Qərbi Kaspi Universiteti


Xəzərin hüquqi statusu məsələsi niyə həllini tapmır?



Yüklə 66,49 Kb.
səhifə2/3
tarix14.05.2023
ölçüsü66,49 Kb.
#113599
1   2   3
sevda

Xəzərin hüquqi statusu məsələsi niyə həllini tapmır?
Birincisi, beş dövlətin müxtəlif maraqlarıdır. Bu, təəccüblü deyil. Hər bir ölkənin özü üçün nəyin vacib olub-olmadığını müəyyənləşdirmək hüququ var. Danışıqların beş iştirakçısının maraqlarının balansını saxlamaq həmişə iki və ya üç iştirakçının maraqlarını tarazlaşdırmaqdan daha çətindir. İkinci səbəb Xəzər dənizinin unikallığıdır. Ona beynəlxalq dəniz hüququnun universal normalarını tətbiq etmək olmur. Özünəməxsus formullar tapmaq lazımdır. Digər səbəblərə nəzər salaq. Aydındır ki, şimal qonşumuz Xəzərə təkcə Avropa bazalarında öz monopolist qaz satıcısı statusunu qoruyub saxlamaq amili kimi baxmır, eyni zamanda dənizdə ABŞ (Qərb) hərbi mövcudluğunun mümkünlüyünü nəzərə alaraq taktikasını qurur. Xəzərin hüquqi statusunun on illərdir qeyri-müəyyən qalmasının əsas səbəbi də budur. Qərbin bölgədə, o cümlədən Xəzərdə möhkəmlənməsini Rusiyanın ardınca ciddi şəkildə arzulamayan ikinci sahilyanı dövlət – İrandır. Bu maraq Moskva ilə Tehranı təbii müttəfiqlərə çevirir. Təsadüfi deyil ki, özünü qeyri-real təklifi ilə dənizin yekun hüquqi statusunu əngəlləyən ölkələrdən biri məhz İrandır. Cənub qonşumuz da qeyri-müəyyənlikdən yararlanaraq və Rusiya kimi iqtisadi sanksiyaların ağırlığına baxmayaraq, dənizdə hərbi gücünü artırmağa səy edir.
Tehran son illər Xəzərdəki donanmasını gücləndirməklə, onu kiçik sualtı qayıqlarla və raket gəmiləri ilə təchiz etməkdədir. Ancaq şəksizdir ki, ən böyük donanma Rusiyaya məxsusdur. Qərblə qarşıdurma kontekstində Moskvaya Xəzərdə öz mövqeyini gücləndirmək indi hava-su kimi lazımdır. Akvatoriyada “əzələ gücü”nü artırmaq isə Moskvaya həmçinin dənizlə bağlı onun iradəsindən kənar yeni enerji layihələrini əngəlləmək üçün lazımdır. Son illər xarici siyasətində (Ukrayna) terror üsullarına da əl atan Rusiya bu yolla ən azı, belə layihələri təhdid altda saxlayır, onların təhlükəsizliyinə zəmanət vermədiyi haqda eyhamlar vurur. Bu cür layihələrdən biri də “Transxəzər” qaz kəməridir. Layihənin təzədən Avropanın gündəminə gəlməsi sözsüz ki, Rusiya və İranı bərk qıcıqlandırır, onların Xəzərdəki maraqları ilə, o sırada energetik maraqları ilə ziddiyyət təşkil edir. Çünki belə kəmərlər Moskva və Tehranın Avropa üçün energetik dəyərini azaldır.

Yüklə 66,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin