10. 2. İnsanın tələbatları
İnsanın öz tələbatını ödəmək cəhdi onun ətraf mühitlə əlaqəsini təyin edir. Orqanizmin normal həyat
fəaliyyəti daxili mühitin tərkibini nisbətən sabit saxlamaqla mümkündür. Tələbat-insanın yaşama şəraitindən
asılılığını təzahür etdirən aktivlik mənbəyi, vəziyyətidir.
Tələbatın iki səviyyəsi ayrılır. Birinci səviyyəyə vital, sosial və ideal tələbat aiddir. Vital tələbatlar
insanın bir bioloji varlıq kimi həyat təminatı ilə bağlıdır (oksigen, su, qida, istilik, yuxu, təhlükəsizlik, doğumun
davamı və s.). Sosial tələbat – insanın cəmiyyətdə həyatı ilə bağlıdır (diqqətlilik, sevgi, qayğı, qrup və ya
cəmiyyətdə norma və ideologiyaya əməl etmək, müəyyən yer tutmaq və s.). İdeal tələbat – insanda şüur,
düşüncə, idrakın olması ilə əlaqədardır (həqiqətə və inama tələbat; özünü, ətraf aləmi və aləmdə öz yerini,
həyatın mənasını, gözəllik tələbatını, haqq-ədaləti və s. dərk etmək).
İkinci tələbat – öz müstəqilliyinə tələbat - ikinci dərəcəli əlavə tələbat olub, onsuz birinci tələbatları təmin
etmək çətindir və ya mümkünsüzdür (silahlanmaya – güc və vəsaitə olan tələbat).
Bu və ya digər tələbatı təmin etmək zəruriliyi insanın davranışını – əxlaqını təyin edir. İnsanın davranışı
(əxlaqı) – hərəkət hadisəsinin mürəkkəb kompleksi olub orqanizmin tələbatını ödəməyə istiqamətlənib. İnsanın
fərdi davranışı – əxlaqı, onun xarakteri ən çox onun sosial təcrübəsindən (adamlarla ünsiyyət təcrübəsi və ətraf
aləmlə), az dərəcədə isə ünsiyyətdən (qüsursuz doğulan adamlar üçün) asılıdır.
Yuxarıda qeyd edildiyi kimi, insan biosferin bir hissəsi, onun təkamülünün məhsulu hesab olunur, odur ki,
onun sağlamlığı və iş qabiliyyəti ətraf mühitlə qarşılıqlı əlaqəsindən daha çox asılıdır. İnsan da digər canlı
orqanizmlər kimi ətraf mühitlə maddələr mübadiləsi və enerji axını ilə əlaqədardır. Ona həm də, mühitin ekoloji
fəaktorları təsir göstərir. Lakin insan müəyyən dərəcədə mühitin əlverişsiz faktorlarının təsirindən qorunmağı
öyrənmişdir. Bununla yanaşı, insan onu əhatə edən mühitə böyük təsir göstərir.
Dostları ilə paylaş: |