QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1067/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   1063   1064   1065   1066   1067   1068   1069   1070   ...   1096
YERİN QÜTBLƏRİ  – Yerin gündəlik fırlanmasında  şimalda və 

cənubda «hərəkətsiz”» qalan iki nöqtəsidir, bu nöqtələrdə Yerin xəyali 

oxu yer səthi ilə kəsişir. 

YERİN  İSTİLİK BALANSI – bütövlükdə (atmosferlə birlikdə) – 

Yer üçün, habelə ayrılıqda bütün atmosfer və bütün yer üçün olan istilik 

balansı. 

YERİN MANTİYASI  – Yerin daxili təbəqələrindən biri, yəni yer 

qabığı ilə yerin nüvəsi arasındakı  təbəqə. Y.m.-nın aşağı  sərhədi 




 

496 


 

təxminən 2900 km dərinlikdə yerləşir. Y.m. qalınlığı 2 min km-ə 

yaxındır, əsasən maqnezium və dəmir zəngin ağır metalardan ibarətdir. 

500 km dərinlikdə temperaturu 1500

0

. 2900 km dərinlikdə  təzyiq 1,35 



milyon kq/sm

2

-ə bərabərdir. 



YERİN NÜVƏSİ  Yerin mərkəzi, daha dərin geosferi. Y.n.-nin 

temperaturu 5000

°-yə, sıxlığı 12,5 t/m

3

-a yaxındır. Onun üst hissəsinin 



maye, daxili hissəsinin isə bərk olduğu ehtimal edilir. 

YERLİ FLORA – nisbətən kiçik quru sahəsinin və ya akvatoriyanın 

florası: (hər hansı bir dağın, gölün, inzibati rayonun, vilayətin, fiziki-

coğrafi bölmənin, qoruğun, yaşayış yerinin və s.-nin florası). 

YERLİ  İQLİM  – müəyyən bir sahənin (mühitin) iqliminin kiçik 

məsafədə (1 km və az) ona qonşu sahələrdən bir və ya bir neçə elementi 

ilə seçilməsi. Mezoiqlim anlayışına yaxındır. 

YERLİ KÜLƏK  – müəyyən coğrafi  ərazidə tez-tez təkrarlanan və 

həmin ərazinin havası üçün səciyyəvi olan külək. Y.k.-lərə xəzri, gilavar 

misal ola bilər. 

YERLİ NÖV – bax. aborigenlər. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   1063   1064   1065   1066   1067   1068   1069   1070   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin