QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə390/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   386   387   388   389   390   391   392   393   ...   1096
GƏMİRİCİLƏR (Rodeentia) – məməlilər sinfinin ən çox növü olan 

dəstəsi. Bütün məməlilərin üçdə birindən çoxunu əhatə edir. G-in 2 

minə yaxın, Azərbaycanda 31 növü var. Ən çox növü olan 

siçanabənzərlərdir. G. tez çoxalan heyvanlardır: kənd təsərrüfatına və 

meşə  təsərrüfatına zərər verir. G. insan və ev heyvanları arasında 



 

181 


 

təhlükəli xəstəliklər də yayır (taun, ensefalit və s.). Bəzi qiymətli 

xəzdərili heyvanlar da (məs., çay qunduzu, bataqlıq qunduzu və s.) 

G.dəndir. 



GƏNƏLƏR  (Acarina) – hörümçəkkimilər sinfindən xırda 

buğumayaqlı heyvanlar. Dünyada 15 mindən çox, o cümlədən 

Azərbaycanda isə 800-dən artıq növü məlumdur. G. dünyanın hər 

yerində yayılmışdır. Əsasən quruda, bir qismi dəniz və çaylarda yaşayır. 

Yırtıcı G. torpaqda, bitkilərin üzərində, heyvan yuvalarında, parazit G. 

isə heyvan və insan bədənində, heyvanların qulaq və burnunda parazitlik 

edir. Ensefalit, hemorragik isitmə və s. transmissiv xəstəliklərin törədi-

cisidir. Virusları, bakteriyaları, spiroxetləri və s. yayır. Bəzi G. xeyirli-

dir; torpağın münbitliyini artırır, bitki zərərvericilərini məhv edir. 

GƏRMİC KÜLƏK  – istilik gətirən külək. Qış  fəslində  əsən belə 

külək qarın vaxtından  əvvəl  əriməsinə  səbəb olur. (Astara, Lənkəran, 

Masallı rayonları). 

GİGİYENA  – sağlamlıq haqqında tibb elminin bir sahəsi: xarici 

mühit amillərinin insanın sağlamlığına,  əmək qabiliyyətinə  təsirini 

öyrənir. G. yaşayış yerlərinin, iş  və istirahət  şəraitinin sağ-

lamlaşdırılmasını sanitariya cəhətdən  əsaslandırır,  ərzaq məhsulları  və 

məişət  əşyalarının keyfiyyətinin sanitariya ekspertizası üsullarını 

hazırlayır. G-ın hazırladığı elmi müddəaları həyata keçirən sahə sanita-

riya adlanır. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   386   387   388   389   390   391   392   393   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin