SURƏTI
QƏRAR
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
02 noyabr 2016-cı il İş № 1(106)-497/2016 Şirvan şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Camalov Etibar Əli oğlu
(sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Əhmədov İsmayıl Həmid
oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının, dövlət
ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə
İdarənin, Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi
şöbəsinin prokurorları İsmayılov Samir Sabir oğlu və Sadıqov Siyavuş Köçəri oğlunun,
zərərçəkmiş şəxslər İbrahimova Kifayət Qara qızı, Orucova Könül Zakir qızı və Əliyev Sakit
Qəni oğlunun, məhkum edilmiş şəxs Mirzəyev Mürşüd Məhəmmədəli oğlu və müdafiəçisi
Mirzəyev Ruslan Soltanağa oğlunun iştirakı ilə, Mirzəyev Mürşüd Məhəmmədəli oğlunun
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum
olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-168/2016 №-li, 17 iyun 2016-
cı il tarixli hökmündən məhkum edilmiş şəxs Mürşüd Mirzəyev və müdafiəçisi Atakişiyev Faiq
Mehrəli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında
baxaraq,
MÜƏYYƏN
ETDI:
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-168/2016 №-li 17 iyun 2016-cı il tarixli
hökmü ilə,( hakimlər: Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və
Cəfərov Rafiq Musa oğlu)
03 iyun 1972-ci ildə İmişli rayonu Ağcüyür kəndində anadan olmuş, Azərbaycan
Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işsiz, məhkumluğu olmayan, İmişli rayonu,
Ağcüyür kəndində qeydiyyatda olan və yaşayan, iş üzrə 01 iyul 2015-ci il tarixdən
həbsdə saxlanılan
Mirzəyev Mürşüd Məhəmmədəli oğlunun CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə
nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona 6 (altı) il müddətə azadlıqdan
məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,
cəzaçəkmə müddətinin başlanğıcının 01 iyul 2015-ci il tarixdən hesablanması, hökm qanuni
qüvvəyə minənədək Mirzəyev Mürşüd Məhəmmədəli oğlunun barəsində seçilmiş həbs qətimkan
tədbirinin dəyişdirilmədən saxlanılması, zərər çəkmiş şəxslər Orucova Könül Zakir qızının 1200
manat, Əliyev Sakit Qəni oğlunun 5100 manat, Abasov Nemət Usubəli oğlunun 1800 manat,
İbrəhimova Kifayət Qara qızının 6136 manat, Eyyubzadə Tahir Salam oğlunun 951 manat,
Xəlilov Seymur Həsrət oğlunun 950 manat, Zeynalov İkram Süleyman oğlunun 1530 manat,
Əliyev Səməd Əzizağa oğlunun 3750 manat maddi zərəri təqsirləndirilən şəxs Mirzəyev Mürşüd
Məhəmmədəli oğlundan mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqlarının izah
olunması hökm edilmişdir.
İŞİN
HALLARI:
Məhkəmənin hökmü ilə Mirzəyev Mürşüd Məhəmmədəli oğlu CM-nin 178.2.2 və 178.2.4-
cü maddələri ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Orucova Könül Zakir qızına
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləyən tanışları vasitəsi ilə İmişli
rayonu Yalavac kəndində yaşayış evi tikdirəcəyini əvvəlcədən vəd verib, etibarından sui-istifadə
edərək aldadıb, vahid niyyətlə əhatə olunan qəsdlə Könül Orucovadan 2011-ci ilin yanvar ayının
ortalarında İmişli şəhəri H.Əliyev prospektində yerləşən «Nuray» şadlıq evində 1000 manat,
2011-ci ilin yanvar ayının sonunda isə İmişli rayonu, Yalavac kəndində K.Orucovadan yaşadığı
evin həyətində 1000 manat, cəmi 2000 manat pul alıb, vədinə əməl etməyərək, əmlakını ələ
2
keçirib dələduzluq etmişdir.
Bundan sonra o, təkrarən Əliyev Sakit Qəni oğluna nümayəndəsi olduğu üçün köməklik
göstərib, Məmmədzadə Elvin Fəxrəddin oğlundan 5800 manat pulunun alınıb qaytarılmasında
köməklik göstərəcəyini vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə vahid niyyətlə əhatə
olunan qəsdlə Sakit Əliyevdən 2012-ci ilin iyun ayında İmişli şəhər H.Aslanov küçəsində 1500
manat, bundan 3 gün sonra 2012-ci ilin iyun ayında İmişli şəhəri H.Əliyev prospektində
Azərbaycan Beynəlxalq Bankın İmişli filalının yanında 200 manat, 5-6 gündən sonra 2012-ci ilin
iyun ayında İmişli rayonu Məzrəli kəndində 500 manat, 2012-ci ilin avqust ayında İmişli şəhər
T.İsmayılov küçəsində 600 manat, 2012-ci noyabr ayında İmişli şəhər H.Əliyev prospektində
M.Ə.Sabir adına parkda 500 manat, 2013-ci aprel-may aylarında dəqiq tarixi bilmədiyi gündə
İmişli rayon Çahar kəndi ərazisində 800 manat, 2013-cü ilin noyabr-dekabr ayında dəqiq tarixi
bilmədiyi vaxtda İmişli şəhər H.Əliyev prospektində İmişli Mədəniyyət Sarayının qarşısında 600
manat, 2014-ci ilin aprel ayında Saatlı rayonun ərazisindən keçən “Mil-Muğan” kollektorunun
üstündə körpünün yanında 400 manat olmaqla, cəmi 5100 manat pul alıb, vədinə əməl etməyərək
zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq
etmişdir.
Bundan sonra o, təkrarən Abasov Nemət Usubəli oğluna Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyində işləyən tanışları vasitəsi ilə İmişli şəhəri N.Nərimanov küçəsində
yaşayış evi tikdirəcəyini əvvəlcədən vəd verib, etibarından sui-istifadə edərək aldadıb, Nemət
Abasovdan 2012-ci ilin avqust ayının sonunda İmişli şəhəri, H.Aslanov küçəsində «Elçin» şadlıq
sarayının yanında 1800 manat pulunu alıb, vədinə əməl etməyərək, əmlakını ələ keçirib
dələduzluq etmişdir.
Bundan sonra o, təkrarən Seyfullayev Zahid Əziz oğluna Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiə Nazirliyinin tibbi sosial ekspert komisiyyasında işləyən tanışlarının
vasitəsi ilə əlillik dərəcəsi verilməsinə köməklik göstərəcəyini vəd edib, aldadaraq etibarından
sui-istifadə etməklə, 02 oktyabr 2012-ci ildə İmişli şəhəri H.Əliyev prospektində mədəniyyət
evinin qarşısında Z.Ə.Seyfullayevdən 1250 manat pul alıb, vədinə əməl etməyərək, özgənin
əmlakını ələ keçirib dələduzluq etmişdir.
Bundan sonra o, təkrarən Əzizov Vahid Mirzalı oğluna Azərbaycan Respublikası Təhsil
Nazirliyində işləyən tanışları vasitəsi ilə sonuncunun qızı Gülnar Əzizovanı Mingəçevir tibb
texnikomuna qəbul elətdirəcəyini vəd edib, aldadaraq etibarından sui-istifadə etməklə Vahid
Əzizovdan 2014-cü ilin may ayının axırlarında İmişli şəhəri, H.Əliyev prospektində, İmişli
mədəniyyət sarayının qarşısında 6500 manat pul alıb, vədinə əməl etməyərək zərər çəkmiş şəxsə
xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir.
Bundan sonra o, təkrarən İbrəhimova Kifayət Qara qızına özünü vəkil kimi təqdim edib
sonuncunun qardaşı, Azərbaycan Respublikası CM-nin 126.1-cı maddəsi ilə təqsirləndirilən
İbrəhimov Səfər Qara oğlu barəsində cinayət işinə Lənkəran Ağır Cinayətlər məhkəməsində
baxılarkən onu müdafiə edib azadlığa buraxdıracağını əvvəlcədən vəd verib aldadaraq
etibarından sui-istifadə etməklə, 16 sentyabr 2014-cü il tarixdə Kifayət İbrəhimovanın yaşadığı
İmişli şəhəri H.Əliyev prospekti 222 nömrəli evin 9 nömrəli mənzilinə gələrək sonuncunun
bacısı İbrəhimova Əzizbəyim Qara qızından 300 ABŞ dollar, yəni milli valyuta ilə 236 manat,
17 sentyabr 2014-cü ildə Kifayət İbrəhimovadan yaşadığı evdə 2500 manat, 22 sentyabr 2014-cü
il tarixdə yenə həmin ünvanda K.İbrəhimovadan 500 manat, 29 sentyabr 2014-cü il tarixdə
yenidən həmin ünvanda 1500 manat, 17 noyabr 2014-cü il tarixdə yenə həmin ünvanda K.
İbrəhimovadan 2000 manat məbləğində, sonuncunun qardaşı İbrəhimov Əbilfəz Qara oğluna da
vahid niyyətlə, yəni qardaşı İbrəhimov Səfər Qara oğlunun barəsində cinayət işinə Lənkəran
Ağır Cinayətlər məhkəməsində baxılarkən onu müdafiə edib azadlığa buraxdıracağını
əvvəlcədən vəd verib aldadaraq etibarından sui-istifadə etməklə, həmin vaxt Ə.İbrəhimovun
Rusiya Federasiyasının Kazan şəhərindən bank vasitəsi ilə ona göndərmiş olduğu 25 000 rus
rublun, yəni milli valyuta ilə 475 manat pulu 03 oktyabr 2014-ci il tarixdə “Zaminbank” ASC-
nin Cəlilabad rayon filalından, bundan sonra Ə.İbrəhimovun ona bank vasitəsi ilə göndərmiş
olduğu 15 000 rus rublun, yəni milli valyuta ilə 240 manat pulu 22 oktyabr 2014-cü il tarixdə
“Zaminbank” ASC-nin İmişli rayon filalından, bundan sonra Ə.İbrəhimovun bank vasitəsi ilə
ona göndərmiş olduğu 21 000 rus rublun, yəni milli valyuta ilə 435 manat pulu 15 noyabr 2014-
cü il tarixdə “Zaminbank” ASC-nin İmişli rayon filalından almaqla, ümumilikdə vahid niyyətlə
əhatə olunan qəsdlə hər iki şəxsdən 7886 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib,
3
zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
Bundan sonra, o təkrarən Eyyubov Xəyal Tahir oğlunu Azərbaycan Respublikası Silahlı
qüvvələrində işləyən tanışları vasitəsi ilə İmişli şəhərində yerləşən hərbi hissəyə müddətdən artıq
hərbi qulluqçu vəzifəsinə işə düzəldəcəyin vəd edib etibarından sui-istifadə etməklə aldadaraq
vahid niyyətlə əhatə olunan qəsdlə Xəyal Eyyubovdan və atası Tahir Eyyubovdan 02 dekabr
2014-cü il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində 500 manat, bundan sonra 09 dekabr
2014-cü il tarixdə İmişli rayon Cavadxanlı kəndində 200 manat, bundan sonra 2015-ci ilin
yanvar ayının əvvəllərində İmişli rayon Cavadxanlı kəndində 156 manat, bundan sonra 2015-ci
ilin yanvar ayının sonunda İmişli rayon Cavadxanlı kəndində 45 manat, 2015-ci ilin aprel ayında
isə İmişli rayon Cavadxanlı kəndində 50 manat olmaqla, cəmi 951 manat pulu alıb, vədinə əməl
etməyərək, özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir.
Bundan sonra, o, təkrarən Xəlilov Seymur Həsrət oğlunu Azərbaycan Respublikası Silahlı
qüvvələrində işləyən tanışları vasitəsi ilə İmişli şəhərində yerləşən hərbi hissəyə müddətdən artıq
hərbi qulluqçu vəzifəsinə işə düzəldəcəyin əvvəlcədən vəd edib aldadaraq etibarından sui-
istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə Seymur Xəlilovdan 2015-ci il yanvar ayında
əvvəlcə İmişli şəhəri Gənclər Mərkəzinin yanında 700 manat, bundan sonra 2015-ci ilin fevral
ayında İmişli rayon Cavadxanlı kəndində 45 manat, bundan sonra 2015-ci ilin mart ayında İmişli
rayon Cavadxanlı kəndində 156 manat, bundan sonra 2015-ci ilin mart ayında isə İmişli rayon
Cavadxanlı kəndində 40 manat olmaqla, cəmi 941 manat pulu alıb, vədinə əməl etməyərək,
özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir.
Bundan sonra o, təkrarən Zeynalov İkram Süleyman oğlunu İmişli Meliorasiya İdarəsində
işə düzəldəcəyini vəd verib aldadaraq etibarından sui-istifadə etməklə vahid niyyətlə əhatə
olunan qəsdlə 2015-ci ilin mart ayının əvvəllərində İ.S.Zeynalovdan İmişli şəhəri, H.Əliyev
prospektində, Mədəniyyət evinin qarşısında 1000 manat, bundan bir neçə gün sonra 2015-ci ilin
mart ayında İmişli şəhəri, H.Əliyev prospektində, Mədəniyyət evinin qarşısında 200 manat,
bundan bir neçə gün keçdikdən sonra 2015-ci ilin mart ayında İmişli şəhəri, H.Əliyev
prospektində, Mədəniyyət evinin qarşısında 200 manat və 2015-ci ilin mart ayının axırlarında
İ.Zeynalovun qaynı Orucov Hadi Barat oğlundan aldığı 130 manat dəyərində bir ədəd quzunu
Hadi Orucovdan İmişli şəhəri kolxoz bazarda təhvil almaqla, cəmi 1530 manat dəyərində
əmlakını alıb, vədinə əməl etməyərək özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir.
Bundan sonra o, təkrarən Orucova Könül Zakir qızına İmişli rayon sosial müdafiə
mərkəzində işləyən tanışları vasitəsi ilə sosial müavinət almasına köməklik göstərəcəyini vəd
edib aldadaraq etibarından sui-istifadə etməklə 2015-ci ilin aprel ayında İmişli rayonu, Yalavac
kəndində K.Orucovadan 200 manat pul alıb, vədinə əməl etməyərək özgənin əmlakını ələ keçirib
dələduzluq etmişdir.
Bundan sonra o, təkrarən Əliyev Səməd Əzizağa oğluna Azərbaycan Respublikası Dövlət
Kommersiya Sığorta Şirkətində işləyən tanışları vasitəsi ilə S.Əliyevin oğlu Əliyev Kənan
Səməd oğluna sığorta pulu almasına köməklik göstərəcəyini vəd edib aldadaraq etibarından sui-
istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə S.Ə.Əliyevin göndərmiş olduğu 500 manat
pulu atası Əliyev Əzizağa Səməd oğlundan İmişli şəhəri H.Əliyev prospektində mədəniyyət
evinin qarşısında 2015-ci ilin aprel ayında almış, bundan sonra S.Əliyevdən 2015-ci ilin may
ayında İmişli şəhər H.Əliyev prospektində, Mədəniyyət evinin qarşısında çayxanada 200 manat
almaqla, cəmi 700 manat pulun alıb, vədinə əməl etməyərək özgənin əmlakını ələ keçirib
dələduzluq etmişdir.
Bundan sonra o, təkrarən Əliyev Səməd Əzizağa oğluna Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiə Nazirliyinin tibbi sosial ekspert komisiyyasında işləyən tanışlarının
vasitəsi ilə S.Əliyevin oğlu Kənan Əliyevə əlillik dərəcəsi verilməsinə köməklik göstərəcəyini
vəd edib, qəsdən aldadaraq etibarından sui-istifadə etməklə, vahid niyyətlə əhatə olunan qəsdlə
İmişli şəhəri H.Əliyev prospektində Mədəniyyət evinin qarşısında 2015-ci ilin may ayında 300
manat, bundan bir həftə sonra yenə həmin ünvanda 300 manat, 2015-ci ilin iyun ayının əvvəlində
yenə həmin ünvanda 1000 manat, bir həftə sonra yenə həmin ünvanda 600 manat, bundan bir
həftə sonra İmişli şəhəri H.Aslanov küçəsində qonaq evinin yanında 450, 2015-ci ilin iyun ayının
axırlarında isə İmişli şəhərində Mədəniyyət evinin qarşısında 400 manat olmaqla, cəmi 3050
manat pul alıb, vədinə əməl etməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla
özgənin əmlakın ələ keçirib dələduzluq etmişdir.
4
APELLYASİYA
ŞİKAYƏTLƏRİNİN
DƏLİLLƏRİ:
Məhkum olunmuş şəxsin müdafiəçisi Atakişiyev Faiq Mehrəli oğlu apellyasiya şikayəti
verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2016-cı il tarixli hökmünü təyin
edilmiş cəzanın ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığından dəyişdirib barəsində
CM-nin 70-ci maddəsini tətbiq etməklə azadlıqdan şərti məhkum edilməsini xahiş etmişdir.
Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təyin
edilmiş cəza ağır olmaqla məhkumun şəxsiyyətinə uyğun deyildir. Belə ki, M.Mirzəyevin uzun
müddətə azadlıqdan məhrum edilməsi onun ailə üzvlərinə əlavə məhrumiyyətlər gətirir ki, bu da
cəzanın məqsədinə müvafiq deyildir. Məhkum M.Mirzəyev yaşayış yeri üzrə müsbət xarakterizə
olunur, əməlindən səmimi peşimandır, cinayət əməlini səmimi etiraf edir, zərərçəkmiş şəxslərə
vurduğu ziyanın bir qismini ödəmişdir, ailədə yeganə qazanc gətirən şəxsdir. Məhkəmə hökmdə
M.Mirzəyevə cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və
zərərçəkmiş şəxslərə vurduğu ziyanın bir qismini ödəməsini onun məsuliyyətini yüngülləşdirən
hallar kimi hesab etsə də, faktiki olaraq cəza təyin edərkən həmin xüsusatlar kifayət qədər nəzərə
alınmamışdır. Məhkəmə araşdırması zamanı M.Mirzəyevin məsuliyyətini ağırlaşdıran hallar
müəyyən olunmamışdır.
Məhkum olunmuş şəxs Mürşüd Mirzəyev apellyasiya şikayəti verərək, Lənkəran Ağır
Cinayətlər Məhkəməsinin 17 iyun 2016-cı il tarixli hökmünü ləğv edilməsi, ona daha yüngül
cəza təyin etməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş
etmişdir.
Məhkum olunmuş şəxs M.Mirzəyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,
ibtidai istintaq zamanı vəsatətlər və etirazlar verərək ona qarşı irəli sürülən cinayət işinin əsassız
və prosessual qanun pozuntuları ilə əks olunması barəsində yazılı qaydada vəsatətlər vermişdir.
Ondan şikayətçi olan Əbülfəz İbrahimov ona 1150 manatı dörd dəfəyə vermişdir. Yeddi aylıq
istintaq araşdırmasından sonra yaxın qohumu Kifayət adlı şəxs ərizə verərək guya ondan 6500
manat pul verdiyini iddia edərək istintaqa müraciət etdiyindən İmişli rayon məhkəməsinə baxış
üçün göndərilən cinayət işi məhkəmə iclasına çıxarılmadan təkrar istintaqa qaytarılmışdır.
Prokuror P.Abbasov verdiyi protestində göstərmişdir ki, Ali Məhkəmənin Plenumunun müvafiq
qərarına əsasən vahid niyyətlə edilən dələduzluq hərəkətində şikayətçiyə vurulmuş ziyan 7000
manatdan çox olduğundan iş təkrar istintaqa qaytarılmalı və CM-nin 178.3.2-ci maddəsi ilə
cinayət işi davam etdirilməli və baxılması üçün Ağır Cinayətlər məhkəməsinə göndərilməsi
tövsiyyə olunmuşdur. Lənkəran Ağır Cinayətlər məhkəməsi 17 mart 2016-cı il tarixdən cinayət
işini məhkəmə baxışına çıxarmış, lakın onun qeyd etdiklərini, Azercell Telekomdan çıxarılan
zəng və mesajlar barədə sübutlar əsas götürülməmiş bundan başqa əlində olan kifayət qədər
sübutların olmasına baxmayaraq məhkəmə araşdırmaya düzgün qiymət verməmişdir.
Məhkəməyə təqdim etdiyi vəsatətlər məhkəmə tərəfindən qəbul edilməmiş, onun ifadələri və
sübutları məhkəmə istintaqında və məhkəmə iclası protokolunda qeyd edilməmişdir. Məhkəmə
tərəfindən CPM-nin 246, 247, 248 və 249-cu maddələri kobudcasına pozulmuşdur. Belə ki,
sübutların toplanması, sübutların kifayət etməsi, sübutetmə anlayışı barədə maddələr və onlardan
irəli gələn müddəalar pozulmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi və 15
iyu 2016-cı il tarixdə qüvvədə olan qanunvericilik aktın uyğun olaraq 10 min manatdan aşağı
olan cinayətlərdə xeyli miqdarda əvəz edilməsi anlayışı öz əksini tapmışdır. O istintaqda və
məhkəmədə göstərmişdir ki, Kifayət adlı şəxsdən heç bir məbləğdə pul almamışdır və ona qarşı
yönəldilmiş böhtan kimi onların hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Hətta
onun Kifayət adlı şəxsdən 6500 manat pul alması təsdiq olunsa belə Milli Məclisin yuxarıda
qeyd etdiyi qanunvericilik aktlarına uyğun olaraq cinayət işi Ağır Cinayətlər Məhkəməsinə deyil,
İmişli rayon məhkəməsinə göndərilməli idi. Cinayət işi üzrə qondarma zərərçəkən şəxslərə zərər
vurmadığı halda hökmdə qeyd olunmuşdur ki, guya maddi ziyanı ödəmişdir. Lakin məhkəmə
tərəfindən bütün bu sadaladıqları sübut və dəlillər kimi qəbul edilməmiş, azyaşlı uşağının
olmasını, ali təhsilli olmasını, ilk dəfə cinayət törətməsini, ictimai mövqeyini, cinayətə meylli
olmadığını, şəxsiyyətini məhkəmə nəzərə almamışdır.
PROSES
İŞTİRAKÇILARININ
ÇIXIŞLARI:
Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı S.İsmayılov və S.Sadıqov apellyasiya
şikayətinin dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin ittiham olunan əməlləri
5
törətməsinin iş materiallarında olan sübutlarla tam təsdiq olunduğu, ibtidai araşdırma orqanı və
birinci instansiya məhkəməsinin CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək
məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə
gəlmək üçün kifayət qədər sübutlar toplaması və bu sübutların hər birinin mənsubiyyəti,
mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə
qərarı qəbul edilməsini, M.Mirzəyevin əməllərinin CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə
düzgün tövsif olumasını, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı
ağırlaşdıran və yüngülləşdirən hallar, şəxsiyyəti, təyin olunan cəzanın islah olmasına və ailəsinin
həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmaqla təqsirləndirilən
şəxsə kifayət qədər ədalətli cəza təyin olunduğunu göstərərək, apellyasiya şikayətinin təmin
olunmamasını xahiş etmişlər.
Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxslər İbrahimova Kifayət Qara qızı,
Orucova Könül Zakir qızı və Əliyev Sakit Qəni oğlu apellyasiya şikayətlərini qəbul etməyib
göstərmişlər ki, məhkum olunmuş şəxs tərəfindən onlara vurulmuş maddi ziyan ödənilməmişdir,
məhkum olunmuş şəxsin cəzasının azaldılmasına etiraz edirlər və ona görə də xahiş edirlər
birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Mirzəyev Mürşüd Məhəmmədəli
oğlu və müdafiəçisi Mirzəyev Ruslan Soltanağa oğlu apellyasiya şikayətlərini müdafiə edib
apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış etmişlər.
Məhkəmə kollegiyasının iclasının vaxti və yeri barədə məlumat verilmiş zərərçəkmiş
şəxslər İbrəhimov Əbülfəz Qara oğlu, Abbasov Nemət Usubəli oğlu, Əliyev Səməd Əzizağa
oğlu, Eyyubzadə Tahir Salam oğlu, Zeynalov İkram Süleyman oğlu, Əzizov Vahid Mirzalı oğlu,
Seyfullayev Zahid Əziz oğlu və Xəlilov Seymur Həsrət oğlu məhkəmə iclasına gəlməmiş və
gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
Məhkəmə kollegiyası işə yuxarıda adları çəkilən zərərçəkmiş şəxslərin iştirakı olmadan
baxılmasını mümkün saymışdır.
HÜQUQİ
MƏSƏLƏLƏR:
Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin)
397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi
tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin
normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən
müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya
şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi
tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya
instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən
asılı olmayaraq yoxlanılır.
Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində məhkum olunmuş şəxsə
təyin olunmuş cəzanın şərti tətbiq edilməsinin xahiş olunmasını, yəni işin faktiki halları və
əməlin hüquqi tövsifi mübahisələndirilməməsə adə CPM-nin 397.2-ci maddəsinin birinci
instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət
edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya
protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk
növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq
normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Mirzəyev Mürşüd
Məhəmmədəli oğlunun törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya
şikayətlərinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir.
Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb,
apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş
şəxslərin, məhkum edilmiş şəxs və müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakı
əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin
17 iyun 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki,
məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq
olunmuş sübutlarla, yəni zərərçəkmiş şəxslər İbrəhimova Kifayət Qara qızı, İbrəhimov Əbülfəz
6
Qara oğlu, Orucova Könül Zakir qızı, Abbasov Nemət Usubəli oğlu, Əliyev Səməd Əzizağa
oğlu, Eyyubzadə Tahir Salam oğlu, Zeynalov İkram Süleyman oğlu, Əliyev Sakit Qəni oğlu,
Əzizov Vahid Mirzalı oğlu, Seyfullayev Zahid Əziz oğlu və Xəlilov Seymur Həsrət oğlunun və
şahidlərin ifadələri və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər protokollar və
sənədlərlə M.Mirzəyevin CM-nin 178.2.2 və 178.2.4-cü maddələri nəzərdə tutulmuş cinayət
əməllərini törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin
onun tərəfindən törədilməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət
olmasını aradan qaldıran halların, həmçinin M.Mirzəyevin cinayət məsuliyyətindən azad
edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələrlə təqsirili bilinib
cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs
M.Mirzəyevin qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai
istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara
düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir.
Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət
görmür.
Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası
cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, məhkum olunmuş şəxs
M.Mirzəyevin CM-nin 178.2.2 və 178.2.4-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini
törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun
tərəfindən törədilməsi ilə bağlı işə baxmış birinci instansiya məhkəməsi tərəfindən CPM-nin
143-146-cı maddələrinin tələblərinə əməl edərək onun qeyd olunan cinayətin törədilməsində
təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün sübutların hər birinin mənsubiyyəti,
mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə
qərarı qəbul edilmişdir.
Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs
M.Mirzəyevin əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, işin
faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə
qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin
M.Mirzəyevin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir.
Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan prosessual
sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin
müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual
qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir.
Məhkəmə kollegiyası təyin olunmuş cəza məsələsini araşdırıb aşağıda qeyd olunanlara
görə hesab edir ki, birinci instansiya məhkəməsinin M.Mirzəyevə təyin etdiyi cəza qanuni və
ədalətli olmuşdur.
Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən
şəxs Mürşüd Mirzəyevə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik
dərəcəsini, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə
təsirini, təqsirləndirilən şəxs Mürşüd Mirzəyevin cinayət əməli nəticəsində vurulmuş maddi
ziyanı qismən ödəməsini CM-nin 59.1.10-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal
kimi və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların müəyyən
edilməməsini nəzərə alaraq cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına,
təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni
cinayətlərin törədilməsinin qarşısını almağa nail olunması baxımından Mirzəyev Mürşüd
Məhəmmədəli oğlunun ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan
məhrum etmə cəzasına məhkum edilməsini məqsədəuyğun sayaraq, ona CM-nin 178.2.2 və
178.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair
yekun nəticəyə gəlmişdir.
Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Mürşüd Mirzəyevin cəza təyin
edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini
özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət
cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının
tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilmə
7
üsulu və şəraiti, zərər çəkmiş şəxslər Orucova Könül Zakir qızına 1200 manat, Əliyev Sakit Qəni
oğluna 5100 manat, Abasov Nemət Usubəli oğluna 1800 manat, İbrəhimova Kifayət Qara qızına
6136 manat, Eyyubzadə Tahir Salam oğluna 951 manat, Xəlilov Seymur Həsrət oğluna 950
manat, Zeynalov İkram Süleyman oğluna 1530 manat, Əliyev Səməd Əzizağa oğluna 3750
manat maddi zərərin ödənilməməsi, cəzanı yüngülləşdirən hallar, təyin olunan cəzanın onun
islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə
alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur.
Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza
və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai
təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin
şəxsiyyətinə uyğun olmalıdır.
Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası,
məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin
törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və
ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və
ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat
şəraitinə təsiri nəzərə alınır.
«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında»
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li
Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr
təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri
və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata
keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-
nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə
və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun
olmalıdır».
Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir
ki, məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri
subyektiv mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin hökmünün ləğv
yaxud dəyişdirilərək məhkum edilmiş şəxsə təyin olunmuş cəzanın azaldılması və yaxud təyin
olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi üçün qanuni əsas kimi qəbul
oluna bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 17 iyun 2016-cı il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən
saxlanılmalıdır.
Qeyd olunanlara əsasən və CPM-nin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini
rəhbər tutaraq məhkəmə kollegiyası,
QƏRARA
ALDI:
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-168/2016 №-li, 17 iyun 2016-cı il tarixli
hökmündən məhkum edilmiş şəxs Mürşüd Mirzəyev və müdafiəçisi Atakişiyev Faiq Mehrəli
oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmasın.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-168/2016 №-li 17 iyun 2016-cı il tarixli
hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.
Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə
Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Əsli ilə düzdür:
Hakim:
Etibar Camalov
Dostları ilə paylaş: |