QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə355/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   351   352   353   354   355   356   357   358   ...   1096
FİTOGENETİKA – bitki genetikası. 

FİTOGENEZİS – bitkinin tarixi (təkamül) və ontogenetik inkişafı. 

FİTOKİMYA  – biokimyanın bölməsi: bitkinin kimyəvi tərkibini 

öyrənir. 



FİTOKLİMAT (fitoiqlim) – Bitkilər arasında (ot örtüyündə, ağac 

çətirlərində) yaranan meteoroloji şərait. Bitki örtüyünün növündən

yaşından, sıxlığından asılı olaraq işıqlanma dərəcəsi, küləyin gücü, 

torpağın, havanın temperaturu və  nəmliyi dəyişir. Açıq sahədə bu 

göstərilən iqlim elementləri kəskin dəyişir. F. bitki örtüyünün 

iqlimdəyişmə  xüsusiyyətini, kənd təsərrüfatı bitkilərinin bitmə şəraitinə 

və tarlada onları yetişdirmə texnologiyasına  əsaslandırmağa qiymət 

vermək üçün öyrənilir. 



FİTOKÜTLƏ – Bitkilərin canlı üzvi maddələrinin ümumi miqdarı; 

quru, yaxud su ərazisi fitosenozunun yerüstü və yeraltı sferasında 

toplanır. F.-ni əmələ  gətirən yerüstü sferaya birillik (yarpaqlar, 

assimilyasiyaedici zoğlar, çiçəklər, meyvələr və s.) və çoxillik orqanlar 

(ağacların gövdə və budaqları, yarımkol və sarmaşıqların oduncaqlaşmış 

zoğları); yeraltı sferaya kök, kökümsov, kökyumrusu, soğanaq daxildir. 

F.-nin formalaşmasında ibtidai bitkilərin tallomu və rizoidlər də iştirak 

edirlər. 



FİTOLOGİYA – bitkinin morfologiyası, anatomiyası, fiziologiyası 

və ekologiyasını öyrənən kompleks elm. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   351   352   353   354   355   356   357   358   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin