QəRİb məMMƏdov mahmud xəLİlov


SİMBİOZ (yun. syn – bir yerdə)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə845/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   841   842   843   844   845   846   847   848   ...   1096
SİMBİOZ (yun. syn – bir yerdə) – İki növdən olan fərdlərin birgə 

yaşamasının elə bir formasıdır ki, bu zaman hər iki fərd xarici mühitlə 

bilavasitə qarşılıqlı  təsirdə olur; xarici mühitlə münasibətlərin tənzimi 

hər iki orqanizmin fəaliyyəti ilə uyğunlaşır. Geniş mənada S. parazitizm 

də (bu halda antoqonist S. adlanır) daxil olmaqla müxtəlif növlərdən 

olan orqanizmlərin sıx birgə yaşamasının bütün formalarını əhatə edir. 

Bitki bitki ilə, bitki heyvanla, heyvan heyvanla, bitki və heyvan 

mikroorqanizmlərlə simbiotik münasibətdə olurlar. S. terminini ilk dəfə 

alman botaniki A. de Bari (1979) təklif etmişdir. Bitkilər arasındakı S.-a 

ən yaxşı misal mikorizadır. 



SİMBİOGENEZ  – simbioz yolu ilə çoxhüceyrəli orqanizmlərin 

mənşəyi haqqında hipotez. A.R.Faminski tərəfindən (19-cu əsrin 60-cı 

illərində) irəli sürülmüşdür. S. problemi hələlik mübahisəli olaraq qalır. 

SİMBİONT  – simbiozda iştirak edən partnyor. Məs., termitin 

bağırsaq yolunda yaşayan ibtidailər: göbələk və yosunların  şibyə 

qruplaşmasında məskunlaşması: mikorizalı göbələyin paxlalıların 

kökündə olması və s. 



SİMBİOTOPİYA – oxşar yerlərdə bir-birinə yaxın növlərin birlikdə 

yaşaması. 



SİMFİZİOLOGİYA 

– ümumi ekologiyanın bölməsi 

(biosenologiyanın bir hissəsi): Yerin canlı örtüyünün yaşamaq stabil-

liyini saxlayan orqanizmlər arasındakı qarşılıqlı əlaqə və onların mühitlə 

əlaqə proseslərini öyrənir. S. konsepsiyası V.N.Beklemişev tərəfindən 

hazırlanmışdır. 




 

390 


 

SİMPATRİÇLİK  – iki və daha çox növün və ya bir növ 

populyasiyanın birlikdə eyni vilayətdə yaşaması. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   841   842   843   844   845   846   847   848   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin