və təbiətdə bir çox metalların konsentrasiyası on və yüz dəfə çoxalmışdır.
Aşağıda ayrı-ayrı ağır metalların ətraf mühitə düşməsi mənbələri və insanın sağlamlığına təsiri verilir.
12.1.1. Qurğuşun (Pb)
Ən toksik metallardan biri olub bir sıra beynəlxalq təşkilatların, o cümlədən Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST), BTM-nin, toksik maddələrə və xəstəliklər üzrə Amerika agentliyi və digər ölkələrin analoji
dövlət təşkilatlarının prioritet çirkləndirici maddələrin siyahısına daxil edilmişdir. Qurğuşun ətraf mühitə
etilləşdirilmiş benzinlə işləyən avtomobillərin tullantıları ilə, metallurgiya müəssisələri, poliqrafiya müəssisələri,
maşınqayırma istehsalı, akkumulyator istehsalı və digər qurğuşun tərkibli məhsullar istehsal edən müəssisələrin
tullantıları ilə daxil olur. Etilləşdirilmiş benzindən bir çox ölkələrdə istifadə edilməsinin qadağan olunması ilə
168
əlaqədar son illər atmosfer havasında qurğuşunun konsentrasiyası xeyli azalmışdır.
Qurğuşunun yol verilən konsentrasiyası (YVK) atmosfer havasında 0,3 mkq/m
3
, su mənbələri
suyunda 30 mk/m
3
(ÜST-nin tövsiyəsinə əsasən – 10 mk/l) müəyyən edilmişdir. Torpaqda qurğuşunun
təxmini YVK-sı aşağıdakı kimi təşkil edir: qumlu və qumluca torpaqlarda – 32, turş (gillicə və gilli) torpaqlarda
– 65 və neytral turşuluğa yaxın torpaqlarda – 130 mq/kq.
Dostları ilə paylaş: