Qərbi Kaspi Universiteti



Yüklə 66,49 Kb.
səhifə3/3
tarix14.05.2023
ölçüsü66,49 Kb.
#113599
1   2   3
sevda

İran nə istəyir?

  1. İran istəyir ki, dəniz sahilyanı ölkələr arasında bölünsə də, hər hansı ölkə digər sahilyanı dövlətlərin razılığını almadan öz sularından sərbəst istifadə edə bilməsin;

  2. Qonşu ölkələrin əksəriyyəti ilə İranın birbaşa dəniz sərhədi yaransın; Xəzərin hərbiləşdirilməsinə yol verilməsin

  3. Ekoloji problemlər adı ilə Xəzərin dibi ilə neft-qaz kəmərlərinin çəkilməsinə mane olunsun

  4. Sahilyanı ölkələr arasındakı problemlərin həllində regiondankənar dövlətlərin iştirakı məhdudlaşsın

  5. İranla ideoloji və siyasi ziddiyyəti olan Qərb dövlətlərinin hövzədə möhkəmlənməsinin qarşısı alınsın və s.

İran həm də Xəzər bölgəsində Azərbaycanın reallaşdırdığı transmilli enerji layihələrinə və xarici şirkətlərin bu işdəki iştirakına çox həssas yanaşır. Təbii ki, bu məsələdə onun daha çox Azərbaycanla deyil, Qərb ölkələri ilə, xüsusən də ABŞ-la kəskin münasibətləri əsas rol oynayır. İranla Rusiyanın regiondakı geosiyasi proseslərə yanaşmada uzun müddət eyni mövqedən çıxış etməsi də əsasən son amillə bağlıdır. İran da Rusiya kimi istəyir ki, Xəzərin hüquqi statusu məsələsi nə qədər mümkündürsə uzansın, bu ölkənin Qərblə münasibətlərinin taleyi tam aydın olmayana qədər bəhs olunan məsələ həll edilməsin və deməli, başqa Xəzərətrafı dövlətlərin geoiqtisadi maraqları İranın Qərblə əlaqələrinin girovuna çevrilsin. İranın Xəzərin statusu ilə bağlı mövqeyində 1992-ci ildən indiyədək, demək olar ki, heç bir ciddi dəyişiklik baş verməyib. Xəzər sahilinin Mərkəzi Asiya hissəsini iki Orta Asiya ölkəsi - Qazaxıstan və Türkmənistan təmsil edir. Qazaxıstanın Xəzərdəki karbohidrogen ehtiyatlarının miqdarı ilə bağlı bir-birini təkzib edən rəqəmlər olmasına baxmayaraq, mütəxəssislərin fikirinə görə bu ölkənin Xəzərdəki milli sektoru öz karbohidrogen resursları ilə digərlərinə nisbətən daha zəngindir.
Göründüyü kimi Xəzər dənizinin sərvətlərlə zəngin olması,üstünlüklərlə birlikdə Azərbaycana bir sıra problemləri də gətirmişdir.Bu problemlərin çətinliklə həll olunacağı bir reallıqdır.Ümid edirik ki,bu məsələlər tezliklə və asan yolla həll olunacaq.
Yüklə 66,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin