QəRİb məMMƏdov, mahmud xəLİlov


Şəkil 13.1. Şüalanmanın dozasından asılı olaraq radiasiya miqdarı və



Yüklə 4,26 Mb.
səhifə376/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   372   373   374   375   376   377   378   379   ...   706
Şəkil 13.1. Şüalanmanın dozasından asılı olaraq radiasiya miqdarı və  

variantlarının insan orqanizminə təsiri 

 

İonizasiyanın ilkin prosesləri canlı hüceyrələrdə böyük pozuntular yaratmır. Şüalanmanın zədələyici təsiri, 



görünür ikinci (təkrar) reaksiyası ilə bağlıdır, bu zaman mürəkkəb üzvi molekullar arasında, məsələn, zülallarda 

SH qrupu, DHK-ın azotlu  əsaslarında xromofor qrupu, lipidlərdə doymamış əlaqələr və s. əlaqələr pozulur.  

Hüceyrələrin radiasiyadan zədələnməsi hüceyrə orqanelinin ultrastrukturu pozulur və onunla bağlı olan 

maddələr mübadiləsi dəyişir. Bundan başqa, ionlaşdırıcı radiasiya orqanizmin toxumalarında kompleks toksiki 

məhsulların əmələ gəlməsinə səbəb olur, bu isə radiotoksin adlanan şüa effektini gücləndirir. Onların arasında 

lipidlərin oksidləşmə məhsulları – peroksidlər, epoksidlər, aldehidlər və ketonlar daha aktiv olur. Şüalanmadan 

dərhal sonra lipid radiotoksinləri digər bioloji aktiv maddələrin – xion, xolin və histaminin əmələ  gəlməsinə 



 

190


təkan verir və zülalların parçalanmasını gücləndirir. Üzvlər və toxumaların zədələnməsi morfoloji əlamətlərinə 

görə azalma sırası üzrə  aşağıdakı kimi yerləşir: limfoid üzvlər (limfatik buğum, dalaq, zob vəziləri, digər 

orqanların limfatik toxumaları), ilik, toxumlar, yurumtacıqlar, sümüklər, qığırdaqlar. Parenximatoz orqanlar – 

qaraciyər, böyrəklər, ağciyərlər, tüpürcək vəziləri radioaktivliyə qarşı yüksək davamlı olurlar.  

İonlaşdırıcı şüalanmanın yüksək dozalarda hüceyrələrə zədələndirici təsiri ölümlə nəticələnir.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   372   373   374   375   376   377   378   379   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin