YUMŞAQ KİMYA – Y.k.-nın vəzifəsi sintetik maddələri onların
təbii analoqlarına yaxınlaşdırmaqdır. Y.k. təbii boyalardan, bitki və
heyvan ekstratından hazırlanan dərmanlardan, bitki mühafizəsində bi-
oloji vasitələrdən, təbiətdə işıq və mikroorqanizmlərin təsirindən tez
parçalanan, su ilə tez yuyulan sintetik polimerlərdən və toksik olmayan
tipoqrafik rənglərdən istifadə edir. Y.k.-nın inkişafı uğrunda «yaşıllar»
mübarizə aparır.
YUNESKO (UNESCO) – BMT-in elm, təhsil və mədəniyyət üzrə
təşkilatı.
YUVALAR – müxtəlif heyvanların bala çıxarmaq, yaxud qışlamaq,
gizlənmək və dincəlmək üçün hazırladığı yer. Arılar Y-ını mumdan,
bəzisi ağacın oduncağını çeynəməklə düzlətdiyi kağızdan, qarışqalar
bitki qırıntılarından, yaxud torpaqdan hazırlayır. Termitlərin yuvası 7-8
m hündürlükdə piramidaya oxşayır. Bəzi kəpənək tırtılları hörümçək
toruna oxşayan yuva düzəldir və orada qışlayır. İpəkqurdunun hördüyü
barama həm də onun yuvasıdır. Çanaqlı bağalar və timsahlar
yumurtalarını qumda və ya torpaqda qazdıqları Y-da basdırırlar.
Quşların yuvası onların təkamülündən və həyat tərzindən asılı olaraq
daha müxtəlifdir. Qızılqaz palçıqdan yerüstü təndir formalı yuva qurur.
Sərçəkimilərin yuvası fincan formalıdır. Sarıköynək və pəsnək quşunun
yuvası ağacın nazik budağından asılmış olur. Quşlar Y-ının içərisinə
yumşaq quru ot, tük, xəzəl, ördəklərin bəzisi isə lələklərini yolub
döşəyir. Yırtıcı heyvanların kahaları və zağaları həm də onların Y-ıdır.
Dostları ilə paylaş: |