QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə644/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   640   641   642   643   644   645   646   647   ...   706
23.11. Qar uçqunu 

Dik dağ yamaclarında toplanmış böyük qar kütləsinin qoparaq və ya sürüşərək hərəkət boyu yeni-yeni qar 

porsiyalarını və digər obyektləri özü ilə aparmasına qar uçqunu deyilir. İki cür qar uçqunu olur: quru və ya qış 

qar uçqunu və yaş və ya yaz qar uçqunu. Quru qar uçqununun hərəkət sürəti 80-100 m/san, yaş qar uçqununun 

sürəti isə 10-20 m/san olur.  

Qar uçqunu əsasən dik dağ yamaclarında çox qar yığılıb qarın qalınlığı 40-50 sm-dən artıq olduqda baş verir. 

Onun başvermə  səbəblərindən biri qarın aşağı laylarında təzyiqlə  əlaqədar temperaturun qalxması, yaxud hava 

istiləşdikdə qar suyunun qar örtüyünün altına süzülərək yamacı islatması və qarın öz ağırlığı ilə aşağı sürüşməsidir. 

Qar uçqununun baş verməsində küləklər, zəlzələ, tektonik hərəkətlər, partlayış  işləri, sürüşmələr böyük rol 

oynayır. Yamaclarda insanın fəaliyyəti (yamaclarda meşə  və kolluqların qırılması, intensiv mal-qara otarılaraq 

çılpaqlaşmış yamaclarda sürülərlə hərəkət edən vəhşi heyvanlar) də qar uçqununa səbəb ola bilir. Qar uçqunlarının 

həcmi bir neçə milyon kubmetrə çata bilər.  

Qar uçqunları fəlakətli güclü dağıdıcı və ölüm hadisələrinə də səbəb olur. Qar uçqunları çayların yanında, 

dağarası çökəkliklərdə olan yaşayış  məntəqələrini, yolları, kommunikasiya xətlərini, turizm və istirahət 




 

384


mərkəzlərini, meşələri və s. dağıdır, yararsız hala salır. Güclü qar uçqunları lokal xarakterli yer titrəyişlərinə

müvəqqəti və daimi su hövzələri və göllərin əmələ gəlməsinə səbəb olur (Babaxanov, Paşayev, 2004). Böyük 

dağ uçqunları zamanı uçqundan əvvəl onun hava dalğası daha təhlükəli olub tikintiləri dağıdır, ağacları (meşəni) 

yıxır.  


Şimali Osetiya MR ərazisində 2002-ci ilin sentyabr ayında qar uçqunu faciə ilə nəticələnərək bir neçə kiçik 

kənd və burada kinofilm çəkən adamların bir qrupu qar-buz uçqunu altında qalmış, 15 nəfər həlak olmuş və ya 

itkin düşmüşdür.  

Azərbaycanda qar uçqunları Böyük və Kiçik Qafqaz dağları yamaclarında və dərələrində baş verir.  

Qar uçqunları ilə mübarizə  məqsədilə qar uçqunlarına qarşı xüsusi xidmət təşkil olunmuşdur. Dik 

yamaclarda qarın böyük kütləsinin toplanmasını gözləmədən artilleriya qurğularının köməyilə dağıdıcılıq 

yaratmayan kiçik qar uçqunları törədilir. Yazda qar uçqunları daha çox baş  verdiyi dövrdə bir sıra dağ 

yollarında hərəkət qadağan olunur.  

2003-cü il sentyabrın 2-də biz Qax rayonunda Kürmükçayın sol qolu Hamaçayın orta axarında, kükürdlü 

isti su çıxan, insanların müalicə üçün gəldiyi «Hamam» deyilən yerə 20-30 m qalmış hələ yazayında düşən hələ 

sentyabra qədər hamısı  əriməyən qar uçqununun şahidi olduq. Qar uçqunu dar dərədə yolu kəsdiyindən yerli 

sakinlər qarı deşərək tuneli xatırladan oyuq açmışlar. Biz də oyuqdan keçib «hamam»dan istifadə etdik.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   640   641   642   643   644   645   646   647   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin