Filtrasiya edici əleyhiqaz BK (2000)
Təyinatı. Filtrasiya edici əleyhiqaz BK, fövqəladə hallarda, qəza hallarında, təbii və texnogen xarakterli FH nəticələrinin aradan qaldırılmasında xilasedicilərin, FHN dəstələrinin üzvlərinin, Mülki müdafiə qeyri-ştat qəza-xilasetmə dəstələrinin, həmçinin əhalinin və istehsalatda çalışanların tənəffüs üzvlərini, sifətini və gözlərini zəhərləyici maddələrdən (ZM), təhlükəli bioloji maddələrdən (TBM), radioaktiv maddələrdən (RM), qəza kimyəvi təhlükəli maddələrdən: turş qazlar və buxarlar, ammonyak, üzvü maddələrin buxarlarından və s. mühafizə edən fərdi mühafizə vasitələri kompleksinə aiddir. BK əleyhiqazı mülki əleyhiqaz QP-7 və onun modifikasiyalarının alternatividir, əlavə DPQ-3 patronu var. Ona görə də daha etibarlıdır, qənaət edicidir və geniş spektr zərərli maddələrdən mühafizə edir. Tərkibi. BK əleyhiqazı MQP (MQP-B) üz hissəsindən, filtrasiya edici-uducu BK qutusundan, birləşdirici borudan, çantadan ibarətdir. Filtrasiya edici-uducu BK qutusu və birləşdirici boru universial mühafizə sistemini BK (UZS BK) təşkil edir. Tətbiqi. BK əleyhiqazı çox dəfə istifadə olunan qaza-xilasetmə vasitəsidir, havada oksigenin həcmi 17 %-dən az olduqda -400 ilə +400 arasında bütün iqlim zonalarında istifadə edilə bilər. Mühafizə xüsusiyyətləri. BK əleyhiqazı təkcə yuxarıda sadalanan maddələrdən deyil, həm də geniş spektr qəza kimya maddələrindən mühafizə edir.
•Xlor; tetraetil qurğuşun; fosgen;
• Ammonyak; fenol; etilmerkaptan;
• Dimetilamin; hidrogensianid; hidrogensulfid;
• Nitrobenzol; Sianxlorid; hidrogen xlorid.
• Kükürd hidridi; furfurol;
Uşaqlar üçün əleyhiqaz PDF
Hal-hazırda uşaqlar üçün əleyhiqazlardan ən mükəmməl modellər PDF-2D (məktəbəqədər uşaqlar üçün) və PDF-2Ş-dir (məktəb yaşlı uşaqlar üçün). Əleyhiqaz 1,5 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub, uşaqların tənəffüs üzvlərini, sifətini və gözlərini zəhərləyici maddələrdən, bioloji aerozollardan və radioaktiv tozlardan qoruyur. Tərkibi. Filtrasiya edici-uducu qutu QP-7k, MD-4 (maska detskaya) üz hissə, tərləməyən plyonkalarla qutu və çanta. PDF-2D 1və 2 ölçülü üz hissəsi ilə, PDF-2Ş isə 2 və 3 ölçülü üz hissəsi ilə komplektləşdirilib. Komplektin çəkisi: məktəbəqədər uşaq komplekti-750 q, məktəb yaşlı isə 850 q-dan artıq olmur. Filtrasiya edici və uducu qutu öz quruluşuna görə QP-5 əleyhiqazının qutusu kimidir, lakin havaya müqaviməti azdır. Əleyhiqazı 2 hissəli çantada saxlayırlar: bir hissəsində üz maskası, digər hissəsində
filtrasiya edici-uducu qutu saxlanır. Çantanın daxilində xüsusi cibdə- tərləməyən plyonkalarla qutu, üz cibində isə fərdi kimya əleyhi paket olur. Uyğun ölçüdə qutu QP-7 əleyhi qazı kimi seçilir. Başın üfüqi və vertikal ölçüləri ölçülür, ölçülər 5mm-ə qədər yuvarqlaşdırırlar. Sonra xüsusi cədvəl ilə seçilir.
Dostları ilə paylaş: |