QəRİb məMMƏdov mahmud xəLİlov


SÜRÜNƏNLƏR, REPTİLİLƏR  (Replitia)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə909/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   905   906   907   908   909   910   911   912   ...   1096
SÜRÜNƏNLƏR, REPTİLİLƏR  (Replitia)  –onurğalı heyvanlar 

sinfi. Müasir S.-in 4 dəstəyə (pulcuqlular, timsahlar, tısbağalar və dim-

dikbaşlılar) mənsub 6500-dən çox növü məlumdur. S. təbiətdə qiymətli 

ov heyvanları üçün yemdirlər. Timsahların, iri ilanların və 

kərtənkələlərin dərisindən çemodan, portfel, ayaqqabı  və s. hazırlanır. 

Kərtənkələlərin  əksəriyyəti cücüləri, bir çox ilanlar isə  zərərli 

gəmiriciləri məhv etdiyinə görə  əhəmiyətlidir. Bir çox ilan növlərinin 

zəhəri qiymətli dərman preparatları hazırlamaqda istifadə olunur. Bəzi 

S.-in sayı kəsgin azalmış, nəsli kəsilmək üzrədir; qorunurlar. 

SÜRÜŞMƏ  – ağırlıq qüvvəsinin təsiri ilə yumşaq süxur kütləsinin 

(yaxud torpağın bir hissəsinin) yamac boyu aşağı sürüşərək yerini 

dəyişməsi. S. ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst-

üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən 

qatın üzərində  yığılması S. əmələ  gətirir. S. abraziya, eroziya, aşınma, 

seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini 

nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində 

yaranır. S. əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, 

yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün 

sahilbərkitmə  və drenaj qurğularından istifadə olunur, yamaclar yerə 

dirək vurulması  və  ağac  əkilməsi yolu ilə  bərkidilir və digər işlər 

görülür. Azərbaycan Respublikasında S.-lər Bakı  şəhəri rayonunda, 

Böyük Qafqazın cənub və  şimali-şərq makroyamaclarında, Lerik və 

Yardımlı rayonlarında yayılmışdır. 

 

 

 




 

416 


 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   905   906   907   908   909   910   911   912   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin