Əleyhiqazlar RP-4-01, RP-7, RP-7B, RP-4P markalı bərpaedici (regenerasiyaedici) patronlar və MİA-1(3 ölçüdə istehsal olunur) maskası ilə komplektləşdirilir. Maskalarda tərləməyən plyonkaların və aşağı tempraturalarda isidici manjetlərin tətbiqi hər hansı fiziki gərginlik zamanı əleyhiqazlarda iş zamanı şüşələrin şəffaflığını təmin edir. Danışıq aparmaq üçün qurğunun olması texniki vasitələrin köməyi ilə əlaqə yaratmağa imkan verir. İP-4M, İP-4MK, İP-4MP və İP-6 əleyhiqazları dərini mühafizə edən fərdi mühafizə vasitələri ilə birlikdə kimya, metallurgiya, neft-qaz, kömür sənayesində, qapalı obyektlərdə qəzaların nəticələrinin aradan qaldırılmasında, təmir işlərinin yerinə yetirilməsində istifadə edilir. Əleyhiqazlar hər istifadədən sonra bərpaedici patronu yenisi ilə əvəz etməklə çox dəfə istifadə edilə bilən mühafizə vasitəsidir.
Tənəffüs qurğusu PDU-3 (Portativ mənəffüs qurğusu) Portativ mənəffüs qurğusu PDU-3 qəza vəziyyətində insanı müstəqil olaraq qaz-hava qatışığı ilə təmin etmək üçün nəzərdə tutulmuş qurğudur. Portativ mənəffüs qurğusu PDU-3 qaz çıxırdılmasında və qaz emel edilməsi sənayesində istifadə edilir. Həmçinin, kimya və metallurgiya sənayesində, zərərli maddələrin havaya buraxılması ilə əlaqədar çox yüksəkqəza ehtimalı olan sahələrdə də istifadə edilə bilər. Portativ mənəffüs qurğusu PDU-3 görmə və tənəffüs üzvlərini etibarlı mühafizə edən hər bir insanın üz qurluşuna uyğun universal maskaya malikdir. Maskanın quruluşu danışıq aparmağa imkan verir. PDU-3 qurğusunda orta ağırlıqlı gərginlik zamanı qalma müddəti 20 dəqiqəyə qədərdir. Qurğunun çəkisi təqribən 1,7 kq-dır. İstismar müddəti 5 ildir. Tənəffüs aparatı PDA-3M Portativ tənəffüs aparatı PDA-3M fövqəladə hallarda-tənəffüs üçün yararlı olmayan atmosferada və qəza xilasetmə işlərində, həmçinin kömək gözləyən zaman insanın tənəffüs üzvlərini, gözlərini və üzün dərisini mühafizə etmək üçün nəzərdə tutulmuş aparatdır. Portativ tənəffüs aparatı PDA-3M iş prinsipi insan tənəffüs edərkən verilən havanın tərkibindəki karbon qazının və su buxarlarının regenerativ patron tərəfindən udulmasına və eyni zamanda onunla oksigen verilməsinə əsaslanır. Portativ tənəffüs aparatının hər 20-40 saniyə ərzində 10 litrə qədər oksigen ifraz edən start edici mezanizmi vardır. Portativ tənəffüs aparatı PDA-3M danışıq aparmağa imkan verən bir ölçülü maska ilə təchiz edilmişdir. Aparat şaxtalarda, kömür emalı müəssisələrində, nəqliyyatda, kimya, metallurgiya və qaz sənayesində zərəli qazlarla zəhərlənmiş atmosferada və qaza zamanı istifadə edilə bilər. Həmin aparatda etibarlı tühafizə müddəti 50 dəqiqəyə qədərdir. Çəkisi futlyarda 3,1 kq-dır. Saxlama müddəti (qablaşdırılmış halda) 10 ilə qədərdir.