Sağlamlığa təsiri. Kükürd 2-oksid kəskin xoşagəlməz iyə malik olub, ilk növbədə tənəffüs orqanlarına,
gözə və dəriyə qıcıqlandırıcı təsir göstərir, mərkəzi sinir sistemini zədələyir, orqanizmdə gedən oksidləşmə
proseslərini məhv edir. Kükürd 2-oksidin sorulması onun burun və udlaq boşluğunun selikli qişası ilə kontaktda
olduqda dərhal başlayır. Kükürd 2-oksidin təsirindən yaranan zərərli effektin qiymətləndirilməsi ehtimalını
ümumi ölüm, ürək-damar xəstəlikləri, tənəffüs orqanları xəstəlikləri və astmatiklərin tutmalarının sayının
armtası ilə irəli sürmək olar. Kükürd 2-oksidin havadakı törəmə məhsulu sayılan sulfat turşusu əsasən tənəffüs
orqanlarına təsir göstərir. Kükürdün çoxnüvəli ammonyak duzları və ya sulfat üzvi maddələri alveollara
(ağciyərdə qovuqcuqlar) mexaniki təsir göstərir və sonradan suda asan həll olunduğundan tənəffüs yollarının
selikli qişası vasitəsilə sərbəst orqanizmə daxil olur.
Kükürd 2-oksidin kəskin təsiri (üç günə qədər) ümumi ölüm hadisəsini 0,6% artırır.
Dostları ilə paylaş: |