Bu halların əsas səbəbkarı insandır (90% qəzalar məsuliyyətsizliyin, səhlənkarlığın, həddən ziyadə istismarın nəticəsidə baş verir yaxud qəsdən törədilir).
Texnogen xarakterli fövqəladə hallar aşağıdakılar nəticəsində əmələ gəlir: 1)qəzalar; 2) yanğınlar; 3)partlayışlar
Qəzalar - qurğuların, cihazların, binaların və tikililərin zədələnməsi olub, insan həyatı üçün təhlükə yarada bilən istehsalat proseslərindəki pozulmalarla müşayiət olunur. Qəzalar kommunal-enerji şəbəkəsində, nəqliyyatda və istehsalat müəssisələrində baş verə bilər.
İstehsalatda baş verən qəzalar nəticəsində yanğınlar və partlayışlar baş verə bilər. Bunun nəticəsındə isə bina və tikililərin, qurğu, texnikaların dağılması, zədələnməsi, ərazinin suyun altında qalması, rabitə, elektrik və kommunal şəbəkədə zədələnmələr baş verə bilər. Partlayışlar zamanı zərbə dalğasının təsiri yalnız dağıntılara deyil, insan tələfatına da gətirib çıxarır.
Partlayışlar çox zaman böyük həcmdə karbohidratların (metan, etan, propan) istifadə edildiyi sahələrdə baş verir. Bəzi kimyəvi maddələrin yanma prosesində zəhərli tüstü yaranır ki, bu da zəhərlənmələrə gətirib çıxarır.
Məsələn 1974-cu ildə İranda qarın yağması nəticəsində Tehran aeroportunun damı uçulmuşdur. Bundan başqa mühəndis hesablama və istismar yüklənməsi qaydalarının pozulması ucbatından da qəzalar baş verir.
Dostları ilə paylaş: |