SƏNAYE EHTİYATI – Bərpa olunan resursun (heyvan, bitki) va-
hid sahəsindən populyasiyadan dövrü olaraq qidanın, sənaye məqsədilə
məhsulun götürülməsi (ümumi vəziyyətinə zərər törətməmək şərtilə).
SƏNAYE EKOLOGİYASI – sənayenin ətraf təbii və kənd
təsərrüfatı ekosistemlərinə və bütövlüklə biosferə məhvedici təsirini
azaltmaq yollarını işləyib hazırlayan elm sahəsi. Mərkəzi problemi –
aztullantılı, resurs qoruyucu və energiya qənaətedici istehsal
texnologiyası hazırlamaqdır. Təmizləyici qurğuların yaradılması və
sənayenin ətraf mühitə təsiri monitorinqinin üsullarını hazırlamaq da
S.e.-nın maraq dairəsinə daxildir. S.e. ekoloji kompleksin digər elmləri
(kimya ekologiyası, tibbi ekologiya, iqtisadiyyat ekologiyası, ekoloji
hüquq) ilə qarşılqlı əlaqədədir.
Dostları ilə paylaş: |