48
mühityaradan komponentlərin nisbəti və bununla əlaqədar biosenozun
strukturu dəyişir.
BİOGEOSENOZUN STRUKTURU – biogeosenozun üfüqi və
şaquli hissələrə (bölmələrə) ayrılması (yarus, konsorsi, sinuziya, parsella
və s.)
BİOGEOSFER – Yer kürəsinin canlı varlıqlar toplanan qabığı. B.
Yer qabığının üst qatının hava okeanı ilə təmasda olduğu sərhəddə və su
örtüyünün yuxarı hissəsində yerləşir. B. Yer Kürəsində insanın daim
yaşaya bildiyi və hərtərəfli yeganə təbəqədir. İnsanlar özlərinə lazım
olan resursların demək olar ki, hamısını (suyu, oksigeni, yanacağı,
ərzağı, sənaye və tikinti üçün xammalı və s.ni) B.-dən alırlar.
BİOHİDROKİMYA – su orqanizmlərinin təsirilə su mühitində
gedən fiziki-kimyəvi prosesləri öyrənən elm. Ekologiya, hidrokimya,
hidrobiologiya, okeonologiya və b. elmlərlə sıx əlaqəsi var.
BİOHORİZONTLAR – biosenoz və ya senoekosistemdə qatların
funksional bölgüsü. Biohorizonta meşənin çətrini, torpağın genetik
horizontlarını aid etmək olar. Entomoloqlar B.-a qeobiy (torpağın üst
hissəsindən altda yaşayan xırda heyvanların məskəni), herpetobiy
(torpağın səthində yaşayan və fitobiy (yaşıl bitkilər üzərində yaşayan)aid
edirlər.
Dostları ilə paylaş: