Qərbi Kaspi Universitetinin Kolleci hesabat tədris Təcrübəsi TƏLƏBƏ: SƏMƏdova xəDİCƏ


Turizmin təşkili sistemində mədəni-tarixi resurslar



Yüklə 115,22 Kb.
səhifə4/4
tarix10.05.2022
ölçüsü115,22 Kb.
#57423
1   2   3   4
Tarixi və mədəni turizmin təsnifatı (2)

Turizmin təşkili sistemində mədəni-tarixi resurslar

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Rəşid Babayi deyir ki, prezidentimizin ötən il imzaladığı sərəncama əsasən, ərazinin maraqlı turizm obyektinə çevrilməsi üçün burada konservasiya işləri həyata keçiriləcək. Məbəd hazırda turistlərin ən çox sevdiyi məkanlardan biridir. 2009-cu il ərzində bu tarixi abidəni 14 700 nəfər turist ziyarət edib. Bunların təxminən yarısı xarici ölkə vətəndaşları olub. 2010-cu il ilk dörd ayında isə Atəşgahı 6 min nəfər ziyarət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıqdır.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin əməkdaşı, sənətşünaslıq namizədi Fazil Məmmədov müstəqillik əldə edildikdən sonra ölkədə maddi-mədəni irsin qorunmasına xüsusi önəm verildiyini qeyd etdi: «Sevindirici haldır ki, son vaxtlar abidələrimizin təbliği ilə bağlı çoxlu iş aparılır: bukletlər hazırlanır, filmlər çəkilir. Bundan əlavə, 10 il ərzində turizm marşrutlarına daxil olan abidələr müəyyənləşdirilib, dövlət tərəfindən onların bərpasına böyük maliyyə vəsaiti ayrılır».

Nazirlik rəsmisi bu gün Azərbaycanda UNESCO-nun Maddi-Mədəni İrs siyahısına düşən İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Qobustan qoruğu kimi abidələrin dünyaya daha yüksək səviyyədə tanıdılmasının zəruriliyini vurğulayır: «Respublikamızın bölgələrində turizm nümunəsi kimi təqdim edilə bilən gözəl abidələrimiz var. Məsələn, Qaxda Samuxqala qalası, Naxçıvanda Möminəxatun türbəsi, Qarabağlar türbəsi, Salyanda Cümə məscidi, Ordubad bir qoruq şəhəri kimi, Basqal və digərləri dünya turistlərinin diqqətini cəlb edən abidələrdir. Bundan başqa, iştirak etdiyimiz beynəlxalq sərgilərdə tarixi abidələrimizi təbliğ edən filmlər, kliplər nümayiş etdirilməlidir. Hazırda bu sahədə ilk mərhələdəyik».

«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri bildirdi ki, Dövlət Proqramı yeni qəbul olunduğundan müvafiq şöbələrə təkliflərin hazırlanması ilə bağlı tapşırıqlar verilib, yaxın günlərdə həmin təkliflər əsasında görüləcək işlər müəyyənləşəcək.




  1. Mədəni turizm: uğur və çağırışlar

Mədəni-tarixi resurslar sosial və etnik kimliyin qorunması və sonrakı nəsillərə ötürülməsi üçün cəmiyyət tərəfindən saxlanılan, sosial olaraq tanınan maddi və qeyrimaddi sərvətləri əhatə edir. Tarixin başlanğıcından bəri mövcud cəmiyyətlərin tərk etdikləri mədəni-tarixi əsərlər, adət-ənənələr və ayinlər kimi mədəni dəyərlərin etnoqrafik müayinəsi “mədəni-tarixi resurs” anlayışını ortaya qoyur. Mədəni-tarixi resurslar təkcə maddi tarixi əsərlərlə əlaqəli olmayıb, eyni zamanda mədəniyyətlər, adət-ənənələr, etnoqrafiya, folklor, sənətkarlıq, xalq yaradıcılığı, milli mətbəx nümunələri kimi qeyri-maddi mədəni dəyərləri də əhatə edir.

Mədəniyyət insanlar və dünya arasında onların obyektivliyi ilə yaradılan münasibətlər – bəşəriyyət tərəfindən dəyişdirilmiş təbiət, texniki məhsuldar proseslər, istehlak, icmaların və cəmiyyətlərin strukturları və onların həyat tərzidir. Mədəni-tarixi resurslar keçmiş nəsillərdən bizə qalan, bir qrupun və ya cəmiyyətin fiziki əsərlərinin, abidələrinin, tikililərinin və qeyri-maddi xüsusiyyətlərinin – adətlərinin, ənənələrinin mirasıdır. Mədəni-tarixi resurslar paylaşılan bir əlaqə, bir topluluğa aid olma anlamına gəlir, tariximizi və kimliyimizi, keçmişlə, bugünümüzlə və gələcəklə olan əlaqəmizi təmsil edir.

Mədəni resurslar – monumental, qrafika, bədii sənətkarlıq və digər sənət növlərini, habelə xalqın mədəni inkişafı və həyatı ilə, dövlətin görkəmli şəxslərinin həyatı ilə əlaqəli hadisələri əhatə edir. Bunlara sənətkarların, memarların, musiqiçilərin, yazıçıların, elm xadimlərinin, xalq yaradıcılığı ustalarının əsərləri daxil olub, insanların yaradıcılığı, dili, adətləri, inancları, mülkiyyətini ifadə edən həm maddi, həm də qeyri-maddi əsərləri əhatə edir.

Maddi mədəni-tarixi resurslar bir cəmiyyətdə nəsillər arasında istehsal olunan, saxlanılan və nəsildən-nəsilə ötürülən fiziki əsərlərdir. Buraya bədii əsərlər, tikililər və abidələr kimi inşa edilmiş irs və cəmiyyətdə mədəni əhəmiyyət kəsb edən, insan yaradıcılığının digər fiziki və ya maddi resursları daxildir. Başqa sözlə maddi mədənitarixi resurslar qədim və tarixi şəhərlər, binalar, arxeoloji sahələr, mədəni mənzərələr, mədəni əşyalar, kolleksiyalar və muzeylər kimi bəzi mədəni dəyərlərin fiziki təcəssümü olan bütün varlıqları əhatə edir.

Maddi mədəni-tarixi resurslar arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir.

Mədəni-tarixi resurslar arasında aparıcı rol mədəni və tarixi abidələrə məxsusdur və bu əsasda məlumatlandırma və mədəni turizmin ehtiyaclarını ödəmək üçün əsas vasitə rolunu oynayır.




ƏDƏBİYYAT SİYAHISI

  1. Bilalov B.Ə., Gülalıyev Ç.G. Turizmin Əsasları. Bakı: “QHT nəşriyyatı”, 2015, 496 s.

  2. Bilalov B.Ə. Turizm Fəaliyyətinin Tənzimlənməsi. Bakı: “Mütərcim” nəşriyyatı, 2006, 280 s.

  3. Cabbarov Ə.X. Turizm marşrutları və ekskursiya işinin təşkili/ Dərs vəsaiti. Bakı: 2017, 158 s

  4. Əlirzayev Ə.Q. Turizmin iqtisadiyyatı və idarə olunması. Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2010, 529 s.

Yüklə 115,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin