  vəd  etmişdirlər.
Beləliklə  Nabonidusun  dini  islahat  cəhdi  uğursuzluqla  nəticələnmiş  və  sonda  Babil
imperiyasının mövcudluğuna son qoyulmuşdur.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin