QəRİb məMMƏdov mahmud xəLİlov


TEXNOLOGİYANIN EKOLOGİYALAŞDIRILMASI



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə931/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   927   928   929   930   931   932   933   934   ...   1096
TEXNOLOGİYANIN EKOLOGİYALAŞDIRILMASI  – istehsa-

latda, kommunal təsərrüfatında,  əhalinin məişətində elə texnologiya 




 

426 


 

hazırlayıb tətbiq etməlidir ki, yüksək keyfiyyətli maksimum məhsul əldə 

etməklə  təbiətdə ekoloji tarazlıq, maddələr mübadiləsi və enerji 

saxlanılsın (pozulmasın), həmçinin  ətraf mühitin çirklənməsinə yol 

verilməsin. T.e. konsepsiyasının inkişafında akad. İ.V.Petryanov-

Sokolovun (1976, 1987) böyük əməyi olmuşdur. 



TEXNOLOJİ ETİKA – insanın istehsal prosesi zamanı ətraf mühitə 

tullantılar atılmır, tam istifadə edilir, utilləşdirilir və ya etibarlı 

konservləşdirilir. Məlumdur ki, yalnız aztullantılı  və ya tullantısız tex-

nologiya qapalı istifadə tsikli olub ətraf mühitin mühafizəsi problemini 

effektiv həll etməyə qadirdir. 

TEXNOSFER (yun. techne – incəsənət, ustalıq və spharia - kürə) 

– 1) Cəmiyyətin sosial-iqtisadi tələbatına uyğun olaraq insan tərəfindən 

texniki vəsaitin bilavasitə  və ya vasitəli təsiri ilə biosferin yeni şəklə 

salınmış (dəyişdirilmiş) hissəsi. 2) Biosferin dəyişilməsində texnikanın 

böyük rolu olmaqla təkamülün müasir pilləsi (mərhələsi). 

TEXNOZOY ERASI – texnogenoz nəticəsində həyat mühitinin ak-

tiv dəyişməsi, insan tərəfindən yeni landşaftların, yeni bitki və heyvan 

növmüxtəlifliyinin yarandığı və insanın hakim növə çevrildiyi epoxanın 

T.e. adlandırılması  təklif olunmuşdur. Bu epoxa 10 min il əvvəl 

başlanmışdır. T.e. termini rəsmi olaraq və hələ geniş yayılmamışdır. 

TEKTONİK GÖL – Yer qabığının yarılması və üfiqi yerdəyişməsi 

nəticəsində əmələ gələn göl (məs. Baykal g). 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   927   928   929   930   931   932   933   934   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin