Qərbi Kaspi Universiteti


Nəticələrin miqyasına görə



Yüklə 61,77 Kb.
səhifə4/12
tarix31.12.2021
ölçüsü61,77 Kb.
#49857
1   2   3   4   5   6   7   8   9   ...   12
Əliyeva Ülviyyə (Mülki Müdafiə)

Nəticələrin miqyasına görə:


  • Qismən

  • Obyekt miqyaslı

  • Yerli

  • Regional

  • Qlobal

Baş vermə sahələrinə görə:


  • Təbii

  • Texnogen

  • Ekoloji

  • Sosial

  • Hərbi-siyasi

İdarə üzrə mənsubiyyətinə görə:


  • Tikintidə

  • Sənayedə

  • Mənzil və kommunal məişət sahələrində

  • Kənd təsərrüfatında

  • Meşə

Təsir dairəsindən (yayılma miqyasından) əlavə, FH-lər baş verən insan tələfatının miqdarına. Zədələnmiş (köçürülməyə ehtiyacı olan) əhalinin sayına, habelə dəymiş zərərin miqyasına görə də təsnif edilir.

Fövqəladə halların onların yaranmasına səbəb olmuş konkret proses və hadisələrin xarakterinə görə təsnif edilməsi vacib əhəmiyyətə malikdir. Bu ümumiləşdirilmiş əlamət üzrə FH-lar: texnogen, təbii, ekoloji və sosial-siyasi mənşəli hadisələr kimi təsnif edilir. Azərbaycan respublikasının ərazisində bütün bu dörd növ FH baş verə bilər.

Bu təsnifat FH-ın miqyasını və nəticələrinin həcmini əhatə etmir, lakin FHın qarşısının alınması üçün tədbirlərin seçilməsi, vəziyyətin xaraketirinin qiymətləndirilməsi, eləcə də qəzaxilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üzrə əsas istiqamət göstəricilərirolunu oynayır.

Nisbi itkilər əhali təsərrüfat-ərazi komplekrləsinin (ƏTƏK) inkişafına FH-in təsirinin xüsusiyyətini, burada normal həyat fəaliyyətinin bərpa edilməsinin ehtimal olunan müddətini və dərəcəsini xarakterizə edir. Buna görə də təbii və digər FH-i onların nəticələrinin ƏTƏK üçün ağırlığına görə xarakterizə etmək daha məqsədəuyğundur.

FH nəticələrinin aradan qaldırılması ancaq daha uzun müddət, tutaq ki, bir ilə qədər və ya 5-7 il, yəni qoyulmuş kapital xərclərin əvəz çıxacağı müddətə yaxın bir vaxt ərzində mümkündürsə, onda həyat təminatı rejiminin ehtiyat variantlarına keçmək lazımdır. Bəzi fövqəladə hadisələrin (məsələn, zəlzələnin, güclü daşqınların) vurduğu ziyanı ancaq 5-7 ildən çox müddət ərzində əvəz etmək mümkün olacaqsa, onda məsələnin həlli üzrə iki variantdan birini seçmək lazım gələckdir. Ya ƏTƏK-in zədələnmiş elementlərini sadəcə olaraq bərpa etmək, ya da onları daha müasirləri ilə əvəz edərək kompleksi modernləşdirmək. Böhranlı kateqoriyaya aid FH zamanı ƏTƏK-də bütün istehsalın yenidən qurulması qaçılmazıdır.

Müxtəlif ağırlıq kateqoriyalarına (dərəcələrinə) aid fövqəladə hallar müxtəlifcür sosial-psixoloji əks-səda doğurur. Birinci dərəcəli-ağır FH demək olar ki, xüsusi narahatlıq doğurmur, onlardan bəziləri, məsələn, iri şəhərlərin küçələrindən axan qısa müddətli gur leysan suları hətta maraqlı bir epizod kimi qəbul edilir. Ikinci dərəcəli-xüsusiən ağır FH əhalinin əksəriyyətində bəd hadisə hesab edilməklə narahatlıq, əsəbilik və s. kimi pis əhval-ruhiyyə yaradır. Üçüncü dərəcəli-katastrofik FH isə sözün əsl mənasında fəlakətdir: belə hadisələr sosialpsixoloji vəziyyəti xeyli dərəcədə dəyişən köçkünlər axını yarada bilər. Dördüncü dərəcəli – böhranlı FH ümumi ümidsizlik yaradıv və həyat dəyərləri haqqında təsəvvürlərin prinsipial sürətdə dəyişməsinə, sosial çaxnaşmalarına səbəb ola bilər. Beşinci dərəcəli - əvəzolunmaz itkili FH salamat qalmış insanların (köçkünlərin) yadında onların həyatını pozmuş hadisə olaraq həmişə qalır.

Fövqəladə hadisələrin belə dərəcələndirilməsi, aydındır ki, həm keçmişdə, həm də indi baş verən və gələcəkdə ehtimal olunan hadisələr zamanı təbii və digər risklərin idarə edilməsinə aid bütün problemlərin həllində tətbiq edilə bilər.

Yuxarıda deyildiyi kimi, əlverişsiz təhlükəli hadisənin (ƏTH) törətdiyi ziyan sahələrinə görə sosial və iqtisadi ziyan növlərinə ayrılır. əgər bu təbii-texnogen tipli fövqəladə hadisədirsə, onda bu hadisənin törədə biləcəyi ekoloji zərəri də nəzərə almaq lazımdır.



Yüklə 61,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin