QəRİb məMMƏdov mahmud xəLİlov


HƏYATIN EKOLOJİ DAVAMİYYƏTİ



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə421/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   417   418   419   420   421   422   423   424   ...   1096
HƏYATIN EKOLOJİ DAVAMİYYƏTİ  – populyasiyanın həyat 

və davamiyyətinin mühit şəraitindən və populyasiyanın özünün ekoloji 

plastikliyindən asılılığı. 

HƏYATIN FİZİOLOJİ MÜDDƏTİ (UZUNLUĞU)  – ideal 

şəraitdə populyasiyanın fərdlərinin maksimum uzunmüddətli həyatı; 

belə şəraitdə populyasiya limitlənmiş təsirlərə məruz qalmır. H.f.m. orta 

hesabla adətən ekoloji yaşayış müddətindən xeyli uzun olur. 



HƏYATIN MÜTLƏQ UZUNLUĞU  – fərdin yarandığı 

(doğulduğu) andan ölənə (məhv olana) qədər yaşama müddəti. 



HƏYATİLİK – bitki və heyvan fərdlərinin bu və ya digər dərəcədə 

bioekoloji davamlılığı, qruplaşmalarda növarası  əlaqədə çoxalma 

qabiliyyəti, müəyyən ekotopun şəraitinə uyğunlaşması. A.A.Qrossheym 

(1929) bitkilərin aşağıdakı beşballı həyatilik şkalasını irəli sürmüşdür. 

1. Vegetativ və generativ qabiliyyəti çox aşağıdır. 

2. Vegetativ çoxalma normadan aşağıdır, çiçəklənmə  və 

meyvəvermə qabiliyyəti itirilmişdir. 

3. Vegetativ çoxalması, çiçəklənməsi və meyvəverməsi normaldır. 

4. Vegetativ çoxalma normadan yuxarı, çiçəklənməsi və 



 

196 


 

meyvəverməsi yüksək dərəcədədir. 

5. Bol çoxalma, yüksək dərəcədə çiçəklənmə  və meyvəvermə 

qabiliyyəti. 

Uranova (1960) görə həyatiliyin ən yaxşı kriterisi (əsrlik dinamikası 

çərçivəsində) biosenozda növün davamlılıq dərəcəsidir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   417   418   419   420   421   422   423   424   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin