Dioksinlərin toksikliyi və sağlamlığa təsiri. «Dioksinlər» termini işlətdikdə kimyəvi birləşmələr qrupu
başa düşülür, bura – polixlorla dibenzo-n-dioksidlər (PXDD) və dibenzofuranlar (PXDF) daxildir. Hətta çox
kiçik konsentrasiyalarda kəskin toksikliyini, ətraf mühitin bütün obyektlərdə və qida məhsullarında rast
gəlinməsi, xarici təbii faktorların (oksidləşmə, hidroliz, qələvi turuşuların təsiri və s.) təsirinə qarşı davamlılığı
nəzərə alınaraq dioksinlər supertoksikantlara aid edilir. Bu, onları qida zənciri ilə yüksək toplanmasına və
miqrasiyasına səbəb olur. Orqanizmə daxil olarkən dioksinlər biotada öz konsentrasiyasını suya nisbətən 10
4
-10
8
dəfədən artıq böyüdür. Onlar maddələr mübadiləsini pozaraq toxuma tənəffüsünü, kalsiumun və xolestrinin
mübadiləsini, qaraciyərdə metabolizmi pozur.
Dioksinlər sənayedə, təbii mühitdə və orqanizmdə bir qayda olaraq mürəkkəb qarışıq halında olur, ayrı-
ayrılıqda komponentlər hərəsi öz təsir xüsusiyyətinə malikdir. Dioksinlərin/furanların izomerlərinin əksəriyyəti
fiziki-kimyəvi xassələrinə görə fərqlənir. Bu izomerlər ətraf mühitdə onlara müxtəlif qarışıqlar və müxtəlif
konsentrasiyalı halında rast gəlinir, bu isə onların təhlükəlik dərəcəsini qiymətləndirməyi çətinləşdirir. Bu
baxımdan, dioksin və furanların toksiklik dərəcəsini qiymətləndirmək üçün ekvivalent toksikliyin beynəlxalq
əmsal şkalaları (TƏ) hazırlanmışdır. Toksiklik vahidi kimi bu qrupun marker birləşmələrinin – bioloji aktivlik
baxımından ən güclü və yaxşı öyrənilən 2, 3, 7, 8 – tetraxlordibenzo-n-dioksin (TXDD) görə toksiklik effekti
qəbul edilmişdir. Dioksin və furanlar üçün TƏ-ni hesablamaq məqsədilə onların kütlə konsentrasiyası
ekvivalent toksiklik əmsalına vurulur. Alınmış qiymətləri toplayaraq öyrənilən nümunənin toksiklik cəmi
hesablanır. Hazırda hesablama aparılan zaman 1997-ci ildə ÜST tərəfindən qəbul edilən ekvivalent toksiklik
dərəcəsinin qiymətlərindən istifadə olunur (cədvəl 12.8).
Dostları ilə paylaş: |