PÖHRƏDƏN TÖRƏYƏN MEŞƏ – kötük pöhrələrindən əmələ
gələn vegetativ ağaclıq.
PREVALİDLƏR (pre... və lat. validus - güclü) – biosenozun
xassələrini müəyyənləşdirən əsas, daimi növlər (məs., çim əmələgətirən
taxıl otları). Termini Q.N.Vısotski (1915) təklif etmişdir.
PROANTLAR (yun. anthos - çiçək) – vegetasiyanın başlanğıcında
yarpaqlamadan əvvəl çiçək açan bitkilər (fındıq, zoğal, qızılağac və s.).
PRODUSENTLƏR (lat. producenc – yaradan, quran) – Sadə qeyri
üzvi maddələrdən üzvi maddə hasil edən orqanizmlər (avtotrof və xe-
motrof orqanizmlər).
PROFİLAKTİK TOKSİKOLOGİYA –toksikologiyanın bölməsi:
canlı orqanizm və ekosistemlərə zəhərlərin zərərli təsirinin potensial
təhlükəsinin qarşısını almaq metodlarının hazırlanması.
PROFOTOTROPİZM – işıq mənbəyinə doğru bitki orqanlarının
istiqamətli hərəkəti.
Dostları ilə paylaş: |