Kimyanın ilk anlayışları Biz hər yerdə – sinifdə, evdə, çöldə maddələr əhatəsində yaşayırıq. Gördüyümüz əşyaların, avadanlıqların cisimlərin hamısı maddələrdən təşkil olunmuşdur. Bizim bədənimiz də çoxlu maddələrdən ibarətdir. Bəs maddə nədir? Onları bir-birlərindən necə fərqləndirirlər?
Maddə – Maddə materiyanın bir növüdür. Fiziki cisim nədən ibarətdirsə, onlar maddə adlanır və maddələr nisbi sükunət kütləsinə malik olur. Hər bir maddə müəyyən kütləyə və xassələrə malikdir. Təbiətdə gördüyümüz varlıqların böyük əksəriyyəti maddələrin qarışığıdır.
Maddələr bir-birindən xassələrinə görə fərqlənir. Maddələri bir-birindən fərqləndirən və onların oxşarlığını müəyyən edən əlamətlərə maddələrin xassələri deyilir.
2) Kimyəvi xassə :Maddələrin kimyəvi xassələri dedikdə isə, onun xarici təsirlər nəticəsində başqa maddələrə çevrilməsi, başqa maddələrlə qarşılıqlı təsirdə olması nəzərdə tutulur. Məsələn : Azot qazı oksigen qazı ilə qarşılıqlı təsirdə ola bilir, qatı nitrat turşusu işığın təsirindən parçalana bilir və s...
Maddələr sabit fiziki xassələrinə görə 2 yerə ayrılır: