495
R+P+LE+V=0
Burada: R – yer səthinin radiasiya balansı: P – yer səthi ilə atmosfer
arasında turbulent istilik axını: LE – buxarlamaya sərf olunan istilik: V
– yer səthindən torpağa və ya suya daxil olan və geri qayıdan istilik
axını. Y.s.i.b.-nın məlumatları iqlim dəyişməsi, coğrafi zonallıq,
orqanizmlərin termik rejiminin öyrənilməsində böyük rol oynayır.
YERALTI SULAR – Yer qabığının
üst hissələrindəki süxur
qatlarında (12-16 km dərinliyədək) maye, sülb və ya buxar halında olan
sular; su saxlayan süxur xüsusiyyətindən asılı olaraq məsamə, çat və
karet sularına bölünür. Y.s. təzyiqsiz qrunt suları və təzyiqli artezian
sularına ayrılır. Y.s.-n tərkibi 60-dan çox kimyəvi elementlə (ən çox Cl,
S, C, Si, N, O, H, K, Na, Mg Ca, Fe, Al və s.) doymuş olur. Y.s.
minerallaşma dərəcəsindən asılı olaraq şirin (1q/l-dək). şortəhər (1.0-
dən 10q/l-dək), şor (10-dan 50 q/l-dək), duzlu (50 q/l-dən çox) sulara
bölünür. Temperaturuna görə soyumuş (0
°C-dən aşağı), çox soyuq (0-
dən 4C-dək) soyuq (4-dən 20
°C-dək), ilıq (2-dən 37°C-dək), isti (37-dən
50
°C-dək), çox isti (50-dən 100°C-dək) və qaynar (100°S-dən yuxarı)
olur. Tərkibindəki
qazlar əsasən karbonlu, hidrogen-sulfidli, azotlu,
kükürdlü, metanlı və qarışıq sulara ayrılır. Y.s.-ı-içməli sular, sənaye
suları, mineral sular və termal sulara ayırırlar.
Dostları ilə paylaş: