PLATON VƏ ARİSTOTELİN SİYASİ İDEYALARI
Platon obyektiv idealizmin banisi sayılır. Onun görüşləri Sokratın təsiri altında təşəkkül tapmışdır. Platon e.ə.399-cu ildə Sokratın cəalandırılmasından sonra Afinanı tərk edir, Misirə və Cənubi İtaliyaya səfərə çıxır. Qayıtdıqdan sonra Afinada Akademiya adlanan fəlsəfi məktəb yaradır. Onun fəlsəfəsinin ruhunu ideyalar nəzəriyyəsi təşkil edir. O ideyalar aləmini, hissləri əşyalar və hadisələr aləminə qarşı qoyurdu. Onun obyektiv idealizmi din və mistika ilə qovuşurdu. O, antidemokratik dövlət formasının ideoloqu kimi çıxış edirdi. Dövlət və Qanunlar əsərində o, ilahi mənşəyə malik olan ideal dövlət quruluşu haqqında təlim işləyib hazırlayır. O, aristokratik respublikaya üstünlük verirdi. Ideal dövləti yüksək düşüncə sahibləri idarə etməlidir. O, ictimai bərabərsizlik tərəfdarı kimi çıxış edirdi. O, cəmiyyətdə əmək bölgüsünün mövcudluğunu, bunun cəmiyyət üçün əhəmiyyətini açlb göstərirdi. O, cəmiyyəti 3 sinfə bölürdü. 1. Dövləti idarə edənlər; 2. Ali hərbçilər; 3. Sənətkarlar və əkinçilər. Onun fikrincə şəxssiyətin cəmiyyətdən asılılığı məhz əmək bölgüsü ilə şərtlənir. O, Sparta aristokratiyasını ideal dövlət quruluşu sayırdı. Aristokratiyanın xüsusi forması olan timokratiyaya (yunan dilində time şərəf deməkdir) üstünlük verirdi. O, tiraniyanı dövlət quruluşunun ən pis forması hesab edirdi. O, cəmiyyətin qüsurlu formasından xilas olmasının yolunu idarə edənlərin yaşı və müdrikliyi ilə əlaqələndirirdi. Platonun Qanunlar dialoqu Dövlət dialoqundan aşağıdakı xüsusiyyətlərinə görə fərqlənirdi: 1. Platon filosofların və hərbçilərin kollektiv mülkiyyətindən imtina edərək vətəndaşların mülkiyyətindən istifadə etməsinə dair vahid qaydaların qərarlaşmasını lazım bilir. 2. Vətəndaşların təbəqələrə bölünməsi əmlak senzi dərəcələri ilə əvəz olunur. Vətəndaşların siyasi hüququ mülkiyyətin həcmi ilə müəyyənləşdirilir. 3.Əkinçilərin istehsal tələbatının qul əməyi hesabına təmin olunmasını nəzərdə tutur. O, Dövlət əsərində ideal dövlət iqtisadiyyatı üçün qullara yer tapa bilmirdi. 4. O, Qanun əsərində dövlət hakimiyyəti təşkilatının və ən yaxşı quruluşun qanunlarını geniş şərh edir.
Əyanların ideologiyasını müdafiə edən Aristotel Akademiyada təhsil almış, M.İsgəndərin tərbiyəçisi vəizfəsini icra etmişdir. Siyasət, Nikomaxın etikası və Afina siyasəti əsərinin müəllifidir. O, hesab edirdi ki, Platonun ideyalar aləmi fikri dünyanı ikiləşdirməyə, mahiyyəti hadisədən təcrid etməyə gətirib çıxarır. Aristotelə gör hər bir əşya materiya və formadan ibarətdir. O, dövlət, xüsusi mülkiyyət, köləlik və digər sosial hadisələri təbiət sayəsində mövcud olan hal kimi nəzərdən keçirirdi. Onun fikrincə dövlət adamların ünsiyyətə təbiətən meyl etməsi nəticəsində yaranmışdır. K.Marks Aristoteli qədim yunan fəlsəfəsinin M.İsgəndəri adlandırırdı. Onun fikrincə cəmiyyətdəki qeyri-bərabərlik cəmiyyətə daxilən xas olan hadisədir. qeyri-bərabərliyi şərtləndirən başlıca səbəb quldarlığın meydana gəlməsidir. Birinin hakimiyyətdə digərinin itaətdə olması quldarlığın təbiətindən irəli gəlirdi. Aristotelin siyasi təlimində qanunların 2 başlıca kateqoriyadan ibarət olması qeyd olunur. O, ümumi təbii qanunları və hər bir xalq tərəfindən yaradılan xüsusi qanunları fəqləndirirdi. Ümumi qanunlar xüsusi qanunlardan yüksəkdə durur. O, oliqarxiya ilə demokratiyanın əlaqələndirilməsindən ibarət olan politiyaya rəğbət bəsləyirdi. Politiyada hakimiyyətin sosial dayağını torpaq mülkiyyəti təşkil edir. Onun konsepsiyası imtiyazlı dairələrin və torpaq sahibləri olan aristokratiyanın hakimiyyətinə haqq qazandırırdı. O, hüququ siyasi ədalətlə eyniləşdirir, dövlətlə əlaqəsini qeyd edirdi. Onun fikrincə hüquq siyasi ünsiyyətdən kənarda mövcud deyildir. O, xalq yığıncaqlarının və idarə edənlərin qərarlarını qanuni saymırdı. Qanun hamının üzərində hökmranlıq etməlidir. Quldarlıq demokratiyasına qarşı istiqamətlənən aristotelin konsepsiyası qanunların əhəmiyyətini azaldır və bunların adətlərə əsaslanan qanunlara tabe edilməsini lazım bilirdi. Onun fikrincə adətlərə əsaslanan qanunlar böyük əhəmiyyətə malikdir. O, Platonla yanaşı həddən artıq ləyaqətə sahib olan aristokratiyaya qanunlar lazım deyildir deməsi heç də təsadüfü deyildir.
Dostları ilə paylaş: |