Qədim Şərqdə fəlsəfənin meydana gəlməsi


XX əsrin əsas fəlsəfi cərəyanları



Yüklə 37,35 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü37,35 Kb.
#40636
1   2   3   4   5
Fəlsəfə

XX əsrin əsas fəlsəfi cərəyanları

XX əsr fəlsəfi fikrinin inkişafında başlıca fərqli cəhət rəylərin plüralizminin, çoxsaylı fəlsəfi məktəb və cərəyanların mövcudluğudur. Təbiətşünaslığın nailiyyətlərindən, ilk növbədə fizika, kimya və biologiyanın uğurlarından fəlsəfi konsepsiyaların yaradılmasında fəal surətdə istifadə olunur. Fəlsəfə varlıq haqqındakı mövcud olan təsəvvürləri daha da dərinləşdirərək, materiyanın mürəkkəb quruluşuna daxil olur, insanın mövcudluğunu daha aydın dərk etməyə çalışır, elmi təhlil və sosial praktikanın nəticələrini birləşdirmək yolu ilə ictimai inkişaf problemlərini həll etməyə çalışır.

Səciyyəvi cəhət odur ki, elmin müvəffəqiyyətlərinə baxmayaraq fəlsəfə dini mövzuların şərhindən kənarda qala bilmir. Birinci halda din fəlsəfi təhlilin obyekti rolunda çıxış edir. Digər halda isə, filosofluğun əsasını, özü­lünü təşkil edir. Elmin və ictimai praktikanın təsirindən azad, «tə­miz (saf) fəlsəfə» yaratmaq cəhətləri növbəti dəfə uğursuzluğa dü­çar olur. Eyni zamanda elm tərəfindən fəlsəfəni ənənəvi problema­ti­ka­dan məhrum etmək cəhdi də bu cür uğursuzluğa məruz qalır. Ona görə də dövrün bu və ya digər fəlsəfi cərəyanına qiymət verərək kon­kret sosial-siyasi, iqtisadi şəraiti nəzərə almaq olduqca vacibdir.

Qeyd etmək lazımdır ki, XX əsr həyatın bütün sahələrində böhranlar əsridir. Müəyyən ictimai quruluşun əsaslarını dəyişdirən sosial çevrilişlər həyatın ayrılmaz əlamətinə çevrilir. cəmiyyətin düşdüyü iqtisadi böhranlar çox vaxt öz həllini açıq antihumanizm formalarında tapır. Onların içərisində ən dəhşətlisi– bütün xalqları ümumdünya faciəsi ruhunu hiss etməyə məcbur edən dünya müha­ribələri olmuşdur. Adama elə gəlir ki, militarizmin dəhşətli təc­rübə­sini dərk etdikdən sonra insanlar sosial konfliktləri müha­ribələrdən istifadə etmədən həll edəcəkdir. Lakin hazırda lokal mü­ha­ribələr kütləvi xarakterli hadisələrdir və bəşəriyyəti yeni bir ümumdünya yan­ğınına sürükləyə biləcək bir amildir. Bundan əlavə, yer kürə­sin­də ekoloji təhlükə təsəvvüredilməz sürətlə irəliləyir. Elmi– texniki in­qilabi nailiyyətlər bəzən xeyirdən çox şəri doğuran mənbəyə çevrilir. Adamların həyat şəraitinin pisləşməsi, təbiətin öz təbii xassələrini getdikcə daha çox itirməsi, maddi ehtiyatların tükənməsi hər bir insanın həyatında özünün təsirini göstərir. Nəticədə insanların sağ­lamlığı təhlükə altına düşür, psixi vəziyyəti (indiki, həm də gələcək nəsillərin) pisləşir.

XX əsr fəlsəfəsində spesifik cəhətlərdən biri də fəlsəfi məktəb və cərə­yanların əksəriyyətinin marksizmə əks mövqedən çıxış etməsidir. Bunu onunla izah etmək olar ki, uzun illər marksizm (sonralar isə marksizm– leninizm) praktikada kommunizm ideallarını reallaş­dır­mağa çalışan cəmiyyətin siyasət və ideologiyasının məhək daşı ol­muşdur. Marksizmin fəlsəfi prinsip­lərinin– xüsusilə dialektik və ta­rixi materializm prinsiplərinin–düzgün olmadığını sübut etməyə cəhd edən bir çox fəlsəfi cərəyanlar onun sübut və arqumentsiz tənqidinə üstünlük verirlər. Uzun illər fəlsəfənin inkişafı ancaq ideo­loji qarşıdurma sahəsində də özünü göstərirdi. Həqiqi fəlsəfi prob­lemləri həll etmək əvəzinə tərəflər bir– birinin fəlsəfi konsepsiya­la­rın­da zəif yerlər və səhvlər axtarmaqla məşğul olurdular. Lakin bu za­man həqiqi fəlsəfi konsepsiyalar yaradılmasına meyl də güclə­nirdi.
Ümumiyyətlə, XX əsr fəlsəfəsi müxtəlif istiqamətlər üzrə inkişaf etmişdir. Buraya dini fəlsəfənin çoxsaylı formaları, həmçinin pozitivizmin ən yeni növləri də daxildir.

XIX əsrdə və XX əsrin əvvəllərində elmin rolunun artması fəlsəfəyə də öz təsirini göstərmişdir. Hətta sayentizm (latınca: bilik, elm sözündədir) istiqaməti də meydana gəlmişdi ki, burada da fəlsəfənin konkret elmə meyilli olan müəyyən təfəkkür tipinə arxalanması irəli sürülürdü.

Antropo­lo­qizm çərçivəsində fəlsəfi anropologiya, həyat fəlsəfəsi, ekzisten­sia­lizm, personalizm və s. cərəyanlar formalaşmışdır. onların fərqli xü­susiyyətləri təkcə əqlə münasibətdə deyil, sırf fəlsəfi məzmunun for­malaşması mexanizmində xristianlıq ilə doğma cəhətlərə malik ol­masındadır. Bu istiqamətin tərəfdarlarını təbii elmi təfəkkürün və onun normalarının ümumiliyinin qəbul edilmə­məsi birləşdirir. Bu cərəyanların arasındakı sərhədlər demək olar ki, yoxdur.


  1. Yüklə 37,35 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin